Qılıncoynatmanın şpaqa növü üzrə oğlanlardan ibarət Azərbaycan millisi III MDB Oyunlarında gümüş medal qazanıb.
"Report"un Gəncəyə ezam olunan əməkdaşı xəbər verir ki, yığma finalda Rusiyaya uduzub.
Qarşılaşma rəqibin 45:35 hesablı qələbəsi ilə yekunlaşıb.
12:25
Qılıncoynatmanın şpaqa növü üzrə oğlanlardan ibarət Azərbaycan millisi III MDB Oyunlarında finala vəsiqə qazanıb.
"Report"un Gəncəyə ezam olunan əməkdaşı xəbər verir ki, yığma yarımfinalda Özbəkistanı 42:37 hesabı ilə üstələyib.
Komanda finalda Rusiya ilə üz-üzə gələcək.