top
Azərbaycan Avropa çempionatında: rəqəmlər nə deyir? İdman.biz
21 noyabr 2024, 19:50
- ↺ +

Azərbaycan Avropa çempionatında: rəqəmlər nə deyir?

Monteneqronun Petrovaç şəhərində keçirilmiş Avropa çempionatı Azərbaycan şahmatı üçün Rauf Məmmədovun ilk "20-lik"də yer alaraq Dünya Kubokuna vəsiqə qazanması və 10 şahmatçımızın Top-100-də yer alması ilə əlamətdar olub.

İdman.biz qitə çempionatını və Azərbaycan şahmatçılarının iştirakının statistik göstəricilərini nəzərdən keçirib.

Avropa çempionatında 42 ölkədən 388 şahmatçı iştirak edib. Onlardan 119-u qrossmeyster, 3-ü qadın qrossmeyster olub. Bu sırada yarışa 22 şahmatçı ilə qatılan Azərbaycanın 9 təmsilçisi qrossmeyster, 1-i qadın qrossmeyster olub.

Azərbaycan iştirakçı sayına görə turnirin 4-cü komandası olub. Yarışda daha çox şahmatçı Türkiyə (41), Serbiya (24) və Polşa qatılıb.

Turnirin ən reytinqli iştirakçısı FİDE reytinqində 27-ci olan sloveniyalı Vladimir Fedoseyevdir. Lakin bu şahmatçı turniri 14-cü pillədə başa vurub. Qalib adını isə ilk turdan liderliyi ələ keçirib sonadək qoruyan, iştirakçılar arasında 33-cü olan, FİDE reytinqində isə ilk 100-lüyə belə daxil olmayan serbiyalı Aleksandr İndjiç (9 xal) qazanıb.

Azərbaycanın ilk "20-liy"ə düşərək Dünya Kubokuna vəsiqə qazanan yeganə şahmatçısı 7,5 xalla 14-cü olan Rauf Məmmədov olub. Top-20-də ən çox şahmatçı ilə (3) Almaniya və Rumıniya təmsil olunub.

İlk "100-lüy"ə gəlincə, burada Azərbaycan əlçatmaz olub. Top-100-də 10 şahmatçımız yer alıb. Bu sırada 7,5 xallı Məhəmməd Muradlı (22-ci yer), Eltac Səfərli (29), Vasif Durarbəyli (31), 7 xallı Misrəddin İsgəndərov (35), Aydın Süleymanlı (53), 6,5 xallı Xəzər Babazadə (74), Riad Səmədov (81), Vüqar Əsədli (82) və Əhməd Əhmədzadənin (90) adları var.

Ölkələr arasında sonrakı məhsuldarlıq Ermənistan (8), Almaniya (7), Türkiyə (6) və Rumıniyadadır (6).

Çempionatın Top-100-ündə yaşı 18-dən aşağı olan 12 şahmatçı mübarizə aparıb. Onlardan ən yaxşı nəticə 34-cü yeri tutan ukraynalı İqor Samunenkovdadır. Ümumi yekunda 81-ci olan şahmatçımız Riad Səmədov 18 yaşlılar arasında 11-ci nəticə göstərib.

Azərbaycanın 22 şahmatçısından 13-ü turnirdəki reytinq sıralamasındakı mövqeyindən daha üstün nəticə göstərib. Ən böyük fərq iştirakçılar sırasında 100-cü reytinqə malik olmasına baxmayaraq 35-ci yeri tutan Misrədddin İsgəndərovdadır. İmkanından ən aşağı çıxış edən isə start siyahısında 191-ci olmasına baxmayaraq, yekunu 281-ci pillədə vuran Orxan Abdulovdur.

Turnir şahmatçılarımızın FİDE reytinqində göstəricilərinə də təsir edib. 13 şahmatçımız reytinq xallarını artırıb, 9-u azaldıb. Ən çox artım Ümid Aslanovdadır (+27,20). Şahin Vəliyev (24,20) və Ayan Allahverdiyeva da (19,80) xallarını xeyli artırıblar. Ən böyük itki isə turniri cəmi 2 xalla başa vuran Orxan Bağırovdadır (-97,60)

Son Avropa çempionatı ilə müqayisədə ötənilki qitə yarışında 19 təmsilçimizdən 5-i ilk "100-lük"də qərarlaşmışdı ki, onların da 3-ü Top-100-ün son "10-luğ"unda yer almışdı. Ən yaxşı nəticəni isə 7,5 xalla 17-ci olmuş Nicat Abasov göstərmişdi.

Vüqar Məmmədov
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 07:28

İnter, qapıçılıq mövqeyi üçün Marko Karnesekkinin transferini araşdırır

Futbol
Bu gün, 06:15

Arda Turana Çempionlar Liqası öncəsi şok

Futbol
Bu gün, 05:31

Roy Kin “Mançester Yunayted”ə qəzəbləndi: “Söyüş söymək istəyirəm”

Basketbol
Bu gün, 04:20

ABL-də Neftçi Naxçıvanı 104:84 hesabı ilə məğlub etdi, LANDAU Lions isə Orduyu 97:80 hesabı ilə yenib

Futbol
Bu gün, 04:20

Okan Burukun etiraz etdiyi almaniyalı hakim Zibert yenidən Qalatasarayın oyununa təyin olunub

Futbol
Bu gün, 04:12

Liverpul

Gimnastika
Bu gün, 04:00

Sağlamlıq problemləri səbəbindən Rotterdamda finala qadaq

Futbol
Bu gün, 03:59

Bavariya üçün Ağır İtki: Harri Keynin Qayıdışı üçün Üç Aydan Yarıma qədər

Futbol
Bu gün, 03:30

“Azərbaycan klubuna bu qədər asan qalib gələcəyimizi gözləmirdik”

Futbol
Bu gün, 03:27

Spalletti Seriya A-da 600-cü oyununa "Venetsiya" üzərində 4:0-lıq qələbə ilə çatdı

Futbol
Bu gün, 03:10

Bakıda futbol oynayarkən 74 yaşlı kişi infarktdan vəfat edib

Tennis
Bu gün, 02:55

Alkaras Zverevi məğlub edərək ATP-nin Yekun turnirində ilk titulunu qazandı

Futbol
Bu gün, 02:40

Diego Simeone La Liqada 345 qələbə ilə Luis Araqonese məxsus rekordun sahibinə çevrilib

Futbol
Bu gün, 02:26

Milan 5:1 Qələbəsində Ruben Amorimın Taktik Sirləri

Futbol
Bu gün, 01:56

Barselona Bakıya səyahətdən əvvəl Villarrealı 3-2 məğlub etdi

Futbol
Bu gün, 01:50

"Şamaxı"nın mərakeşli yarımmüdafiəçisi Ayman Buali: "Bu səhvimizi düzəltmək istəyirik"

Futbol
Bu gün, 01:40

28 yaşlı hücumçudan ötrü Almaniya klubuna təklif göndərməyi planlaşdırır - "Milan"

Futbol
Bu gün, 01:31

Barselona futbolçusunun iki oyunluq cəzası gözlənilir

Futbol
Bu gün, 01:30

"Mançester Yunayted"ə öz meydanında “toy” tutdular - VİDEO

Futbol
Bu gün, 01:15

İraola: Manchester United qarşısında 4-0 qələbə aldıq, daha çox qol vura bilərdik

Qarabağ FK
Bu gün, 01:10

Kəpəz – Qarabağ 0:0 nəticəylə qarşılaşdı

Digər
Bu gün, 01:00

Acun "Hall Siti"nin oyununa 2 milyonluq avtomobili ilə gəldi - VİDEO

Futbol
Bu gün, 00:58

Alicənab oğlan, sakit vida: Emin Mahmudovun tarixə çevrilən hekayəsi - Foto

Futbol
Bu gün, 00:57

Barselona məşqçisi Hansi Flik qələbədən sonra hakimliyi tənqid etdi

Oxşar xəbərlər