top
Media nümayəndələrinin Qazax İdman Paytaxtı – 2026 layihəsi çərçivəsində Qazax rayonuna media turu Report.az
04 mart 2026, 17:09
- ↺ +

Media nümayəndələrinin "Qazax İdman Paytaxtı – 2026" layihəsi çərçivəsində Qazax rayonuna media turu

"Qazax İdman Paytaxtı – 2026" layihəsi çərçivəsində media nümayəndələrinin Qazax rayonuna media turu təşkil olunub.

"Report" xəbər verir ki, Gənclər və İdman Nazirliyinin və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə baş tutan proqram çərçivəsində jurnalistlər əvvəlcə Qazax Şəhidlər Xiyabanını ziyarət edərək, Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad ediblər.

Daha sonra nümayəndələr ADA Universitetinin Qazax Mərkəzi ilə tanış olub, burada yaradılan şərait və tədris imkanları barədə məlumat alıblar.

Media turun iştirakçıları həmçinin Qazax Cümə Məscidini ziyarət edib, rayonun dini-mənəvi irsi ilə yaxından tanış olublar.

Proqram çərçivəsində Fəxri Qazaxlılar Parkına (Mütəfəkkirlər parkı), Qazax Ədəbiyyat Muzeyinə və Qazax Tarix-Diyarşünaslıq Muzeyinə baxış keçirilib, iştirakçılara rayonun zəngin ədəbi və tarixi irsi haqqında ətraflı məlumat verilib.

Jurnalistlər Qazax Olimpiya İdman Kompleksində yaradılan idman infrastrukturu ilə də tanış olublar. Bildirilib ki, Qazaxın "İdman Paytaxtı – 2026" elan olunması çərçivəsində rayonda idmanın inkişafı istiqamətində mühüm layihələr həyata keçirilir.

Tur iştirakçıları "Qarabağ Azərbaycandır!" Abidə Kompleksini və Heydər Əliyev adına parkı da ziyarət ediblər. Daha sonra Heydər Əliyevin adını daşıyan Mərkəzdə təşkil olunan görüşdə rayon rəhbərliyi tərəfindən həyata keçirilən layihələr və perspektiv planlar barədə məlumat verilib.

Media turunda nümayəndələr Yuxarı Salahlı kəndində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Molla Pənah Vaqifin abidəsini və Səməd Vurğunun Poeziya Evini ziyarət ediblər.

Qeyd edək ki, sabah Qazaxda İdman Paradı keçiriləcək və "Qazax İdman Paytaxtı – 2026"nın rəsmi açılışı baş tutacaq.

Media nümayəndələri Qazaxın tarixi və idman infrastrukturu ilə tanış olublar Media nümayəndələri Qazaxın tarixi və idman infrastrukturu ilə tanış olublar Media nümayəndələri Qazaxın tarixi və idman infrastrukturu ilə tanış olublar Media nümayəndələri Qazaxın tarixi və idman infrastrukturu ilə tanış olublar Media nümayəndələri Qazaxın tarixi və idman infrastrukturu ilə tanış olublar Media nümayəndələri Qazaxın tarixi və idman infrastrukturu ilə tanış olublar Media nümayəndələri Qazaxın tarixi və idman infrastrukturu ilə tanış olublar
Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Voleybol
Bu gün, 11:05

AZERRAIL və Ordu komandaları arasında kişi voleybolu Super Liqası üçüncü turu dueli

Qarabağ FK
Bu gün, 11:00

«Qarabağ»ın səviyyəli oyunçusu Aleksey Kaşuk ukrayna millisinə ilk dəfə dəvət olunub

Voleybol
Bu gün, 10:59

CEV Turan'ı Azərbaycanın ən uğurlu voleybol klubları ilə müqayisə etdi

Qarabağ FK
Bu gün, 10:44

Qarabağ hücumçusu Kaşuk ilk dəfə Ukrayna milli komandasına çağırıldı

Futbol
Bu gün, 10:28

Əşrəf Hakimi: Messi gəlməsi oyun stilimi dəyişdi, zövq ala bilmədim

Minifutbol
Bu gün, 10:07

İtalyan hakimlər komandası Azərbaycan‑Çexiya futsal matçını idarə edəcək

Futbol
Bu gün, 10:02

Maykl Karrik, Şi Leysin çıxışını tərifləyir: “Meydanda hamını ruhlandırdı”

Voleybol
Bu gün, 10:00

Turan Tovuzun Voleybol Qələbəsi Avropada, Futbol Takımının Gözləmələri

Futbol
Bu gün, 09:58

UEFA Avropa Liqası: Renn evində Olimpiakosla qarşılaşacaq

Futbol
Bu gün, 09:49

Luis Enrike PSJ-də 127 qələbə ilə ən çox qələbə qazanan məşqçi oldu

Qarabağ FK
Bu gün, 09:47

UEFA Gənclər Liqası: Sabah və Qarabağ U-19 komandaları bu gün Norveç və Xorvatiyada qarşılaşacaqlar;

Futbol
Bu gün, 09:43

UEFA Çempionlar Liqası: Real, Fənərbağça və Manchester City qarşılaşacaq

Futbol
Bu gün, 09:40

Qalatasaray rəhbərliyi rusiyalı futbolçunun müqaviləsində 55M avrolu sərbəst qalma bəndini dəyişdirmək istədi

Futbol
Bu gün, 09:23

‘Sabah’ futbolu ‘Vikinq’in qonağına çıxacaq

Basketbol
Bu gün, 09:22

LANDAU Lions, FIBA Avropa Kubokunda Benfika ilə Qarşılaşacaq

Futbol
Bu gün, 09:20

Karlos Visens Barcelona üçün yeni baş məşqçi ola bilər

Futbol
Bu gün, 09:08

Mourinyo Real Madridin Yunanıstandakı 1/8 qalibiyyətini açıq şəkildə qeyd etdi

Basketbol
Bu gün, 09:07

«Neftçi» basketbol komandası FIBA Avropa Kubokunda beşinci oyununu Plovdivda Lokomotiv (Bulgariya) ilə oynayacaq

Futbol
Bu gün, 09:00

ÇL: "Sabah" "Vikinq"də qonaq olacaq

Futbol
Bu gün, 08:40

Skott Parker, Vest Hem-in yeni baş məşqçisi oldu

Futbol
Bu gün, 08:05

"İnter" Ikardi üçün transfer planında deyil - Marotta açıqlaması

Futbol
Bu gün, 08:00

İngiltərə klubu Said El-Malanı və qardaşı Malek El-Malanı transfer etmək istəyir

Futbol
Bu gün, 07:15

“Barselona” Arsenalın müdafiəçısı Piyero İnkapyeni transfer etmək istəyir - Deko hərəkətə keçdi

Futbol
Bu gün, 06:13

Arteta, formaların dartılması və tutulması ilə bağlı geniş videoarxiv topladığını açıqladı

Oxşar xəbərlər