top
Azərbaycan və Albaniya arasında idman əlaqələri üzrə memorandumun imzalanması müzakirə edilib Idman.biz
20 avqust 2025, 17:51
- ↺ +

Azərbaycan və Albaniya arasında idman əlaqələri üzrə memorandumun imzalanması müzakirə edilib

Azərbaycan və Albaniya arasında idman əlaqələrinin genişləndirilməsi ilə bağlı memorandumun imzalanması müzakirə olunub.

İdman.biz xəbər verir ki, bu barədə Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) rəsmi saytı məlumat yayıb.

MOK-un inzibati binasında Albaniyanın idman rəsmiləri ilə görüş olub. Toplantıda qurumun vitse-prezidenti Çingiz Hüseynzadə, Albaniya Olimpiya Komitəsinin prezidenti Fidel İlli, Albaniya Gimnastika Federasiyasının prezidenti Leonard Lulay, Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Astrit Hasani, MOK-un xarici əlaqələr şöbəsinin müdiri Anar Bağırov və marketinq şöbəsinin müdiri Səkinə Vəliyeva iştirak ediblər.

Görüşdə Azərbaycan və Albaniya arasında idman əlaqələrinin genişləndirilməsi ilə bağlı memorandumun imzalanması məsələləri müzakirə olunub.

Qonaqları salamlayan Çingiz Hüseynzadə ölkəmizdə idmanın inkişafı istiqamətində görülən işlər və qazanılan uğurlar barədə ətraflı məlumat verib. O, Azərbaycan Ağırlıqqaldırma Federasiyasının fəaliyyətindən danışarkən, bu idman növü üzrə də uğurların qazanıldığını qeyd edib. Hüseynzadə həmçinin iki ölkə arasında memorandum imzalanmasından sonra yerli federasiyaların da daha sıx əlaqələr quracağına inandığını bildirib.

Fidel İlli bildirib ki, ölkəmizə budəfəki səfərinin əsas məqsədi Azərbaycan Milli Olimpiya Komitəsi və federasiyaları ilə əməkdaşlıq imkanlarını genişləndirməkdir:

"Bizim infrastrukturumuz sizin qədər geniş olmasa da, çox yaxşı əlaqələrimiz var. Bundan istifadə edərək əlaqələrimizi daha da genişləndirmək olar. Onu da qeyd etmək istəyirəm ki, biz bu görüşdən istifadə edərək, memorandumun imzalanma prosesini də müzakirə edə bilərik. Albaniya bir çox beynəlxalq yarışlara ev sahibliyi edir. İstərdik ki, birlikdə tərəfdaşlığımıza başlayaq və uğurla davam etdirək".

Astrit Hasani də Bakıda olmaqdan məmnunluğunu bildirib. O, Azərbaycan və Albaniya arasındakı əlaqələrin, həmçinin Avropa Olimpiya Akademiyasının ağırlıqqaldırma üzrə fəaliyyətinin də genişləndirilməsinin vacibliyini qeyd edib. Hasani həmçinin bildirib ki, Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudovun Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının məsləhətçisi vəzifəsinə namizədliyi irəli sürülüb. O, eyni zamanda, Səbinə Rzayevanın beynəlxalq qurumun Gender Bərabərliyi Komissiyasının üzvülüyünə namizədliyinin irəli sürüldüyünü də diqqətə çatdırıb.

Leonard Lulay Azərbaycan Gimnastika Federasiyası ilə olan əlaqədən danışaraq son dörd ildə təmsilçilərimiz arasında treninqlərin həyata keçirildiyini qeyd edib. O, bu tərafdaşlığın idmanın inkişafına və qarşılıqlı əlaqələrin genişlənməsində də böyük rol oynayacağını bildirib.

Çingiz Hüseynazadə Azərbaycanda gimnastikanın da inkişaf etdiyini deyib. O, bildirib ki, gimnastika üzrə qrup hərəkətləri komandamız ötən il keçirilən Paris-2024 Yay Olimpiya Oyunlarında beşinci yeri tutub:

"İnanıram ki, ağırlıqqaldırma ilə yanaşı, gimnastika üzrə də əlaqələrimiz genişlənəcək",

Daha sonra MOK-un vitse-prezidenti memorandumda əks olunacaq məsələlərlə bağlı müzakirələrin aparılmasının vacibliyini qeyd edib.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 10:44

Qarabağ hücumçusu Kaşuk ilk dəfə Ukrayna milli komandasına çağırıldı

Futbol
Bu gün, 10:28

Əşrəf Hakimi: Messi gəlməsi oyun stilimi dəyişdi, zövq ala bilmədim

Minifutbol
Bu gün, 10:07

İtalyan hakimlər komandası Azərbaycan‑Çexiya futsal matçını idarə edəcək

Futbol
Bu gün, 10:02

Maykl Karrik, Şi Leysin çıxışını tərifləyir: “Meydanda hamını ruhlandırdı”

Voleybol
Bu gün, 10:00

Turan Tovuzun Voleybol Qələbəsi Avropada, Futbol Takımının Gözləmələri

Futbol
Bu gün, 09:58

UEFA Avropa Liqası: Renn evində Olimpiakosla qarşılaşacaq

Futbol
Bu gün, 09:49

Luis Enrike PSJ-də 127 qələbə ilə ən çox qələbə qazanan məşqçi oldu

Qarabağ FK
Bu gün, 09:47

UEFA Gənclər Liqası: Sabah və Qarabağ U-19 komandaları bu gün Norveç və Xorvatiyada qarşılaşacaqlar;

Futbol
Bu gün, 09:43

UEFA Çempionlar Liqası: Real, Fənərbağça və Manchester City qarşılaşacaq

Futbol
Bu gün, 09:40

Qalatasaray rəhbərliyi rusiyalı futbolçunun müqaviləsində 55M avrolu sərbəst qalma bəndini dəyişdirmək istədi

Futbol
Bu gün, 09:23

‘Sabah’ futbolu ‘Vikinq’in qonağına çıxacaq

Basketbol
Bu gün, 09:22

LANDAU Lions, FIBA Avropa Kubokunda Benfika ilə Qarşılaşacaq

Futbol
Bu gün, 09:20

Karlos Visens Barcelona üçün yeni baş məşqçi ola bilər

Futbol
Bu gün, 09:08

Mourinyo Real Madridin Yunanıstandakı 1/8 qalibiyyətini açıq şəkildə qeyd etdi

Basketbol
Bu gün, 09:07

«Neftçi» basketbol komandası FIBA Avropa Kubokunda beşinci oyununu Plovdivda Lokomotiv (Bulgariya) ilə oynayacaq

Futbol
Bu gün, 09:00

ÇL: "Sabah" "Vikinq"də qonaq olacaq

Futbol
Bu gün, 08:40

Skott Parker, Vest Hem-in yeni baş məşqçisi oldu

Futbol
Bu gün, 08:05

"İnter" Ikardi üçün transfer planında deyil - Marotta açıqlaması

Futbol
Bu gün, 08:00

İngiltərə klubu Said El-Malanı və qardaşı Malek El-Malanı transfer etmək istəyir

Futbol
Bu gün, 07:15

“Barselona” Arsenalın müdafiəçısı Piyero İnkapyeni transfer etmək istəyir - Deko hərəkətə keçdi

Futbol
Bu gün, 06:13

Arteta, formaların dartılması və tutulması ilə bağlı geniş videoarxiv topladığını açıqladı

Tennis
Bu gün, 05:03

Novak Cokoviç Paris Masters-də çətin qələbə qazanıb, çiynindəki problemə görə tibbi fasilə götürdü

Boks
Bu gün, 04:12

Ceyk Pol qələbə qazanarsa karyerasını başa vuracağını bildirdi

Futbol
Bu gün, 03:19

"Liverpool" rəhbərliyindəki dəyişikliklər Mak Allisterin gələcəyinə yeni perspektiv açır

Oxşar xəbərlər