Futbol üzrə Azərbaycan Premyer Liqasının 10-cu turunda "Qəbələ" doğma meydanda "Qarabağ"la üz-üzə gələcək.
İdman.Biz idmanxeber.az-a istinadən xəbər verir ki, hər iki komanda oyuna itkirlərlə çıxacaq.
"Qırmızı-qaralar"da qapıçı Artur Motta zədəli olduğu üçün matçı buraxacaq.
Ağdam təmsilçisində isə sol cinah müdafiəçisi Elvin Cəfərquliyev və hücumameyilli yarımmüdafiəçi Xoni Montiel zədə səbəbindən görüşdə iştirak etməyəcəklər.
Komandalarda cəzalı futbolçu yoxdur.
Qeyd edək ki, "Qəbələ" - "Qarabağ" oyunu bu gün saat 17:30-da start götürəcək.