Qılıncoynatmanın şpaqa növü üzrə oğlanlardan ibarət Azərbaycan millisi III MDB Oyunlarında finala vəsiqə qazanıb.
"Report"un Gəncəyə ezam olunan əməkdaşı xəbər verir ki, yığma yarımfinalda Özbəkistanı 42:37 hesabı ilə üstələyib.
Komanda finalda Rusiya ilə üz-üzə gələcək.