top
Azərbaycan Şahmat Turu: İlk 6 yarışda 1553 iştirakçı və maraqlı nəticələr Report.az
14 avqust 2025, 14:57
- ↺ +

"Azərbaycan Şahmat Turu": İlk 6 yarışda 1553 iştirakçı və maraqlı nəticələr

İlk dəfə keçirilən "Azərbaycan Şahmat Turu" (Chess Tour Azerbaijan) layihəsinin ilk 6 yarışında 1553 (onlardan 300-ü qadın) iştirakçı mübarizə aparıb.

Bu barədə "Report" Azərbaycan Şahmat Federasiyasından məlumat verilib.

Bildirilib ki, yaz-yay mövsümündə nəzərdə tutulan "open" yarışları yekunlaşıb.

Qatılanlar arasında 26 GM, 37 IM, 2 WIM, 35 FM, 6 WFM, 14 CM, 12 WCM titullu şahmatçılar var. Bütün bu sayı 20 fərqli federasiyadan 971 fərqli adda şahmatçı təşkil edib.

"Chess Tour Azerbaijan" layihəsinin yekunlaşan turnirlərində nəticələrə əsasən əsas ulduz Xaqan Əhməd olub. 5 yarışdan 3-də qalib olan Xaqan Şəkidən Qubayadək reytinqini 56 vahid artırmaqla 2449-a çatdırıb.

Beynəlxalq usta (IM) Xəzər Babazadə "Baku Open"də uğurlu çıxışının təsadüfi olmadığını "Shamakhi Open"in qalibi olmaqla təsdiq edib. Ardınca Xəzər Türkiyə 1-ci liqasında uğulu çıxış edərək 2500-lük reytinq səddini aşmağı da bacarıb.

Ukrayna təmsilçisi GM Vitaliy Bernadski iştirak etdiyi 5 yarışdan 3-də 2-ci, 1-də isə 4-cü olmaqla layihənin yaddaqalan simalarından birinə çevrilib.

4 şahmatçı seriyada bu günədək keçirilən 6 yarışın hamısında iştirak edib. Bunlar - IM Vüqar Manafov, CM Tunar Davudov, Ələkbər İsmayılov və Sadəgül Əfəndidir. 9 şahmatçı 5 yarışda, 53 şahmatçı 4 yarışda, 102 şahmatçı 3 yarışda, 167 şahmatçı 2 yarışda iştirak etdi.

GM Əhməd Əhmədzadə və GM Məhəmməd Muradlının cəsarətli iştirakları, Əhmədin "Vüqar Həşimov Open"in qalibi olması da qeydə olunmalı faktlar sırasındadır.

Yarışlar üzrə iştirakçı sayı aşağıdakı kimidir:
• Baku Open - 576 şahmatçı
• Sheki Open - 260 şahmatçı
• Shamakhi Open - 102 şahmatçı
• Lankaran Open - 176 şahmatçı
• Guba Open - 234 şahmatçı
• Gashimov Open - 205 şahmatçı

Noyabr ayında Şirvan və Gəncə şəhərlərində seriyanın növbəti (sonuncu) 2 turniri keçiriləcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 09:20

ABŞ Konqresi FİFA prezidentini və Arsene Vengeri Trampla əlaqələri ətrafında araşdırmaq üçün çağırış vərəqəsi göndərməyə hazırlaşır

Futbol
Bu gün, 09:19

UEFA reytinqi: Azərbaycan 24‑cü pillədə qoruyub, İsrail keçə bilmədi

Futbol
Bu gün, 09:10

Neftçi

Futbol
Bu gün, 09:08

Qari Nevill: 'Holand 18 ay ərzində 'Real Madrid'in futbolçusu olacaq'

Futbol
Bu gün, 09:00

İmişli Şəfa qarşısında, Neftçi Zirəyə meydan oxuyur

Futbol
Bu gün, 09:00

Bakıda Barselona qarşısında azarkeş sevgilisinə evlilik təklifi etdi

Futbol
Bu gün, 09:00

Neftçi “Zirə”ni qonaq olaraq qəbul edir

Futbol
Bu gün, 08:52

Puxaç: “Barselona qarşısında daha böyük hesabla məğlub ola bilərdik”

Futbol
Bu gün, 08:40

Lionel Messi sabiq komanda yoldaşının məzarı üçün Argentinaya yollanacaq

Futbol
Bu gün, 08:35

Mezzotero İtaliya milliyə dəvəti ala bilər

Futbol
Bu gün, 08:20

18 yaşlı İspaniyalı müdafiəçi Bakıda debut etdi

Futbol
Bu gün, 08:20

İmişli “Şəfa”ya qarşı 13-cü turda mübarizə

Futbol
Bu gün, 08:17

Barselona müdafiəçisi Baldenin Bakı zədəsi: növbəti matçı da buraxacaq

Futbol
Bu gün, 08:12

Arsen Venger ABŞ araşdırmasında ifadə verməyə çağırılacaq

Futbol
Bu gün, 08:00

Empoli yeni baş məşqçi Lorenzo Tonelli ilə anlaşdı

Futbol
Bu gün, 07:40

Sabah hücumçusu Coy‑Lens Mikels: “Barselona’ya 2‑3 qol vura bilərdik”

Digər
Bu gün, 07:30

Barselona matçı zamanı Bakıda ölüb: Rusiyalı azarkeş 11 yaşlı oğlu ilə gəlmiş

Futbol
Bu gün, 07:16

Atletiko Lukmanı 40 milyon avroya satmağa hazırdır

Futbol
Bu gün, 07:00

Fatih Tekke: Silahlı təhdidlərə boyun əyməyərək UEFA Kubokunu qaldırdı

Futbol
Bu gün, 06:13

Messi Karlos Tevezin vida matçına qatılacaq

Futbol
Bu gün, 05:31

Sneyder, Serxio Ramosun 2010 Dünya çempionu olduğu formanı 65.126 avrodan satdı

Futbol
Bu gün, 05:14

İspaniya Futbol Federasiyası 2027 üçün 433 milyon avroluq rekord büdcə təklif edir

Futbol
Bu gün, 04:03

Braziliyada iki futbolçu narkotik ticarəti və şahidlərə təzyiqdə şübhəli olub həbs edilib

Tennis
Bu gün, 04:00

Ben Şelton və Triniti Rodman ayrılıblar

Oxşar xəbərlər