top
Xetaq Qazyumov: Sərbəst güləşçilərimiz İslam Oyunlarına hazırdır Idman.biz
14 noyabr 2025, 11:32
- ↺ +

Xetaq Qazyumov: Sərbəst güləşçilərimiz İslam Oyunlarına hazırdır

Sərbəst güləş üzrə baş məşqçi Xetaq Qazyumov Azərbaycan millisinin VI İslam Həmrəyliyi Oyunlarında hazırlıq prosesindən danışıb.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasından məlumat verilib.

O bildirib ki, hazırlıq plan üzrə gedir və dünya çempionatından sonra iki təlim-məşq toplanışı keçirilib. "Fiziki hazırlıq və gücə dayalı toplanışın ardınca taktiki-texniki çalışmalara üstünlük verdik. Yoxlama görüşləri keçirdik və milli üzvlərinin hazırlıq səviyyəsini nəzərdən keçirdik. Allaha şükürlər olsun ki, zədəli güləşçilərimiz yoxdur", - Qazyumov deyib.

Baş məşqçi əlavə edib ki, idmançılar dincəlib və bərpa prosesi uğurla başa çatıb: "Ümid edirik ki, azarkeşlərin etimadını doğruldacağıq. Təbii ki, idmançı ilboyu pik səviyyədə ola bilməz. Ancaq İslam Oyunları böyük yarışdır və bu baxımdan xüsusi motivasiyaya ehtiyac yoxdur".

O, yarışın çətinliklərinə də diqqət çəkib: "Eşitdiyimə görə, orada indi çox istidir. Deməli, biz həm də hava şəraitiylə mübarizə aparmalıyıq. Sözsüz ki, əsas rəqib İran güləşçiləridir. Legionerlərdən təşkil edilmiş Bəhreyn və Albaniya komandalarını, həmçinin Türkiyə millisini də ciddi rəqib görürük. Rəqibləri fərdi qaydada təhlil edirik. Ümid edirik ki, hər şey yaxşı olacaq".

Qeyd edək ki, İslam Oyunlarında güləş yarışları noyabrın 18-dən 21-dək keçiriləcək. Azərbaycanı İslam Həmrəyliyi Oyunlarında təmsil edənlərdən biri də I dərəcəli hakim Bəşir İsazadə olacaq.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 20:41

Messi və Ronaldo 26 namizədli rəmzi komanda siyahısında

Digər
Bu gün, 20:32

Azərbaycan taekvondoçusu Qaşim Maqomedov Serbiyada Açır turnirində qızıl medal qazandı

Futbol
Bu gün, 20:28

İspaniya La Liqasında hakimlər ilk dəfə oyunlardan sonra qərarlarını ənənəvi şəkildə izah etməyə başlayıb

Gimnastika
Bu gün, 20:27

Tamblinq üzrə Azərbaycan millisinin üzvü Tofiq Əliyev Çində keçiriləcək dünya çempionatı öncəsi ilk podium məşqini uğurla başa vurdu

Futbol
Bu gün, 20:27

"Qalatasaray"ın futbolçusu Aleksey Batrakov "Çelsi", "Mançester Siti" və "Mançester Yunayted"in transfer siyahısına daxil olub

Digər
Bu gün, 20:21

Azərbaycanın sambo üzrə dünya çempionatında iştirak edən 7 idmançıdan ibarət heyəti müəyyənləşib

Futbol
Bu gün, 20:11

Karrik: “Mən istefa etməyəcəyəm, bu iddialara inanmıram”

Futbol
Bu gün, 19:58

Bellingem Zinedini 50 Qolla Geridə Qoydu

Futbol
Bu gün, 19:58

Barselona, 70 milyon avro üçün Bastoninin transferi üçün danışıqları yenidən başlatdı

Futbol
Bu gün, 19:44

Estevao ‘Çelsi’də qalmağa qərar verdi, Alonso onun daha çox oynanacağına inanır

Qarabağ FK
Bu gün, 19:29

Gökdeniz Karadeniz: “Azərbaycan klublarının Avropada davamlı olaraq uğur qazanmasını arzulayıram”

Futbol
Bu gün, 19:28

Van Dayk: "VAR işləməyəcəksə, 50 kamera nə üçündür?"

Cüdo
Bu gün, 19:21

Xankəndidə 78 cüdoçu ilk dəfə kəmər dərəcəsi imtahanından keçdi

Digər
Bu gün, 19:12

FIFA, İnfantinonun 6,8 milyon manatlıq vergisini gizli razılaşma ilə ödəyib

Futbol
Bu gün, 18:59

Çelsi Aleks Skottu 100 milyon avroya transfer etmək istəyir

Cüdo
Bu gün, 18:55

Ağdamda ilk cüdo zalı istifadəyə verilib

Futbol
Bu gün, 18:49

Milan, Endrik transferi üçün Cerri Kardinalini maraqlandırır

Formula 1
Bu gün, 18:48

Andrea Kimi Antonelli 20 yaşında Formula 1 çempionu oldu

Cüdo
Bu gün, 18:41

Xankəndidə yeniyetmə cüdoçular üçün təlim seminarı keçirilib

Futbol
Bu gün, 18:34

“Barselona” qapıçısı Joan Qarsiya: Sevgilisi ilə dağda paylaşdığı fotolar komandada zarafat mövzusu oldu

Futbol
Bu gün, 18:29

Real Madrid braziliyalı hücumçunu icarəyə verəcək

Digər
Bu gün, 18:25

Ravin Alməmmədov dünya çempionatında 12-ci yerə yüksəldi

Futbol
Bu gün, 17:59

İmişli futbolçusu Seyxan Fərəcov özünə inamını vurğuladı

Digər
Bu gün, 17:55

Azərbaycanın idman dırmanması üzrə millisi üzvü Həvva Yambulatova 17 yaşında vəfat edib

Oxşar xəbərlər