Fransanın "Lans" klubunun hücumçusu Abdallah Sima Fransa Liqasının 12-ci turunda "Anje" ilə oyunda 38 dəqiqə ərzində 5 qol vuraraq penta-trik edib.
Sportify.az xəbər verir ki, "Raymond Kopa" stadionunda keçirilən qarşılaşma "Lans"ın 5:2 hesablı qələbəsi ilə başa çatıb. Görüşün baş hakimi Romen Lissorq olub.
Sima cari mövsüm Liqa 1-də "Lans"ın heyətində 7 matçda meydana çıxıb. O, bu görüşlərdə 6 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
12 turdan sonra 17 xalı olan "Lans" turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. 8 xala malik "Anje" isə 17-ci yerdədir.