top
14-cü cəhd: Tarixdə 5-ci dəfə - TƏHLİL İdman.biz
23 sentyabr 2024, 13:59
- ↺ +

14-cü cəhd: Tarixdə 5-ci dəfə - TƏHLİL

Kişilərdən ibarət Azərbaycan millisi Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci Şahmat Olimpiadasını "Top-10"da başa vurub.

İdman.biz xəbər verir ki, bu, yığmamızın tarixində 5-ci belə uğurdur.

Tarixin dördüncüsü

Şahmatçılarımız Budapeştdə 8-ci yeri tutub. İki il əvvəl 7-ci olan komandamız bir pillə geriləsə də, tarixinin 4-cü ən yaxşı göstəricinə imza atıb.

Millimizin rekordu 2014-cü ildəki 5-ci yerdir. Bundan altı il əvvəl isə yığma 6-cı yeri tuta bilib. İki ən yaxşı nəticə və son iki Olimpiadadan başqa, şahmatçılarımız daha bir dəfə "Top-10"da yer alıb. Bu, onuncu olduğumuz 2012-ci ilə təsadüf edib.

1994 – 36-cı yer
1998 – 43-cü yer
2000 – 46-cı yer
2002 – 30-cu yer
2004 – 22-ci yer
2006 – 24-cü yer
2008 – 6-cı yer
2010 – 12-ci yer
2012 – 10-cu yer
2014 – 5-ci yer
2016 – 12-ci yer
2018 – 15-ci yer
2022 – 7-ci yer
2024 – 8-ci yer

Rekord təkrarlanıb

Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Nicat Abasov, Aydın Süleymanlı və Məhəmməd Muradlının yer aldığı millimiz 11 turda 7 qələbə qazanıb. Komandamız digər matçlardan ikisində heç-heçə edərək Olimpiadanı 16 xalla tamamlayıb. Şahmatçılarımız cəmi 2 dəfə uduzub. Bir yarışda 7 qələbə qazanmaqla milli tarixinin rekordunu təkrarlayıb. Yığmamız ardıcıl 5-ci Olimpiadanı 7 qələbə ilə tamamlayıb. Bu seriya 2014-cü ildə başlayıb. 2014, 2016, 2018, 2022 və 2024-cü illərdə 7 qələbəsi olan komandamız 1994-cü ildəki debüt Olimpiadasında, həmçinin 2004, 2006, 2008-cü illərdə də eyni sayda uğura sahib olub. Amma 1994 və 2004-cü illərdə 14, 2006-cı ildə 13 tur olub. 11 matçlıq Olimpiadalarda 5-i ardıcıl olmaqla 6-cı dəfə 7 qələbə qazanılıb.

Dəyişməz nəticə

Komandamız iki il əvvəlki kimi yenə 16 xal toplayıb. Bu, 11 turluq yarışlar üçün ikinci ən yaxşı nəticənin təkrarıdır. Yalnız 2014-cü ildə daha çox – 17 xal əldə edilib. Onda yalnız bir məğlubiyyəti olan yığma 7 qələbə və 3 heç-heçəyə imza atıb. 2008-ci ildə isə indiki kimi 7 qələbə və 2 heç-heçə yaşanıb. 14 turdan ibarət debüt Olimpiadasında isə daha çox – 18 xal yığmaq mümkün olub.

Son 16 ilin ən zəif heyəti

Budapeştə yollanan şahmatçılarımızın orta reytinqi 2657-yə bərabər olub. Bu, son 8 Olimpiadada ən aşağı göstərici sayılır. Sonuncu dəfə 2006-cı ildə yığmanın orta reytinqi daha aşağı olub. Həmin vaxt 13 turluq son Olimpiada keçirilib. Bir sözlə, 11 turun tətbiq olunduğu dövrdə ən aşağı reytinqli heyət məhz Budapeştdə olub. Maraqlıdır ki, yığmamızın "Top-10"a düşdüyü bütün yarışlar da məhz bu illərə təsadüf edib. Yəni "onluq"da yer alan ən aşağı reytinqli komandamız məhz Macarıstanda fərqlənib.

1994 – 2188
1998 – 2474
2000 – 2456
2002 – 2575
2004 – 2615
2006 – 2643
2008 – 2709
2010 – 2694
2012 – 2693
2014 – 2694
2016 – 2717
2018 – 2748
2022 – 2680
2024 – 2657

92 qələbə

Komandamız qatıldığı 14 Olimpiadadan səkkizində 11, ikisində 13, dördündə 14 tura çıxıb. Ümumilikdə kişilərdən ibarət millimiz 171 matç keçirib. 92 qələbəsi olan komanda 34 heç-heçə edib və 44 dəfə uduzub. Yığma üzvləri 680 oyunda 268 qələbə qazanıb, 281 heç-heçə edib və 131 dəfə uduzublar.

Yenə medalsız

Tarixində 5-ci yerdən yuxarı qalxmayan millimiz şəxsi hesabda qazanılan medal sayını artıra bilməyib. Komanda şəklində mükafat qazanmayan şahmatçılarımız əvvəlki illərdə 6 fərdi medal əldə edib. Amma ardıcıl ikinci dəfə belə uğur mümkün olmayıb. Son mükafatlar 2018-ci ildəki iki bürünc olaraq qalıb. Ümumilikdə isə lövhələr üzrə mükafatlardan bir qızıl, bir gümüş və dörd bürünc şahmatçılarımızdadır. Bu dəfə ən yaxşı nəticə Şəhriyar Məmmədyarovda olub. O, 6-cı yeri tutub. Rauf Məmmədov da "onluğ"a düşüb. O, 9-cu yerdə qərarlaşıb.

Qeyd edək ki, kişilərin yarışında çempionluğu Hindistan millisi əldə edib.

Vüqar Xeyrullayev
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Formula 1
Bu gün, 11:34

Maklaren yeni planı ilə podiuma qovuşmağı hədəfləyir

Voleybol
Bu gün, 11:27

Polina Rəhimova: DH Volley bu mövsüm böyük hədəflər qoyub

Cüdo
Bu gün, 11:20

İbrahim Talıbov Dakardakı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında 55 kq çəki dərəcəsində jüdo yarışlarına qatılacaq

Digər
Bu gün, 11:07

Unibank, məktəblilərə pul idarəçiliyi təlimi təşkil etdi

Qarabağ FK
Bu gün, 11:05

Azərbaycan futbol Premyer Liqasında 10-cu turun hakim təyinatları açıqlandı

Futbol
Bu gün, 11:00

29 oktyabr: «Fiorentina» - «Atalanta» və «Everton» - «Nyukasl» qarşılaşmaları da daxil olmaqla Avropa futbolunda günün oyunları

Futbol
Bu gün, 11:00

Amit Quluzadə: Fərdi səhvlər və təcrübəsizlik məğlubiyyətə yol açdı

Tennis
Bu gün, 10:52

Yelena Rıbakina, dünya birinci raketkası olduqdan sonra həyatında baş verən dəyişikliklərdən danışıb

Futbol
Bu gün, 10:43

FIFA U-15 Dünya Çempionatı: Tahir Süleymanov Uşaqların Potensialına Güvənir

Futbol
Bu gün, 10:40

Ceydon Sançonun "Xetafe"yə keçməməsinin səbəbi: Yaxın Şərq klubundan təklif

Basketbol
Bu gün, 10:38

LANDAU Lions basketbolçu Ceyms Freyzer Avropa Kubokunda tarixi 41 xal imzası atdı

Futbol
Bu gün, 10:29

Marafon baş məşqçisi Ceyhun Cavadov: "Çətin oyunlar əlavə təcrübə gətirdi"

Futbol
Bu gün, 10:21

Robert Levandovski 8-ci oyunda qolsuz qalır

Futbol
Bu gün, 10:20

Yaponiya Futbol Assosiasiyasının vitse‑prezidenti FIFA dünya çempionatı kommersiya hüquqları mübahisəsi səbəbindən istefa verdi

Basketbol
Bu gün, 10:02

Gəncə basketbol komandası FIBA Avropa Kubokunda Portuqaliya “Sportinq” ilə qarşılaşacaq

Futbol
Bu gün, 10:00

FIFA 'Kəpəz'dən 152,000 avro ödəniş tələb edir

Voleybol
Bu gün, 09:48

Turan, CEV Çempionlar Liqasında Mladostu qonaqlayaraq cavab oyununu keçirəcək

Futbol
Bu gün, 09:40

Bayern rəhbəri yeni müqavilə üçün Keynlə gərgin danışıqlar aparıldığını açıqladı

Futbol
Bu gün, 09:38

Arsenal Flitvudla oyunda məğlubiyyətə məruz qaldı

Futbol
Bu gün, 09:38

Barselona’nın 20 yaşlı yarımmüdafiəçisi Alaves qarşısında debut edə bilər

Futbol
Bu gün, 09:20

İsmayıl Jakobs milli karyerasını bağladı

Futbol
Bu gün, 09:08

“Çelsi” Estevao Villianın PSJ-yə icarəsi üçün üç şərt təqdim edib

Güləş
Bu gün, 09:04

Azərbaycanın üç güləşçisi Astanada Dünya çempionatına çıxır

Futbol
Bu gün, 09:00

Azərbaycan Kubokunun II təsnifat mərhələsi iki oyunla yekunlaşdırılacaq

Oxşar xəbərlər