top
Dambrauskas: Azərbaycanda qlobal problemlərdən biri stadionlarda azarkeşlərin çatışmazlığıdır Apasport.az
Dünən, 23:40
- ↺ +

Dambrauskas: Azərbaycanda qlobal problemlərdən biri stadionlarda azarkeşlərin çatışmazlığıdır

Misli Premyer Liqasının XIII turunun "Sabah" – "Araz-Naxçıvan" oyunundan (2:0) sonra meydan sahibi komandanın baş məşqçisi Valdas Dambrauskas jurnalistlərin suallarını cavablandırıb.

Apasport.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib:

"Onu qeyd etmək istəyirəm ki, bugünkü matça hazırlaşmaq çox çətin oldu. "Barselona" ilə ağır oyundan sonra bir az bərpa keçdik. Nə deyirsiniz deyin, görüş ağır oldu. İndiyə qədər oynadığımız komandaların 70-80 faizindən daha yaxşı hücuma çıxırdılar. Sadəcə sonluğu gətirə bilmirdilər. Biz də pressinq etdik, topla daha çox oynamağa çalışdıq. 3-4 qol fürsəti yaratdıq, amma top tora daxil olmadı. İki möhtəşəm qol vurduq və qələbə qazandıq. "Barselona" ilə matçdan sonra bu oyuna köklənmək çətin idi.

Hakimlərdən danışmaq istəyirəm. Bu gün verilən qərarları başa düşə bilmədim. Həddindən artıq çox sarı vərəqə verdilər. Biz hakimlərdən kömək istəmirik. Amma komandalara eyni yanaşmalıdırlar. Məğlub olsaydıq da, bu fikirləri bildirəcəydim".

– İki mövsümdür, Azərbaycanda çalışırsınız. Daha əvvəl biz soruşanda referilərdən danışmırdınız. Artıq elə həddə çatmışınız ki, sual vermədən bundan bəhs edirsiniz. Təcrübəli mütəxəssis kimi hakimliklə bağlı çıxış yolunu nədə görürsünüz?
– Bu, səlahiyyətimdə olan məsələ deyil. Gecə-gündüz çalışıram ki, komandamdakı işləri həll edim. Referilərdən danışmaq mənim mövzum deyil. Yadınıza gəlirsə, bəzi matçlarda hakimlərdən söz açmışam. "Sabah" – "Sumqayıt" oyununu xatırlayın, iki qolumuzu saymamışdılar. Bu gün də hisslərim çox pisdir. Düzdür, Çempionlar Liqasında nə olursa olsun, hakimlərdən şikayət yoxdur. Bu gün isə həqiqətən, qərarların nə üçün belə verildiyini başa düşmədim.

– "Barselona" ilə oyunda 70 minə yaxın fanat var idi, amma bugünkü matçda 1000-1200 tamaşaçı olardı.
– Azərbaycanda qlobal problemlərdən biri stadionlar və azarkeşlərdir. Dünən Yuri Vernidub fanatları "Neftçi"ni dəstəkləməyə çağırır. Amma stadionda demək olar, azsayda fanat olur. Ötən il 33 oyunluq seriyamız var idi, bu mövsüm belə digər qarşılaşmalar maraqlı keçir, matçlarımız dramatik olur, amma azarkeş gəlmir. "Barselona" ilə matçda 70 minə yaxın fanat tribunada olur, amma çempionatda yox. Milli komandanın oyunlarında belə bu problemlər var. Tovuz və Gəncədə isə möhtəşəm atmosferlər olur. Bilmirəm, bu danışdıqlarıma kim qulaq asacaq, kim stadiona gələcək.

– Sizcə, sizin arenanız mərkəzdən uzaq məsafədə deyil?
– Buna nə edə bilərəm? Problemi həll edən mən deyiləm. Bu sualı başa düşə bilmirəm. Bakı milyonluq şəhərdir, necə edək, stadionları azarkeşlərin ayağına gətirək? Türkiyədə "Fənərbağça"nın, "Qalatasaray"ın azarkeşlərinin hamısı stadiona yaxın qalır? Sadəcə klubu sevdikləri üçün stadionlara gəlirlər. Tək biz deyilik, məsələn, "Qarabağ" 13 il avrokuboklarda oynadı, liqada nə qədər azarkeş onları dəstəklədi? "Neftçi" ölkənin flaqmanıdır, onların oyunlarında da tribunalar dolmur.

– Fikirlər var ki, "Sabah" icarədə olan futbolçularını özlərinə qarşı oynamağa icazə vermir. Bu barədə nə düşünürsünüz?
– Mənə görə, normal haldır.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 00:00

"Brentford" 89 il sonra "Mançester Yunayted"i Old Trafford-da məğlub etdi

Futbol
Dünən, 23:55

"Bayern" "Hamburq"la 0:0 heç-heçəyə imza atdı

Futbol
Dünən, 23:53

"İnter" Bastoninin qış transferini istəmir – Klub müdafiəçini satmaq amacında deyil

Futbol
Dünən, 23:48

Abdallah Sima 12 ildən sonra Fransa çempionatında bir oyunda beş qol vurdu

Futbol
Dünən, 23:40

Karvan‑Yevlaxın çempionluq şansı yüksəkdir

Formula 1
Dünən, 23:33

«Corc Rassell Qətər Qran-prisinin sıralanma turunda birinci oldu»

Qarabağ FK
Dünən, 23:20

"Qarabağ"ın sabiq yarımmüdafiəçisi Polissya klubunda ilk mövsümdə 1,1 milyon dollar qazanacaq

Futbol
Dünən, 23:10

Latsio A Seriyasında 13 Oyundan Məğlubedilməz Çıxır, Liderliyi Qoruyur

Qarabağ FK
Dünən, 23:07

"Sabah"ın baş məşqçisi Premyer Liqadakı hakimliyə görə "Çempionlar Liqası" ilə bərabər tutmayacağını bildirib

Futbol
Dünən, 23:00

Abdullah Sima "Anje" qarşısında 38 dəqiqəyə penta-trik edib

Futbol
Dünən, 22:56

Dambrauskas «Sabah»ın «Araz‑Naxçıvan»a qalibiyyətini və stadionlardakı boşluqları şərh edib

Futbol
Dünən, 22:42

Mançester Yunayted antirekord müəyyənləşdirib

Futbol
Dünən, 22:42

Mançester Yunayteddə uğursuz nəticələr klub rəhbərliyinin mövqeyini sarsıdır

Futbol
Dünən, 22:30

"Sabah"ın baş məşqçisi Dambrauskas "Araz-Naxçıvan" məğlubiyyətindən sonra hakimlik qərarlarını tənqid etdi

Digər
Dünən, 22:27

MotoGP Valensiya mərhələsində Markesin motosikleti sprint yarışının startından əvvəl alovlandı

Futbol
Dünən, 22:25

"Bavariya" Bundesliyada "Hamburq"la qolsuz heç-heçə etdi

Futbol
Dünən, 22:20

Rüfət Abdullazadənin komandası 1:0 məğlubiyyətə məruz qaldı

Futbol
Dünən, 22:20

Yarımmüdafiəçi Sabuhi Abdullazadə karyerasını bitirməkdən qurtuldu, Sumqayıtın ikinci komandasında döndü

Futbol
Dünən, 22:18

Abdalla Sima "Anje"də beş qol vuraraq "Lans"ı qələbəyə daşıdı

Cüdo
Dünən, 22:12

"Yeniyetmə cüdoçularımız Yaponiyada üç həftəlik hazırlığı başa vurdu"

Futbol
Dünən, 22:07

"Samsunspor" evdə, "Amedspor" səfərdə qalib gəldi

Futbol
Dünən, 22:00

Real Madrid Endrikin komandada qalacağını təsdiqlədi, Milan və Roma maraqlıdır

Cüdo
Dünən, 21:55

Madina Kaisinova Romadakı Avropa Açıq Turnirində bürünc medal qazandı

Oxşar xəbərlər