top
Aynur Sofiyeva: “İnanıram ki, Olimpiadada yüksək nəticələr qazanacağıq” İdman.biz
14 sentyabr 2024, 10:22
- ↺ +

Aynur Sofiyeva: “İnanıram ki, Olimpiadada yüksək nəticələr qazanacağıq”

"Bizim həm qadınlardan, həm də kişilərdən ibarət şahmat üzrə millimiz bu Olimpiadaya yüksək səviyyədə hazırlaşıb".

Bunu İdman.bizə Azərbaycanın və İslam dünyasının ilk beynəlxalq qadın qrossmeysteri Aynur Sofiyeva deyib.

O, Budapeştdə keçirilən 45-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan Azərbaycan milliləri barədə danışıb. Sofiyeva bildirib ki, şahmatçılarımız il ərzində Gənclər və İdman Nazirliyinin, Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə müxtəlif turnirlərdə iştirak ediblər: "Düşünürəm ki, bu əziyyətin qarşılığında yaxşı nəticə əldə etməlidirlər. İdmanda da bəxt və şans məsələləri var. Lakin inanıram ki, bu Olimpiadada yüksək nəticələr qazanacağıq".

Onun sözlərinə görə, idmançı üçün Olimpiada ən yüksək səviyyəli turnirdir: "Həm ölkə olaraq, həm də idmançı kimi bu yarışlara xüsusi şəkildə hazırlaşırıq. Fransada bu il keçirilən Paris-2024 Yay Olimpiya və Paralimpiya oyunlarını buna misal göstərmək olar. Hansı ki, idmançılarımız var gücləri ilə burada yaxşı nəticə qazanmaq üçün əllərindən gələni etdilər. Eyniylə Şahmat Olimpiadası da bu qəbildəndir. Əvvəl bir neçə şahmatçının adın çəkmək olardı ki, filan idmançıdan yüksək nəticə gözləyirəm. Amma indi bizim şahmatçılar o qədər öz üzərilərində çalışaraq potensiallarını inkişaf etdiriblər ki, demək olar ki, komandada olan hər bir şahmatçımız bizim üçün dəyərlidir və seçilirlər. Buna görə də mən kiminsə adın çəkib ayrıseçkilik etmək istəmirəm".

Qeyd edək ki, sentyabrın 11-dən start götürən Ümumdünya Şahmat Olimpiadası sentyabrın 23-dək davam edəcək.

Banuçiçək Hüseynli
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Cüdo
Bu gün, 08:00

Azərbaycan komandası mundialda 10-cu yeri tutdu

Futbol
Bu gün, 08:00

Luçano Spaletti A Seriyasında bunu bacaran 6-cı məşqçi oldu

Qarabağ FK
Bu gün, 08:00

“Qarabağ”ın nəzərə almadığı iki məqam

Futbol
Bu gün, 07:36

İtaliya A Seriyasında "Milan" "Frozinone"ni 5:1 məğlub etdi, "Atalanta" ilə "İnter" 4:4-lük heç-heçəyə qovuşdu

Futbol
Bu gün, 07:28

İnter, qapıçılıq mövqeyi üçün Marko Karnesekkinin transferini araşdırır

Futbol
Bu gün, 06:15

Arda Turana Çempionlar Liqası öncəsi şok

Futbol
Bu gün, 05:31

Roy Kin “Mançester Yunayted”ə qəzəbləndi: “Söyüş söymək istəyirəm”

Basketbol
Bu gün, 04:20

ABL-də Neftçi Naxçıvanı 104:84 hesabı ilə məğlub etdi, LANDAU Lions isə Orduyu 97:80 hesabı ilə yenib

Futbol
Bu gün, 04:20

Okan Burukun etiraz etdiyi almaniyalı hakim Zibert yenidən Qalatasarayın oyununa təyin olunub

Futbol
Bu gün, 04:12

Liverpul

Gimnastika
Bu gün, 04:00

Sağlamlıq problemləri səbəbindən Rotterdamda finala qadaq

Futbol
Bu gün, 03:59

Bavariya üçün Ağır İtki: Harri Keynin Qayıdışı üçün Üç Aydan Yarıma qədər

Futbol
Bu gün, 03:30

“Azərbaycan klubuna bu qədər asan qalib gələcəyimizi gözləmirdik”

Futbol
Bu gün, 03:27

Spalletti Seriya A-da 600-cü oyununa "Venetsiya" üzərində 4:0-lıq qələbə ilə çatdı

Futbol
Bu gün, 03:10

Bakıda futbol oynayarkən 74 yaşlı kişi infarktdan vəfat edib

Tennis
Bu gün, 02:55

Alkaras Zverevi məğlub edərək ATP-nin Yekun turnirində ilk titulunu qazandı

Futbol
Bu gün, 02:40

Diego Simeone La Liqada 345 qələbə ilə Luis Araqonese məxsus rekordun sahibinə çevrilib

Futbol
Bu gün, 02:26

Milan 5:1 Qələbəsində Ruben Amorimın Taktik Sirləri

Futbol
Bu gün, 01:56

Barselona Bakıya səyahətdən əvvəl Villarrealı 3-2 məğlub etdi

Futbol
Bu gün, 01:50

"Şamaxı"nın mərakeşli yarımmüdafiəçisi Ayman Buali: "Bu səhvimizi düzəltmək istəyirik"

Futbol
Bu gün, 01:40

28 yaşlı hücumçudan ötrü Almaniya klubuna təklif göndərməyi planlaşdırır - "Milan"

Futbol
Bu gün, 01:31

Barselona futbolçusunun iki oyunluq cəzası gözlənilir

Futbol
Bu gün, 01:30

"Mançester Yunayted"ə öz meydanında “toy” tutdular - VİDEO

Futbol
Bu gün, 01:15

İraola: Manchester United qarşısında 4-0 qələbə aldıq, daha çox qol vura bilərdik

Oxşar xəbərlər