top
Azərbaycan Şahmat Turu: İlk 6 Yarışın Nəticələri, İştirakçıların Statistikası və Ulduzlar Idman.biz
14 avqust 2025, 14:58
- ↺ +

"Azərbaycan Şahmat Turu": İlk 6 Yarışın Nəticələri, İştirakçıların Statistikası və Ulduzlar

Azərbaycan Şahmat Federasiyasının təşəbbüsü ilə ilk dəfə keçirilən "Azərbaycan Şahmat Turu" (Chess Tour Azerbaijan) layihəsində ilk 6 yarış başa çatıb.

İdman.biz xəbər verir ki, bununla da yaz-yay mövsümündə nəzərdə tutulan "open" yarışlar yekunlaşıb.

Seriyada ümumilikdə 1553 (onlardan 300-ü qadın) iştirakçı mübarizə aparıb. Onlar arasında 26 GM, 37 IM, 2 WIM, 35 FM, 6 WFM, 14 CM, 12 WCM titullu şahmatçı var. Bütün bu sayı 20 fərqli federasiyadan 971 fərqli adda şahmatçı təşkil edib.

Sözsüz ki, "Chess Tour Azerbaijan" layihəsinin yekunlaşan turnirlərində nəticələrə əsasən əsas ulduz Xaqan Əhməd olub. İştirak etdiyi 5 yarışdan 3-də qalib olan Xaqan Şəkidən Qubayadək reytinqini 56 vahid artırmaqla 2449-a çatdırıb.

Beynəlxalq usta (IM) Xəzər Babazadə "Baku Open"də uğurlu çıxışının təsadüfi olmadığını "Shamakhi Open"in qalibi olmaqla təsdiq edib. Sevindirici haldır ki, ardınca Xəzər Türkiyə 1-ci liqasında uğurlu çıxış edərək 2500-lük reytinq səddini aşmağı da bacarıb.

Ukrayna təmsilçisi GM Vitaliy Bernadski iştirak etdiyi 5 yarışdan 3-də 2-ci, 1-də isə 4-cü olmaqla layihənin yaddaqalan simalarından birinə çevrilib.

4 şahmatçı seriyada bu günədək keçirilən 6 yarışın hamısında iştirak edib. Bunlar - IM Vüqar Manafov, CM Tunar Davudov, Ələkbər İsmayılov və Sadəgül Əfəndidir. 9 şahmatçı 5 yarışda, 53 şahmatçı 4 yarışda, 102 şahmatçı 3 yarışda, 167 şahmatçı 2 yarışda iştirak etdi.

GM Əhməd Əhmədzadə və GM Məhəmməd Muradlının cəsarətli iştirakları, Əhmədin "Vüqar Həşimov Open"in qalibi olması da qeydə olunmalı faktlar sırasındadır.

Yarışlar üzrə iştirakçı sayı aşağıdakı kimidir:

• Baku Open - 576 şahmatçı

• Sheki Open - 260 şahmatçı

• Shamakhi Open - 102 şahmatçı

• Lankaran Open - 176 şahmatçı

• Guba Open - 234 şahmatçı

• Gashimov Open - 205 şahmatçı

"Chess Tour Azerbaijan" layihəsi demək olar ki, bütün ölkəni əhatə etməklə regional inkişaf üçün geniş imkanlar yaradır. Bölgə şahmatçısı "open" yarışda iştirak etmək üçün yaşadığı ünvandan ən çoxu 100 km (əksərən bu rəqəm daha azdır) məsafə qət etməli olur.

Layihə əksər şahmatçılarımızın uzun illər nəzərə çarpan oyun təcrübəsizliyinin aradan qaldırmağa kömək edir. Dünya və Avropa çempionatlarında ölkəni təmsil edəcək yeniyetmə şahmatçılarımızın yarışlarda uğurlu çıxışı və təcrübə qazanması sevindirici məqamlardandır.

"Chess Tour Azerbaijan" davam edir. Noyabr ayında Şirvan və Gəncə şəhərlərində seriyanın növbəti (sonuncu) 2 yarışı keçiriləcək. Şahmatçılarımızı həmin yarışlardan da maksimum faydalanmağa dəvət edirik.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Gimnastika
Bu gün, 17:32

Azərbaycan tamblinq komandası dünya çempionatının finalına yüksəldi

Tennis
Bu gün, 17:19

Rafael Nadal "Real Madrid"in direktorlar şurasına daxil olacaq

Tennis
Bu gün, 17:06

22 qat Böyük Dəbilqə qalibi Rafael Nadal "Real"ın İdarə Heyətinə təqdim olunacaq;

Futbol
Bu gün, 17:00

Elmar Baxşıyev: Sabahın Norveçdəki 'Viking'e qarşı oyunu üçün şəraitə tez uyğunlaşması vacibdir

Futbol
Bu gün, 16:49

Liverpool məşqçisi Andoni İraola Fenerbahçe qarşısında inamı məhv etməyi tələb etdi

Futbol
Bu gün, 16:40

Liverpool, Valverde üçün 100 milyon avroluq təklif hazırlayır

Futbol
Bu gün, 16:39

Rodri, Barselona futbolçusu, Atletiko qarşı oyunu buraxacaq

Futbol
Bu gün, 16:22

Rodri, Atletiko qarşısında yaralanma səbəbindən oyunu buraxa bilər

Futbol
Bu gün, 16:20

Barcelona itkisindən sonra Rodri yaralanıb – Atletico qarşı oyunu buraxacaq

Futbol
Bu gün, 16:17

Mingəçevir futbolçuları maaş ödənməməsi səbəbindən boykot etdilər, matç oynamadı

Voleybol
Bu gün, 16:10

Ceyran İmanova: “Turan” komandasının əsas hədəfi qrup mərhələsinə vəsiqə qazanmaqdır

Futbol
Bu gün, 16:05

Paulu Fonseka 'Lion'dan ayrılıb 'Sportinq'e transfer oldu

Futbol
Bu gün, 16:00

“Sabah”ın çempionluq play-offa yüksəlmə ehtimalı 6,8%

Futbol
Bu gün, 15:58

FIFA U-15 dünya çempionatında Azərbaycanlı hakimlərə yüksək qiymətləndirmə verildi

Futbol
Bu gün, 15:50

Bruno Fernandeş: "Roma" üzərindəki qələbədən sonra Maykl Karrikin postunu xilas etmək məcburiyyətində deyildik

Digər
Bu gün, 15:35

Aysel Əhmədli Sofiyada WSF Şotokan karate Avropa çempionatının K10 kateqoriyasında qızıl medal qazandı

Futbol
Bu gün, 15:28

Yamal 20 yaşından əvvəl Çempionlar Liqasında ən çox qol vuran futbolçu oldu

Qarabağ FK
Bu gün, 15:22

Nazim Süleymanov: Sabahın Çempionlar Liqası çıxışını dəyərləndirir və gələcək perspektivlərini paylaşır

Futbol
Bu gün, 15:11

Toral Bayramov: "Sabah" komandasının Norveçin "Viking"ini məğlub edəcəyinə inanıram;

Güləş
Bu gün, 14:52

Dünya Güləş Birliyi 2027-ci ildən başlayaraq qazandığı hər görüşə görə xal verən yeni reytinq sistemini tətbiq edir

Futbol
Bu gün, 14:47

İmişli U-19 komandası 6 legioner futbolçu ilə gücləndirildi;

Futbol
Bu gün, 14:40

Kivu: "İnter"in "Feyenoord"a qarşı qələbəsi uğurlu oldu, növbəti matçlara köklənirik

Futbol
Bu gün, 14:37

Feйenoord azarkeşləri İnter qarşısında fişəng ataraq stadionun damına ziyan yetirib

Futbol
Bu gün, 14:29

Rəhim Həsənov: Kəpəz-İmişli matçında baş hakimin səhv qərarı

Oxşar xəbərlər