top
Ağasəlim Mircavadov: “Zirə” sərfəli nəticə qazanıb, amma sakitləşməməli və arxayın olmamalıdır” Idman.biz
09 iyul 2026, 14:29
- ↺ +

Ağasəlim Mircavadov: “Zirə” sərfəli nəticə qazanıb, amma sakitləşməməli və arxayın olmamalıdır”

"Zirə" Gürcüstanda "Torpedo"ya qarşı keçirəcəyi UEFA Konfrans Liqasının birinci təsnifat mərhələsinin cavab oyununda da qələbə qazana bilər".

Bu barədə Azərbaycan millisinin sabiq baş məşqçisi, "Şöhrət" ordenli Ağasəlim Mircavadov deyib.

Təcrübəli mütəxəssis komandanın Sumqayıtda rəqibini üç cavabsız qolla üstələdiyi ilk qarşılaşma haqqında fikirlərini bölüşüb.

"Rəqib cavab oyununda istər-istəməz hücuma atılacaq və müdafiədə boşluqlar verəcək. "Zirə" isə əks-hücumlarda yaxşı təsir bağışlayır. Çempionat qarşılaşmalarında bunu görmüşük. Düşünürəm ki, səfərdə də qalib gələ bilərlər. "Torpedo"nun heyətində çoxlu əcnəbi oyunçular var idi. Amma inkişaf barədə düşünürsənsə, səviyyəli legioner gətirməli və ya yerlilərə şans verməlisən. Onların zəif olduğunu düşünmürəm. "Zirə" mərkəzdə yaxşı pressinq edirdi və bəlkə də rəqib bunu gözləmirdi. Həm də komandamız fürsətlərdən tam istifadə etdi", - deyə o report.az-a açıqlamasında vurğulayıb.

A.Mircavadov avrokuboklardakı ilk oyunlarda qələbənin çox vacib olduğunu söyləyib:

"Birinci matçlarda yaxşı oyundan çox, nəticə gözləyirəm. Çünki qalibiyyət növbəti qarşılaşmalara təsir edir. Komandalar növbəti mövsümə hazırlaşırlar, yeni transferlər edirlər. Qələbə ruhu önəm kəsb edir. "Zirə" çox sakit halda rəqibini məğlub etdi. Nəzərə almaq lazımdır ki, klubun planı dəyişib və sonradan turnirdə iştirak hüququ əldə etdilər. Məncə, komanda hələ də oyunçu axtarışlarını davam etdirməlidir. Bəzi mövqelər güclənməlidir. 3:0 çox yaxşı nəticədir. Kutaisidə oynamaq bir az ağır olacaq. Mən SSRİ dönəmində orada meydana çıxmışam. "Zirə" sərfəli nəticə qazanıb, amma sakitləşməməli və arxayın olmamalıdır".

Mütəxəssis bildirib ki, "Zirə" bu oyuna çox hazırlaşa bilməsə də, matça yaxşı köklənib:

"Klub yay transfer dönəmində futbolçu seçimində tələsmir. Bu, çox doğru addımdır. İstədiyi oyunçuları almaq üçün vaxta ehtiyac var. Avrokuboklar üçün çox transferlər edilsəydi, səhvlər ola bilərdi".

Xatırladaq ki, tərəflər arasında cavab görüşü iyulun 16-da Gürcüstanda keçiriləcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Cüdo
Bu gün, 22:11

Balabəy Ağayev qızıl medalı qazandıqdan sonra hələ də inana bilmir

Formula 1
Bu gün, 22:03

Qətər və Əbu-Dabi Qran-priləri Formula-1-də ləğv oluna bilər

Cüdo
Bu gün, 21:48

İJF Könül Əliyevanın Əbu-Dabidə tarixi qızıl medalını təqdim etdi

Futbol
Bu gün, 21:42

Levandovski: Arsenal'ə qoşulmadım, çünki titul qazanmaq istəyirdim

Futbol
Bu gün, 21:27

Kataloniya polisi Barselona azarkeşinin Kamavinqaya bayraq dirəyi ilə hücumu üçün 650 min avroya qədər cərimə təklif edir

Futbol
Bu gün, 21:26

La Liqası, dəmir yolu qəzası məzunları üçün bir dəqiqəlik səssizliyə başlayacaq

Futbol
Bu gün, 21:13

Espanyolun Sabiq Həcumçusu Mişel Pineda 62 Yaşında Ölüm

Futbol
Bu gün, 20:57

Everton Markus Reşford üçün danışıqlara başladı

Futbol
Bu gün, 20:55

Juventus Kenan Yıldızı satmaq məcburiyyətində qala bilər, Arsenal onun ən böyük maraqlananıdır

Futbol
Bu gün, 20:41

Barselona’da Jul Kundenin zədəsi hələ də davam edir

Futbol
Bu gün, 20:29

Azərbaycan U-15 milli komandası FIFA Dünya Çempionatıda Vyetnamı 2:4 hesabı ilə məğlub etdi

Futbol
Bu gün, 20:27

Çelsi, İspaniya milli müdafiəçisini transfer etmək istəyir

Futbol
Bu gün, 20:27

Mançester Siti beş ildə transferlərdən bir milyard qazandı, Mançester Yunayted isə 405 milyon funt itirdi

Futbol
Bu gün, 19:59

Maykl Karrik vəzifəsinin saxlanılmasına “Təəccüblənmirəm” deyə cavab verdi

Futbol
Bu gün, 19:58

Qalibləri futbolçuların səsverməsi ilə seçiləcək

Futbol
Bu gün, 19:46

Conston Berq eyni gündə 30 dəqiqəlik fasilə ilə iki kubok oyunu oynayacaq

Futbol
Bu gün, 19:24

Xristo Stoiçkov Bakıya gəlib və 120 uşaq arasında FIFA-nın “Boots for All” festivalında iştirak edib

Cüdo
Bu gün, 19:20

Balabəy Ağayev BƏƏ-də “Böyük Dəbilqə” turnirində qızıl medala yiyələndi

Digər
Bu gün, 18:59

"Mançester Yunayted"in hücumçusu üçün 2026-cı il erkən başa çatdı

Digər
Bu gün, 18:51

Qakpo penalti vurmağın sirrini açdı: “Əvvəlcədən küncü seçirəm”

Cüdo
Bu gün, 18:41

Könül Əliyeva 'Böyük Dəbilqə' turnirində qızıl medal qazanan ilk Azərbaycan qadın cüdoçusu oldu

Futbol
Bu gün, 18:31

Arsen Venger: Bakı U‑15 Dünya Çempionatı və Festivalının Formatı Mükəmməl İşləyir

Futbol
Bu gün, 18:25

Cristiano Ronaldo tarixən Qızıl Top səsverməsindəki qələbəsinə reaksiyası

Digər
Bu gün, 18:11

“Mançester Yunayted”in heyəti ödənilən puldan 187 milyon ucuz çıxdı

Oxşar xəbərlər