Roberto Martines Niderland millisinin yeni baş məşqçisi ola bilər. Sport24.az xəbər verir ki, bu barədə "De Telegraaf" məlumat yayıb.
Mənbənin sözlərinə görə, Kral Niderland Futbol Assosiasiyası (KNBA) mümkün təyinatla bağlı ispan məşqçi ilə əlaqə saxlayıb. Tərəflər İspaniyanın Malaqa şəhərində görüşüblər.
Qeyd edək ki, Roberto Martines karyerası ərzində Belçika (2016-2022) və Portuqaliya millilərini (2023-2026) çalışdırıb. O, hazırda işsizdir.