top
Qurban Qurbanov: Futbolumuzun keyfiyyəti artıb, hər maçda 3-4 qol görmək yaxşı haldır Apasport.az
Bu gün, 20:48
- ↺ +

Qurban Qurbanov: "Futbolumuzun keyfiyyəti artıb, hər maçda 3-4 qol görmək yaxşı haldır"

Misli Premyer Liqasının XIII turunun "Qarabağ" – "Sumqayıt" oyunundan (4:2) sonra meydan sahibi komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

Apasport.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:

"Futbolçularımı təbrik edirəm. Çox yaxşı komandaya qarşı mübarizə apardıq. "Sumqayıt" müdafiə olunmağı bacaran, gözəl futbol nümayiş etdirən kollektivdir. Turlar keçdikcə daha da yaxşı oynayırlar. Fanatlar üçün maraqlı, bol qollu qarşılaşma oldu. Azarkeşlərə təşəkkür edirəm ki, soyuq havada gəlib, bizə dəstək oldular".

– Komandanız 4 oyun sonra qol vurdu. Bunu şərh edərdiniz. 
– Futbolda belə hallar olur. Həvəsdən düşmür, çox çalışırdıq. Futbolçuları son vaxtlar ruhsuz halda görmürəm. İntizamlıdırlar və işlərinə məsuliyyətlə yanaşırlar. Futbolda hər komandanın uğursuz seriyası olur. Bütün rəqiblər istənilən rəqibə qarşı yaxşı, ciddi hazırlaşırlar. Sabah bizi hansı çətinliklər gözləyir, bilmirik. Hər bir halda, qolsuzluq və qələbəsizlik seriyasını pozmaq xoşdur. Bu gün də çoxlu imkanlarımız oldu. Əlbəttə, qol buraxmaq da ağır gəlir. Futbolumuzun keyfiyyəti artıb. Hər maçtda 3-4 qol görmək yaxşı haldır. Bu cür qarşılaşmalar futbola sevgini artırır.

– Musa oyuna daxil olduqdan 4 dəqiqə sonra qol vurdu. Növbəti matçlarda start heyətində olacaq?
– Hər futbolçunun "11-lik"də olmaq ehtimalı çoxdur. Qarşıda sıx qrafik var, həm kubok, həm də liqa oyunları olacaq. Rotasiyalara ehtiyac var. Hər futbolçu çox oynamaq istəyir. Rəqiblərin üslubuna görə heyət qurmağa çalışacağıq.

– Elvin Cəfərquliyevin tam hazır olması üçün nə qədər vaxt lazımdır?
– Yəqin, yanvarda komandaya qoşulacaq. Bərpası pis getmir, bəlkə, dekabrın son oyunlarında meydana çıxa bilər. Zədəsi təhlükəlidir, əməliyyat olunub. Bu səbəbdən ehtiyat edirik. Ancaq ümumilikdə, gedişat pis deyil.

– "Sumqayıt"la kubokda da üz-üzə gələcəksiniz. 
– İki komanda üçün də şərtlər eynidir. Lakin ardıcıl oyunlar olanda narahatlıq yaşana bilər. Kubok fərqli prestijdir. Bəlkə də, ən gözlənilməz nəticələr orada olur. Ciddi olmalı və yaxşı hazırlaşmalıyıq.

– "Neftçi", "Sabah" və "Turan Tovuz"un sizdən öndə olması narahatlıq yaratmır?
– Əlbəttə, mövqeyimizdən narahatıq. Daha yaxşı yerlərdə ola bilərik. Komandalar avrokuboklara vəsiqə uğrunda ciddi mübarizə aparır. Hər görüşə məsuliyyətlə hazırlaşacağıq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Voleybol
Bu gün, 21:00

Voleybol turnuylarının cədvəli açıqlanıb

Futbol
Bu gün, 21:00

İkinci Liqada Qaradağ Lökbatan 18 qolu vurdu

Futbol
Bu gün, 20:59

"Qaradağ Lökbatan" – "Şəki" komandası 18:0 hesabı ilə qalib gəldi

Futbol
Bu gün, 20:52

Polşada futbol matçında azarkeş elektrikli skuterlə meydana daxil oldu, oyun dayandırıldı

Qarabağ FK
Bu gün, 20:36

Filipe Kandido "Sumqayıt"ın iki qol vursada "Qarabağa" niyə uduzduğunu açıqladı

Futbol
Bu gün, 20:30

Leypsiq 2:2 nəticəsində Frayburqla mübarizədən qurtuldu

Qarabağ FK
Bu gün, 20:25

Qurban Qurbanov: "Qəhrəmanlıq uğrunda mübarizədə irad bildirmək üçün səbəb görmürəm"

Futbol
Bu gün, 20:25

Inter 4-0 Cenoa, 13-cü turun çempionluq uğuru

Qarabağ FK
Bu gün, 20:23

«Misli Premier Liqasının 13‑cü turunda «Qarabağ – Sumqayıt» matçının 4:2 video icmalı»

Qarabağ FK
Bu gün, 20:14

"Qarabağ" 3 ulduz futbolçunun transfer pəncərəsində ayrılması

Futbol
Bu gün, 20:08

"Marsel" səfər qələbəsi ilə Fransa Liqa 1‑də üçüncü pilləyə yüksəldi

Futbol
Bu gün, 20:02

"Hall Siti"dən 3-2 qalibiyyət

Qarabağ FK
Bu gün, 19:48

Filipe Kandido: İnanıram ki, bundan sonra Qarabağ və digər komandalara qalib gələ bilərik

Qarabağ FK
Bu gün, 19:48

Qurban Qurbanov: "Belə oyunlar futbola sevgini daha da artırır"

Qarabağ FK
Bu gün, 19:38

Filipe Kandido: "Səfərdə 2 qol vurursansa, ən azı bir xal qazanmalısan"

Digər
Bu gün, 19:37

Mirzə Bayrampur: Vergi və ya dələduzluq iddiaları

Futbol
Bu gün, 19:31

Manuel Noyer karyerasını bağlayacaq

Qarabağ FK
Bu gün, 19:30

"Qarabağ 4:2 ilə Sumqayıtı yendi – Video və Kronoloji"

Futbol
Bu gün, 19:25

Kurban Berdiyev və Ehtiram Quliyevin Turan Tovuz və Sabah matçlarından sonra gələcək planları

Futbol
Bu gün, 19:20

"Hansi Flik çempionluq mükafatını Barselona əməkdaşları ilə bölüşdü"

Qarabağ FK
Bu gün, 19:18

«Qarabağ»ın müdafiəçisinin zədəsi; oyunçular komanda yoldaşına təsəlli verirlər - Video

Futbol
Bu gün, 19:05

Uqo Duronun qoluyla Valensiya Osasuna qarşısında məğlubiyyətdən qurtardı

Futbol
Bu gün, 18:45

AFFA-nın "Boots for All" layihəsi Gəncədə azyaşlı futbolçulara 145 buts hədiyyə edib

Oxşar xəbərlər