Futbol üzrə Azərbaycan 2-ci Liqasında 13-cü turda böyükhesablı qələbə qeydə alınıb.
Futbolinfo.az xəbər verir ki, bu gün daha 3 oyun baş tutub.
"Kür-Araz" – "Şəmkir" matçında qalib müəyyənləşməyib. "Marafon" evdə "Zəngəzur"a məğlub olub. "Qaradağ Lökbatan" isə "Şəki"yə 18:0 hesabı ilə qalib gəlib.
2-ci Liqa
13-cü tur
29 noyabr
"Kür-Araz" – "Şəmkir" 2:2
Qollar: Tahir Zeynalov, 2; 29 – Elşən Abdullayev, 25; 57-pen.
"Qaradağ Lökbatan" – "Şəki" 18:0
Qollar: Əli Əlizadə, 9; 15; 18; 29; 43; 58; 61; 64; 65; 71; 80; 84. Əjdər Hacılı, 23; 55. Vüsal Alızadə, 26. Hüseyn Hüseynli, 31. İbrahim Novruzov, 50; 74.
"Marafon" – "Zəngəzur" 0:1
Qol: Elgün Abbaslı, 78-pen.