top
“Baku Open”in açılış mərasimi keçirilib İdman.biz
29 iyun 2024, 15:25
- ↺ +

“Baku Open”in açılış mərasimi keçirilib

"Baku Open 2024" beynəlxalq şahmat turnirinin açılış mərasimi keçirilib.

İdman.biz xəbər verir ki, Bakı İdman Sarayında təşkil olunan tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, müavini Mariana Vasileva, İdman şöbəsinin müdiri Elnur Məmmədov, FİDE-nin prezidenti Arkadi Divorkoviç, Elm və Təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov və birinci vitse-prezident Faiq Həsnov iştirak ediblər.

Mərasimdə öncə Dövlət Himni səsləndirilib. Daha sonra Azərbaycanın mədəniyyətini, təbiətini və tarixindən bəhs edən video-çarx nümayiş etdirilib.

Gənclər və idman naziri Fərid Qayıbov çıxışında Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını deyib. O bildirib ki, ölkəmiz bir sıra beynəlxalq yarışlara ev sahiliyi edir və idmançılarımızın yetərincə uğurları var: "Təbii ki, şahmat da istisna deyil. Bu növ üzrə bir neçə beynəlxalq yarışlara ev sahibliyi etmişik. Bu gün də onlardan biri keşirilib. Bu sahədə nəticəmiz çoxdur. Onların arasında ən əsası Ülviyyə Fətəliyevanın Avropa çempionu olmasıdır. Federasiyaya şahmatı inkişaf etdirdiyi üçün təşəkkür edirik. Beynəlxalq Şahmat Federasiyasına minnətdarıq ki, bizə qarşı hər zaman etimadla yanaşıblar. Bir daha bütün şahmatçılarımıza uğurlar arzulayıram. İnanıram ki, Bakıda keçirilən bu yarışda da yüksək nətivə əldə edəcəklər".

Mahir Məmmədov bu yarışın artıq ənənəvi hal aldığını vurğulayıb. O qeyd edib ki, turnirdə iştirakçıların sayı ildən-ilə artır: "Bu hal bizi sevindirir. Bu il FIDE-nin 100 illiyidir. Bu münasibətlə silsilə tədbirlər keçirilir. Onları burda görməkdən məmnunuq və təşəkkür edirik. 100 il əvvəl bu FIDE-nin yaradılması münasibəti ilə iyulun 20-də Parisdə tədbir təşkil olunacaq. Azərbaycanda şahmat son dərəcədə uğurlu idman növüdür. Cənab Prezident İlham Əliyev idmana xüsusilə də şahmata diqqət və qayğı göstərir. Bu sahədə idmançılarımızın əldə etdiyi uğurlu nəticələr şahmatın inkişafının əyani sübutudur. İlk dəfədir ki, biz Bakı İdman Sarayından yarış yeri kimi istifadə edirik. Ümid edirik ki, bura hər birinizin xoşuna gələcək. 9 oyun gününün hamı üçün uğurlu keçməsini arzu edirəm".

FIDE prezidenti Arkadi Dvorkoviç Azərbaycanda idmanın, xüsusilə də şahmatın inkişafından söhbət açıb. O, bunu təqdirəlayiq bir hal kimi qiymətləndirib: "Bakıda bu cür tədbirin keçirilməsi çox sevindirici. Təsadüfi deyil ki, Faiq Həsənov da artıq 60 ildir hakimlik edir. Onu da təbrik edirik".

Daha sonra Dvorkoviç Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədova və gənclər və idman naziri Fərid Qayıbova xüsusi hədiyyə təqdim edib.

Ardınca Azərbaycanın şahmatının tarixini və bu sahədə keçirilən beynəlxalq turnirlərə dair materialları özündə əks etdirən video-çarx göstərilib.

Rəsmi çıxışlardan sonra gənclər və idman naziri və FIDE-nin prezidenti şahmat taxtasında ilk gedişi edərək, yarışı açıq elan etdilər.

Banuçiçək Hüseynli
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Tennis
Bu gün, 15:55

17 yaşlı Slovak tennisçi Mia Poqankova Tokioda Naomi Osakayı məğlub etdi

Qarabağ FK
Bu gün, 15:34

"Qarabağ"ın payı 62,3%-dir: Azərbaycan UEFA reytinqində bir klubdan asılılıq göstəricisinə görə 4-cüdir

Futbol
Bu gün, 15:26

FIFA U-15 dünya çempionatı və festivalının Bakıda təşkilatçılığını yüksək qiymətləndirir;

Minifutbol
Bu gün, 15:25

Oktay Rüstəmli: Bundan sonra Uypestlə Bakıda oynayacağıq

Futbol
Bu gün, 15:20

Antonio Cabrini: Hakan Çalhanoğlu üçün Juventus müqaviləsini uzatmaq vacibdir

Futbol
Bu gün, 15:19

Spalletti 'Yuventus' komandası da çətin vəziyyətdə: Cenoa mağlubiyyəti sonrası istefa çağırışları

Digər
Bu gün, 15:16

Azərbaycanın qadın oxatma yığması Asiya Kubokunda qızıl medal qazandı

Voleybol
Bu gün, 15:04

Polina Rəhimova: "DH Volley"i adıma və xidmətlərimə hörmət edən klub olduğu üçün seçdim, karyeramı çempionluqla başa vurmaq istəyirəm

Futbol
Bu gün, 15:00

Qalatasarayın yeni transfer hədəfi Leo Pereyra: Flamenqo 12 milyon avro tələb edir

Boks
Bu gün, 14:49

Tayson Fyuri və Entoni Coşua arasındakı ilk qarşılaşma 11 dekabrda baş tutacaq, sənədli film isə 29 noyabrda Netflix-də yayımlanacaq

Futbol
Bu gün, 14:40

Fənərbağça alman məşqçi Yulian Naqelsmannı namizəd etdi

Boks
Bu gün, 14:20

Edmond Xudoyan 10 ay sonra məğlubiyyətini siyasətə bağlayır

Cüdo
Bu gün, 13:49

Azərbaycanda adaptiv cüdo üzrə məşqçi kursu keçirildi

Qarabağ FK
Bu gün, 13:45

“Qəbələ – Qarabağ” matçının hakim və texniki heyət təyinatları açıqlanıb

Futbol
Bu gün, 13:40

UEFA 30,000 avro ilə Finlandiya Futbol Assosiasiyasını cərimələyib

Güləş
Bu gün, 13:33

Nihat Məmmədli dünya çempionatında gümüş medal qazanacağını və qızıl medaldan imtina etdiyini etiraf etdi

Futbol
Bu gün, 13:20

Everton qış transferində Islandiyalı hücumçunu transfer etməyə çalışır

Aİ analiz
Bu gün, 13:16

Bill Qeyts süni intellektin idmanı əvəz edə bilməyəcəyini vurğuladı

Boks
Bu gün, 13:03

Məktəbli boksçu, jurnalistlərlə qarşıdurmada iştirak edib

Futbol
Bu gün, 12:59

Aydin Bayramov: Zire çətin dövrdədir, itkilər və sərt rəqiblərlə mübarizə aparır

Futbol
Bu gün, 12:44

Maldini, Totti, Giggz və Puyol: Karyeralarını bir klubda keçirmiş futbol tarixinin sadiq simaları

Futbol
Bu gün, 12:20

PSJ, 120 milyon avroluq hücumçusu Dezire Due ilə müqaviləni uzatmaq üçün danışıqları davam etdirir

Qarabağ FK
Bu gün, 12:00

Aftandil Hacıyev: “Rəqibdən geri qalmadıq, sabah matçına inamla gedirik”

Olimpiada
Bu gün, 11:56

İki Azərbaycanlı taekvondoçu Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında yarışacaq

Oxşar xəbərlər