"Mançester Yunayted"in sahibi dəyişə bilər.
Sportinfo.az xəbər verir ki, bu barədə "İndykaila News" məlumat yayıb.
Səudiyyə Ərəbistanı hökumətinin dəstəklədiyi müstəqil şirkət "Mançester Yunayted"in bütün səhmlərini almaq üçün yüksək vəzifəli şəxslərlə danışıqlar aparır.
Bununla belə, həmin şirkətin "Nyukasl"ın sahibi olan Səudiyyə Ərəbistanının Suveren Fonduna bağlı olmadığı vurğulanır.
"Mançester Yunayted" İngiltərə çempionatının cari mövsümündə 11 turdan sonra 8 xalla turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb.