Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu kapitanı Kriştianu Ronaldunun Qətərin "Əl-Sədd" komandası ilə qarşılaşmadan əvvəl futbolçulara müraciətinin görüntülərini yayıb.
İdman.Biz xəbər verir ki, klub soyunub-geyinmə otağında lentə alınan videonu "X" sosial şəbəkəsində paylaşıb.
"Məşqçinin oyunöncəsi toplantıda dediyi kimi, bu gün hər şeyi münasibətimiz həll edəcək. Hər dəfə topu itirəndə düzgün reaksiya versək, yaxşı oyun nümayiş etdirəcəyimizə və qalib gələcəyimizə 100 faiz əminəm.
Biz komanda olaraq reaksiya verməliyik. İlk 45 dəqiqədə bütün gücünüzü ortaya qoyun. Sonra ikinci hissəyə çıxın və eyni şeyi edin.
Biz qalib gələcəyik, uşaqlar. İrəli!" - deyə Ronaldu bildirib.
Xatırladaq ki, Asiya Çempionlar Liqasının əsas mərhələsinin beşinci turunda "Əl-Nəsr" "Əl-Sədd"i 2:1 hesabı ilə məğlub edib. Qarşılaşmanın 13-cü dəqiqəsində hesabı açan 41 yaşlı portuqaliyalı hücumçu karyerasının 987-ci qoluna imza atıb.