UEFA Avropa Liqasında V turun "Marsel" və Bolqarıstan təmsilçisi "Levski" arasında keçirilmiş matçından əvvəl Fransada azarkeşlər arasında kütləvi qarşıdurma yaşanıb.
Sportify.az xəbər verir ki, "Marsel" azarkeşləri qonaq komandanın tərəfdarlarına, o cümlədən futbolçuların ailə üzvlərinə hücum ediblər.
Yerli xuliqanlar yumruq, təpik, dəyənək, metal borular və pirotexniki vasitələrdən istifadə edərək bolqar azarkeşlərin olduğu sektora hücum çəkiblər. Onlar tribunaya məşəllər və fişənglər də atıblar. Qarşıdurma zamanı stadionda yanğınsöndürən balondan da istifadə olunub.
"Levski" azarkeşlərinin bir qismi qonaq komanda üçün nəzərdə tutulmayan, VİP şəxslər və rəsmi nümayəndələr üçün ayrılmış Jan-Buen tribunasında yerləşib. Burada başlayan mübahisə "Marsel" tərəfdarlarının qəzəbinə səbəb olub. Onlar öz sektorlarını tərk edərək bolqar azarkeşləri qonaq komandanın tribunası istiqamətinə sıxışdırmağa çalışıblar.
Hadisələr zamanı bir neçə nəfər başından xəsarət alıb, bəzi qadın azarkeşlərin çantaları oğurlanıb. "Levski"nin 6 tərəfdarı xəstəxanaya çatdırılıb. Xəsarət alanlar arasında klub nümayəndələrinin də olduğu bildirilir.
Fransa polisi insidentə müdaxilə edərək gözyaşardıcı qazdan istifadə edib və bolqar azarkeşlərin ətrafında əlavə təhlükəsizlik kordonu yaradıb.
Sabiq futbolçu Nikolay Bojov da dörd xuliqanın təqibindən qaçarkən stadionun üçüncü mərtəbəsindən ikinci mərtəbəsinə yıxılıb. O, ciddi xəsarət almayıb.
Gərginlik aradan qaldırıldıqdan sonra qarşılaşma keçirilib. Oyunda "Marsel" 1:0 hesabı ilə qalib gəlib.











26.11.2026, Marseille – Levski Sofia, Levski vs Marseille, fights before match, click here for more: https://t.co/0f6SwDhlcj
All in one place. Tap to download.
https://t.co/OD7UtlRC7D https://t.co/0uU4TQRx7i— Hooligans.cz Official (@hooliganscz1999) November 26, 2026