İspaniya "Real" (Madrid) klubu İtaliyanın "Como" komandasının futbolçusu Niko Pasını geri alma niyyətindədir.
Report COPE-yə istinadən xəbər verir ki, Madrid təmsilçisi onun qayıdışı üçün gələn yay 80 milyon avro ödəməyə hazırdır.
Ötən mövsüm arası fasilədə "Como" 22 yaşlı yarımmüdafiəçinin transfer hüquqlarını "Real"dan 60 milyon avroya almışdı. Bununla birlikdə, İtaliya klubu oyunçunu 6 milyon avroya icarəyə götürmüşdü.
Qeyd etmək lazımdır ki, cari mövsümdə N.Pas A Seriyası və UEFA Çempionlar Liqasında 14 matçda çıxıb, 6 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.