Futbol üzrə Azərbaycan Birinci Liqasında bu gün səkkizinci tura yekun vurulacaq.
İdman.Biz xəbər verir ki, turun ikinci oyun günündə iki qarşılaşma keçiriləcək.
Hər iki matç saat 14:00-da başlayacaq. "Şahdağ Qusar" "Gəncəbasar"la, "Şimal" isə "Zaqatala" ilə üz-üzə gələcək.
Azərbaycan Birinci Liqa
Səkkizinci tur
20 noyabr
14:00. "Şahdağ Qusar" - "Gəncəbasar"
Hakimlər: Kamal Umudlu, Rəhman Aslanov, Asif Abdullayev, Maqsud Şamıyev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Binə qəsəbə stadionu.
14:00. "Şimal" - "Zaqatala"
Hakimlər: İslam Məmmədov, Zakir Şükürzadə, Elman Kərimov, Mahmud Bağırzadə.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: İlham Əliyev.
Şamaxı. Olimpiya İdman Kompleksinin stadionu.
Qeyd edək ki, dünən baş tutan oyunlarda "Mingəçevir" evdə "Baku Sportinq"i 1:0, "Karvan Yevlax" "Xankəndi"ni səfərdə 2:0 hesabı ilə məğlub edib, MOİK - "Səbail" matçında isə qalib müəyyənləşməyib - 0:0.