Gürcüstanın Batumi şəhərində qadın şahmatçılar arasında Dünya kuboku davam edir.
İdman.biz xəbər verir ki, bu gün keçiriləcək 1/32 finalda Azərbaycan millisinin 2 şahmatçısı lövhə arxasına keçib.
Qrossmeysterlərimizdən Ülviyyə Fətəliyeva yerli Lela Cavaxişvili ilə, Gülnar Məmmədova Polina Şuvalova (FİDE) ilə görüşüb. Hər iki şahmatçımız ilk görüşdə məğlub olublar. Sabaha tərəflər arasında ikinci oyun baş tutacaq.
Qeyd edək ki, Gövhər Beydullayeva və Xanım Balacayeva Dünya kubokunun ilk mərhələsində mübarizəni dayandırıblar.
İdman.biz