Türkiyə Superliqasının 13-cü turunda azərbaycanlı futbolçu Nəriman Axundzadənin çıxış etdiyi “Ərzurumspor” “Fənərbağça”nın qonağı olub.
Sportify.az xəbər verir ki, meydan sahibləri 3 cavabsız qolla qələbə qazanıblar. “Fənərbağça”dan Oğuz Aydın, Milan Şkriniar və Meyson Qrinvud fərqlənib.
Nəriman oyuna 81-ci dəqiqədə daxil olub və sonadək mübarizə aparıb.
Qələbədən sonra “Fənərbağça” 23 xalla 5-ci yerdə qərarlaşıb. “Ərzurumspor” isə 14 xalla 13-cüdür.