İtaliya klubu "Latsio" A Seriyasında məğlubiyyətsiz oyunlar seriyasını davam etdirib.
Sportify.az xəbər verir ki, Cennaro Qattuzonun rəhbərlik etdiyi komanda 13-cü turda "Torino"nu 2:1 hesabı ilə məğlub edib. Beləliklə, paytaxt təmsilçisi cari mövsümdə keçirdiyi 13 oyunda 11 qələbə qazanıb, 2 dəfə heç-heçə edib.
"Latsio" 35 xalla turnir cədvəlinə başçılıq edir. Komanda ən yaxın izləyicisi "Roma"nı 5, "İnter"i isə 6 xal qabaqlayır. Bununla belə, hər iki rəqibin ehtiyatda bir oyunu var.