top
Azərbaycan qolf çempionatı və ölkə birinciliyi keçirilib Idman.biz
20 iyun 2026, 14:57
- ↺ +

Azərbaycan qolf çempionatı və ölkə birinciliyi keçirilib

Quba şəhərində yerləşən Milli Azərbaycan Qolf Klubunda Azərbaycan Qolf Federasiyasınin təşkilatçılığı və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Qolf üzrə Azərbaycan Çempionatı və Ölkə Birinciliyi 2026 təşkil olunub.

Bu yarış Azərbaycan qolf tarixində əlamətdar hadisə kimi yadda qalıb. İlk dəfə olaraq yalnız Azərbaycan qolfçularının iştirakı ilə keçirilən rəsmi ölkədaxili çempionat və birincilik ölkədə qolf idman növünün inkişafına mühüm töhfə vermək məqsədi daşıyıb. Turnirin əsas hədəfləri arasında yerli idmançıların peşəkarlıq səviyyəsinin yüksəldilməsi, sağlam rəqabət mühitinin formalaşdırılması və yeni istedadların üzə çıxarılması yer alıb.

Açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra Vətən uğrunda canlarını fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə çıxış edən Azərbaycan Qolf Federasiyasının vitse-prezidenti Anar Əzimov iştirakçıları salamlayaraq onlara uğurlar arzulayıb və yarışın ölkədə qolfun inkişafı baxımından əhəmiyyətini vurğulayıb.

Turnirdə Azərbaycanın müxtəlif bölgələrini təmsil edən qolfçular iştirak edib. İdmançılar yüksək peşəkarlıq nümayiş etdirərək fair-play prinsiplərinə sadiq qalıblar. Gərgin mübarizə şəraitində keçən yarış iştirakçılar və qolf həvəskarları tərəfindən böyük maraqla qarşılanıb.

Yarışın yekun nəticələrinə əsasən:

Birinci yer - Gülnarə Əsədova

İkinci yer - Emin Rzayev

Üçüncü yer - Eldar Kərimov

Gülnarə Əsədova ümumi sıralamada birinci yeri tutaraq Azərbaycan qolf tarixində ölkə çempionu adını qazanan ilk qadın qolfçu kimi tarixə düşüb.

Xüsusi nominasiyalar

Best Gross Winner - Emin Rzayev

Longest Drive Winner - Amir Kərimov

Nearest the Pin Winner - Emin Rzayev

Nearest the Pin Winner - Gülnarə Əsədova

Qaliblər kubok, medal və diplomlarla mükafatlandırılıb. Hədiyyələr Milli Azərbaycan Qolf Klubu və Lexus Bakı tərəfindən təqdim olunub. Mükafatlandırma mərasimində qaliblərə mükafatları Azərbaycan Qolf Federasiyasının Baş katibi Arif Novruzov və vitse-prezident Anar Əzimov təqdim ediblər.
Turnirin keçirilməsində Sarda Group, Electrify Azerbaijan, Azerbaijan Energy Automotive Factory, Azergold, Lexus Bakı və Milli Azərbaycan Qolf Klubu sponsor kimi çıxış edərək yarışın yüksək səviyyədə təşkilinə töhfə verib.

Azərbaycan Qolf Federasiyası ölkədə qolf idmanının inkişafı, yeni idmançıların hazırlanması və beynəlxalq standartlara uyğun yarışların təşkili istiqamətində fəaliyyətini davam etdirəcəyini bildirib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 21:27

Kataloniya polisi Barselona azarkeşinin Kamavinqaya bayraq dirəyi ilə hücumu üçün 650 min avroya qədər cərimə təklif edir

Futbol
Bu gün, 21:26

La Liqası, dəmir yolu qəzası məzunları üçün bir dəqiqəlik səssizliyə başlayacaq

Futbol
Bu gün, 21:13

Espanyolun Sabiq Həcumçusu Mişel Pineda 62 Yaşında Ölüm

Futbol
Bu gün, 20:57

Everton Markus Reşford üçün danışıqlara başladı

Futbol
Bu gün, 20:55

Juventus Kenan Yıldızı satmaq məcburiyyətində qala bilər, Arsenal onun ən böyük maraqlananıdır

Futbol
Bu gün, 20:41

Barselona’da Jul Kundenin zədəsi hələ də davam edir

Futbol
Bu gün, 20:29

Azərbaycan U-15 milli komandası FIFA Dünya Çempionatıda Vyetnamı 2:4 hesabı ilə məğlub etdi

Futbol
Bu gün, 20:27

Çelsi, İspaniya milli müdafiəçisini transfer etmək istəyir

Futbol
Bu gün, 20:27

Mançester Siti beş ildə transferlərdən bir milyard qazandı, Mançester Yunayted isə 405 milyon funt itirdi

Futbol
Bu gün, 19:59

Maykl Karrik vəzifəsinin saxlanılmasına “Təəccüblənmirəm” deyə cavab verdi

Futbol
Bu gün, 19:58

Qalibləri futbolçuların səsverməsi ilə seçiləcək

Futbol
Bu gün, 19:46

Conston Berq eyni gündə 30 dəqiqəlik fasilə ilə iki kubok oyunu oynayacaq

Futbol
Bu gün, 19:24

Xristo Stoiçkov Bakıya gəlib və 120 uşaq arasında FIFA-nın “Boots for All” festivalında iştirak edib

Cüdo
Bu gün, 19:20

Balabəy Ağayev BƏƏ-də “Böyük Dəbilqə” turnirində qızıl medala yiyələndi

Digər
Bu gün, 18:59

"Mançester Yunayted"in hücumçusu üçün 2026-cı il erkən başa çatdı

Digər
Bu gün, 18:51

Qakpo penalti vurmağın sirrini açdı: “Əvvəlcədən küncü seçirəm”

Cüdo
Bu gün, 18:41

Könül Əliyeva 'Böyük Dəbilqə' turnirində qızıl medal qazanan ilk Azərbaycan qadın cüdoçusu oldu

Futbol
Bu gün, 18:31

Arsen Venger: Bakı U‑15 Dünya Çempionatı və Festivalının Formatı Mükəmməl İşləyir

Futbol
Bu gün, 18:25

Cristiano Ronaldo tarixən Qızıl Top səsverməsindəki qələbəsinə reaksiyası

Digər
Bu gün, 18:11

“Mançester Yunayted”in heyəti ödənilən puldan 187 milyon ucuz çıxdı

Futbol
Bu gün, 18:00

Fransa 2026/27 UEFA Millətlər Liqasının final mərhələsinə ev sahibliyi etmək istəyir

Futbol
Bu gün, 18:00

İngiltərə millisinin və "Əl-Əhli"nin futbolçusu İvan Toni zorakılıq ittihamı ilə məhkəmə qarşısına çıxıb

Qarabağ FK
Bu gün, 17:55

Rusiyanın sabiq futbolçusu Dmitri Yefremov: “Sabah” çempionlar liqasında “Barselona”ya qalib gələ bilər, məğlubedilməz komanda yoxdur” - MÜSAHİBƏ

Futbol
Bu gün, 17:51

Harri Keyn 1 xalla Kilian Mbappenin üstün gələrək 2026-cı il "Qızıl top" mükafatını qazandı

Oxşar xəbərlər