top
Şəfanın kapitanı Elnur Cəfərov: Sumqayıtdakı qazon sürüşkəndir, çox sürüşürük Sportinfo.az
Bu gün, 22:05
- ↺ +

"Şəfa"nın kapitanı Elnur Cəfərov: "Sumqayıtdakı qazon sürüşkəndir, çox sürüşürük"

"Şəfa" 10 turdan sonra qələbəyə sevindi.

"İmişli" üzərində əldə olunan 3:1 hesablı qalibiyyətdə əsas rolu rəqib qapısından iki top keçirən Elnur Cəfərov oynadı.

Bölgə təmsilçisinin 29 yaşlı kapitanı matçdan sonra Sportinfo.az-a verdiyi müsahibədə sualları cavablandırıb.

- Üç aydan sonra qələbə qazanmaq üçün nə etdiniz?

- Hər turda qalib gələ bilməməyimiz komandada gərginlik yaratmışdı. Udmalı olduğumuz oyunlar var idi ki, uduzmuşduq. Bu matçın əhəmiyyəti bizim üçün böyük idi. İlk dövrədə "İmişli"yə uduzmağımız, üstəlik, ötən həftə "Qəbələ"dən aldığımız yenilgi bizi bu oyuna hədsiz motivasiya etmişdi. Hədsiz dərəcədə istəkli idik. Biri var, meydanda 100 faiz can qoyursan, biri də var, 200 faiz. Bu gün komanda şəklində birlik nümayiş etdirdik. Meydana çıxan və çıxmayan hər bir futbolçu 200 faiz qələbəyə köklənmişdi. Allah da əziyyətimizin bəhrəsini verdi.

- Rəqib hesab arasındakı fərqi azaldandan sonra qələbənin bu dəfə də əlinizdən çıxacağına dair qorxu, həyəcan, narahatlıq var idi?

- Bu məsələdə müəyyən qədər təcrübə toplamışdıq. Əvvəlki oyunlarda üstünlüyü əldən verməyimiz bizə baha başa gəlmişdi deyə, bu dəfə daha çox diqqətli olmağa və hesab arasındakı fərqi artırmağa köklənmişdik. Bu gün diqqətli və təcrübəli davranmaqla "İmişli"nin geridönüş etməsinə imkan vermədik.

- Oyundan əvvəl iki qol vuracağını təxmin edirdin? Adətən futbolçular öncədən nələrisə hiss edir.

- Hücumçu kimi oynadığım üçün qol vuracağımı haradasa hiss etmişdim. Həm istəkli idim, həm də hücumçu kimi çıxış edəndə daha çox qol şansı yaranır. Dubl etməyim mənim və komandam üçün xoş hadisə oldu.

- İki qələbə qazanmısınız, ikisini də bölgələrdə - Qəbələdə və İmişlidə. "Şəfa" səfər komandasıdır?

- Sumqayıtdakı meydan xal itkilərimizdə böyük rol oynadı. Oradakı qazon sürüşkəndir, çox sürüşürük. Hətta dəmir altlıqlı butslarla oynamaq da mənə kömək etmirdi. Yenə sürüşürdüm. Səfərdəki oyunlarda isə meydanların vəziyyəti yaxşı olduğuna görə istədiklərimizi həyata keçirə bilirik. İnşallah, ev matçlarımızı "Şəfa"da keçirəndən sonra qələbələrimizin sayı çox olacaq.

- Bu qələbə növbəti görüşlər üçün stimul ola bilər? Təqvimin ağırlığını da göz önünə alaq.

- Bəli, qış fasiləsinə qədər bizi ağır qrafik gözləyir. Həm kubokda mübarizə aparacağıq, həm də "Neftçi", "Sabah" və "Qarabağ" kimi rəqiblərlə oynayacağıq. Bacardığımızın ən yaxşısını edəcəyik ki, xallarımızın sayını artıraq. Fikrimcə, bugünkü 3 xal komandaya motivasiya verəcək.

HƏBİB

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 22:15

Nərimanın gəlişi Ərzurumsporda Fənərbağçanı məğlub etdi

Futbol
Bu gün, 22:09

Flik La Liqada tarixən ən çox 90 matç qələbəsi rekordunu qırdı

Futbol
Bu gün, 22:02

Rafinya La Liqada 13 oyunda 3-cü het-trikini edib

Futbol
Bu gün, 21:52

Dani Olmo: "Barselona"nın "Deportivo" üzərində 5:1 hesablı qələbəsindən razı qaldım, əsas heyətə qayıtmaq istəyirəm

Cüdo
Bu gün, 21:44

«İki Azərbaycanlı qadın cüdoçusu Avropa Açıq Turnirində qızıl medal qazanıb»

Digər
Bu gün, 21:40

Şamaxı stadionunda işıqlandırma işi nə vaxt tamamlana bilər?

Futbol
Bu gün, 21:29

Viktor Osimhenin "Beşiktaş"la derbide iştirakına şübhə – "Qalatasaray"da gözlənilən xəbər

Futbol
Bu gün, 21:27

«Rafinha hattrik etdi, Lamin Yamal da qol vurdu»

Qarabağ FK
Bu gün, 21:06

Elvin Cəfərquliyev bərpa prosesi yaxşı getdiyi üçün yanvarda tam hazır olacaqdır

Voleybol
Bu gün, 21:00

Voleybol turnuylarının cədvəli açıqlanıb

Futbol
Bu gün, 21:00

İkinci Liqada Qaradağ Lökbatan 18 qolu vurdu

Futbol
Bu gün, 20:59

"Qaradağ Lökbatan" – "Şəki" komandası 18:0 hesabı ilə qalib gəldi

Futbol
Bu gün, 20:52

Polşada futbol matçında azarkeş elektrikli skuterlə meydana daxil oldu, oyun dayandırıldı

Qarabağ FK
Bu gün, 20:48

Qurban Qurbanov: "Futbolumuzun keyfiyyəti artıb, hər maçda 3-4 qol görmək yaxşı haldır"

Qarabağ FK
Bu gün, 20:36

Filipe Kandido "Sumqayıt"ın iki qol vursada "Qarabağa" niyə uduzduğunu açıqladı

Futbol
Bu gün, 20:30

Leypsiq 2:2 nəticəsində Frayburqla mübarizədən qurtuldu

Qarabağ FK
Bu gün, 20:25

Qurban Qurbanov: "Qəhrəmanlıq uğrunda mübarizədə irad bildirmək üçün səbəb görmürəm"

Futbol
Bu gün, 20:25

Inter 4-0 Cenoa, 13-cü turun çempionluq uğuru

Qarabağ FK
Bu gün, 20:23

«Misli Premier Liqasının 13‑cü turunda «Qarabağ – Sumqayıt» matçının 4:2 video icmalı»

Qarabağ FK
Bu gün, 20:14

"Qarabağ" 3 ulduz futbolçunun transfer pəncərəsində ayrılması

Futbol
Bu gün, 20:08

"Marsel" səfər qələbəsi ilə Fransa Liqa 1‑də üçüncü pilləyə yüksəldi

Futbol
Bu gün, 20:02

"Hall Siti"dən 3-2 qalibiyyət

Qarabağ FK
Bu gün, 19:48

Filipe Kandido: İnanıram ki, bundan sonra Qarabağ və digər komandalara qalib gələ bilərik

Oxşar xəbərlər