"Turan Tovuz" və "Şamaxı" matçında xoşagəlməz hal yaşanıb.
Sportinfo.az xəbər verir ki, oyun zamanı "Turan Tovuz"un hücumçusu Jo Batista "Şamaxı"nın müdafiəçisi Emin Rüstəmovu kürəyindən ayağı ilə vurub.
Amma buna baxmayaraq baş hakim Emin Əliyev Batistaya heç bir vərəqə göstərmir.
Oyun "Turan Tovuz"un 2-0 hesablı qələbəsi ilə başa çatıb.
Həmin görüntüləri təqdim edirik: