top
U17 güləşçiləri Zəfər Kubokuna hazırlaşır: Olimpiya ümidləri bu yeniyetmələrdən başlayır Idman.biz
07 aprel 2026, 22:08
- ↺ +

U17 güləşçiləri "Zəfər Kuboku"na hazırlaşır: Olimpiya ümidləri bu yeniyetmələrdən başlayır

Yunan-Roma güləşi üzrə U17 milli komandanın açıq məşqi keçirilib.

Tofiq Bəhramov adına Respublika stadionunun güləş zalında baş tutan hazırlıq prosesini milli komanda üzvlərinin şəxsi məşqçiləri və federasiya rəsmiləri canlı izləyib.

Böyük məşqçi Rafiq Hüseynov, məşqçilər Kamran Məmmədov, Zöhrab Abbasov və Müşviq Məmmədovun rəhbərliyi altında keçirilən məşqdə daha çox taktiki-texniki çalışmalara üstünlük verilib. Şəxsi məşqçilər belə açıq məşqlərin faydalı olduğunu bildiriblər və gələcəkdə bunun ənənəvi hal almasını diləyiblər.

R.Hüseynov toplanışın gedişi, açıq məşq və qarşıdakı hədəflərlə bağlı bunları deyib:

"Özbəkistanda 10 günlük təlim-məşq toplanışı keçdik. "Zəfər kuboku" turniri öncəsi bizim üçün önəmli bir hazırlıq idi. Özbəkistan millisi U17 yaş qrupunda dünyada sayılıb-seçilən yığmalardandır. Onların tərkibində dünya və Asiya çempionu olan bir neçə güləşçi var. Ona görə orada toplanış keçmək bizim üçün vacib idi. Həmin hazırlıq prosesində aşkarladığımız səhvlər üzərində işləyirik. Komanda optimal vəziyyətdədir. Ümid edirəm ki, bu məşqlərin bəhrəsini Türkiyədəki yarışda görəcəyik.

Açıq məşq keçirməyimizin məqsədi odur ki, şəxsi məşqçilər öz tələbələrinin hazırlıq səviyyəsini izləsinlər.

Toplanışlar zamanı bəzən 4-5 gün idmançılara istirahət veririk ki, şəxsi məşqçilərinin yanında olub, səhvləri üzərində işləyə bilsinlər. Klub və cəmiyyətlərdə iş yüksək səviyyədə gedəndə milli komanda məşqçilərinin də işi yüngülləşir. Bununla da potensiallı idmançıları əldə etmiş oluruq. Olimpiya Oyunlarına gedən yol bu yeniyetmələrdən başlayır. Ümid edirik ki, 2032-ci ildə baş tutacaq Olimpiya Oyunlarında nəticələri bu yeniyetmələrdən görəcəyik, eləcə də sonrakı illərdə də. Güləş federasiyasının rəhbərliyi məşqimizi izlədi. Həm inventarla, həm də maddi baxımdan çox dəstək olurlar. Ümumən hər şey yüksək səviyyədədir. Bu dayaq bizə gələcək yarışlarda uğurlu çıxış etmək üçün bir növ təkan olacaq".

Qeyd edək ki, "Zəfər kuboku" 12-14 apreldə Türkiyənin Antalya şəhərində keçiriləcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:20

Mançester Yunayted azarkeşləri Roma oyununda etiraz aksiyası keçirdi

Digər
Bu gün, 11:14

Fərid Qayıbov: “İdmanda davamlı uğurları və infrastrukturu gücləndirməyi məqsəd qoyuruq”

Voleybol
Bu gün, 11:05

AZERRAIL və Ordu komandaları arasında kişi voleybolu Super Liqası üçüncü turu dueli

Qarabağ FK
Bu gün, 11:00

«Qarabağ»ın səviyyəli oyunçusu Aleksey Kaşuk ukrayna millisinə ilk dəfə dəvət olunub

Voleybol
Bu gün, 10:59

CEV Turan'ı Azərbaycanın ən uğurlu voleybol klubları ilə müqayisə etdi

Qarabağ FK
Bu gün, 10:44

Qarabağ hücumçusu Kaşuk ilk dəfə Ukrayna milli komandasına çağırıldı

Futbol
Bu gün, 10:28

Əşrəf Hakimi: Messi gəlməsi oyun stilimi dəyişdi, zövq ala bilmədim

Minifutbol
Bu gün, 10:07

İtalyan hakimlər komandası Azərbaycan‑Çexiya futsal matçını idarə edəcək

Futbol
Bu gün, 10:02

Maykl Karrik, Şi Leysin çıxışını tərifləyir: “Meydanda hamını ruhlandırdı”

Voleybol
Bu gün, 10:00

Turan Tovuzun Voleybol Qələbəsi Avropada, Futbol Takımının Gözləmələri

Futbol
Bu gün, 09:58

UEFA Avropa Liqası: Renn evində Olimpiakosla qarşılaşacaq

Futbol
Bu gün, 09:49

Luis Enrike PSJ-də 127 qələbə ilə ən çox qələbə qazanan məşqçi oldu

Qarabağ FK
Bu gün, 09:47

UEFA Gənclər Liqası: Sabah və Qarabağ U-19 komandaları bu gün Norveç və Xorvatiyada qarşılaşacaqlar;

Futbol
Bu gün, 09:43

UEFA Çempionlar Liqası: Real, Fənərbağça və Manchester City qarşılaşacaq

Futbol
Bu gün, 09:40

Qalatasaray rəhbərliyi rusiyalı futbolçunun müqaviləsində 55M avrolu sərbəst qalma bəndini dəyişdirmək istədi

Futbol
Bu gün, 09:23

‘Sabah’ futbolu ‘Vikinq’in qonağına çıxacaq

Basketbol
Bu gün, 09:22

LANDAU Lions, FIBA Avropa Kubokunda Benfika ilə Qarşılaşacaq

Futbol
Bu gün, 09:20

Karlos Visens Barcelona üçün yeni baş məşqçi ola bilər

Futbol
Bu gün, 09:08

Mourinyo Real Madridin Yunanıstandakı 1/8 qalibiyyətini açıq şəkildə qeyd etdi

Basketbol
Bu gün, 09:07

«Neftçi» basketbol komandası FIBA Avropa Kubokunda beşinci oyununu Plovdivda Lokomotiv (Bulgariya) ilə oynayacaq

Futbol
Bu gün, 09:00

ÇL: "Sabah" "Vikinq"də qonaq olacaq

Futbol
Bu gün, 08:40

Skott Parker, Vest Hem-in yeni baş məşqçisi oldu

Futbol
Bu gün, 08:05

"İnter" Ikardi üçün transfer planında deyil - Marotta açıqlaması

Futbol
Bu gün, 08:00

İngiltərə klubu Said El-Malanı və qardaşı Malek El-Malanı transfer etmək istəyir

Oxşar xəbərlər