"Mançester Siti"nin hücumçusu Erlinq Haland "Real"a keçidə bir qədər də yaxınlaşıb. Sport24.az ispaniyalı insayder İnyaki Anguloya istinadən xəbər verir ki, Madrid klubunun rəhbərliyi ötən həftə Haalandın agenti olan atası ilə görüşüblər.
Tərəflər gələn yay baş tutması gözlənilən potensial transferin təfərrüatlarını dəqiqləşdirməyə çalışırlar.
Qeyd edək ki, Haaland "Mançester Siti" ilə 2034-cü ilin yayına qədər qüvvədə olan və heç bir sabit sərbəstqalma bəndi (təzminat məbləği) nəzərdə tutulmayan uzunmüddətli müqavilə bağlayıb.