top
U-23 Avropa çempionatı: Azərbaycan güləşçilərinin uğurları - YENİLƏNİR Idman.biz
10 mart 2026, 20:30
- ↺ +

U-23 Avropa çempionatı: Azərbaycan güləşçilərinin uğurları - YENİLƏNİR

Serbiyanın Zrenyanin şəhərində təşkil olunan güləş üzrə U-23 Avropa çempionatı davam edir.

İdman.Biz-in məlumatına görə, yarışın ikinci günündə Azərbaycanın sərbəst güləşçilərindən Ceyhun Allahverdiyev (61 kq) finala yüksəlib.

Ceyhun Allahverdiyev yarımfinalda Şimali Makedoniya təmsilçisi Bəşir Aliliyə 12:5 hesabıyla qalib gəlib.

74 kq-da güləşən Ağanəzər Novruzov isə yarımfinalda fransalı Seyfulla İtayevə 2:7 hesabıyla məğlub olub və sabah bürünc medal uğrunda güləşəcək.

16:10

Serbiyanın Zrenyanin şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir.

İdman.Biz xəbər verir ki, bu barədə Güləş Federasiyası məlumat yayıb.

Bildirilib ki, 125 kq çəki dərəcəsində ölkəmizi təmsil edən güləşçimiz Yusif Dursunov rumıniyalı Brian Samuel Teçereanu ilə qarşılaşmada tam üstünlüklə (10:0) qələbə qazanaraq 1/4 finala yüksəlib. Y.Dursunov növbəti mərhələdə erməni güləşçi Xaçatur Xaçatryanı 9:3 hesabı ilə məğlub edərək yarımfinala adlayıb.

Bundan əlavə ölkəmizi təmsil edən 70 kq çəki dərəcəsində çıxış edən Ramik Heybətov təsəlliverici görüşdə gürcüstanlı rəqibi üzərində inamlı qələbə qazanıb. O, Qoqa Otinaşvili ilə qarşılaşmada 6:2 hesabı ilə üstün olub. Heybətov axşam seansında bürünc medal uğrunda güləşəcək.

74 kq çəki dərəcəsində mübarizə aparan Ağanəzər Novruzov isə yarışa qələbə ilə başlayıb. Güləşçimiz türkiyəli Məhəmməd Halit Özmuş üzərində 4:1 hesablı qələbə qazanaraq 1/4 final mərhələsinə yüksəlib. Novruzov növbəti görüşündə də uğurlu çıxış edərək moldovalı Yon Markuya 6:1 hesabı ilə qalib gəlib və yarımfinala vəsiqə əldə edib.

92 kq çəki dərəcəsində çıxış edən Ali Tsokayev isə bolqarıstanlı Sali Saliyev üzərində tam üstünlüklə (13:0) qələbə qazanaraq 1/4 final mərhələsinə yüksəlib.

Qeyd edək ki, U-23 Avropa çempionatı martın 15-nə qədər davam edəcək.

09:20

Bu gün Serbiyanın Zrenyanin şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir.

İdman.Biz xəbər verir ki, yarışın ikinci günündə sərbəst güləş üzrə daha beş çəkidə Azərbaycan təmsilçiləri mübarizəyə qoşulacaqlar.

Ceyhun Allahverdiyev (61 kq), Ağanəzər Novruzov (74 kq), Vasif Xudiyev (86 kq), Ali Tsokayev (92 kq) və Yusif Dursunov (125 kq) ilk görüşlərini keçirəcəklər.

Həmçinin bu gün Vasif Bağırovla (57 kq) Səbuhi Əmiraslanov (79 kq) finalda, Musa Ağayevlə (65 kq) Zəfər Əliyev (97 kq) bürünc medal uğrunda güləşəcəklər. Ramik Heybətov (70 kq) isə təsəlliverici görüşə çıxacaq.

Qeyd edək ki, U-23 Avropa çempionatı martın 15-nə qədər davam edəcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Boks
Bu gün, 19:51

Azərbaycan millisinin üç boksçusu U-15 Avropa çempionatının finalına yüksəldi

Qarabağ FK
Bu gün, 19:37

“Qəbələ”nin baş məşqçisi: “Qarabağ”dan öyrənəcəyimiz çox şey var”

Digər
Bu gün, 19:35

"Neftçi" "Turan Tovuz"la oyunun hazırlığını başa vurdu

Digər
Bu gün, 19:30

FIFA açıqladı: Azərbaycan futboluna 17,9 milyon dollar vəsait ayrılması təsdiqlənib

Digər
Bu gün, 19:28

Derbi öncəsi “Qalatasaray”da narahatlıq

Futbol
Bu gün, 19:20

Qadınlar klubları Dünya Çempionatı 2028-ci ildə ABŞ‑da keçiriləcək

Digər
Bu gün, 19:13

“Kür” komandası Azərbaycanda yeganə həndbol komandasıdır, deyə Mirzəyev bildirib

Futbol
Bu gün, 18:59

Puxaç: “Yamala meydanda rahatlıq verməyəcəyəm”

Digər
Bu gün, 18:45

“Mançester Yunayted” rəhbərliyi Karriki deyil, futbolçuları günahlandırır

Digər
Bu gün, 18:37

Yuri Maksimov: “Hər oyunda özümüz öz qapımıza qol gətiririk”

Digər
Bu gün, 18:29

“Beşiktaş”da ciddi itki

Digər
Bu gün, 18:25

“Napoli” - “Roma”: A Seriyasının səkkizinci turunda Alleqri üçün imtahan - İDMAN.BİZ-in İCMALI

Futbol
Bu gün, 18:17

Yeton Bekiri: Qısa müddətdə stabil komanda yaratmaq çətindir

Güləş
Bu gün, 18:13

Azərbaycan yığması Astanada Güləş üzrə Dünya Çempionatına çıxışa hazırlanır: Əsas iddiaçılar və medal ümidləri

Qarabağ FK
Bu gün, 18:10

“Qarabağ” və “Kəpəz”in əvəzedicilərinin məğlubiyyəti

Qarabağ FK
Bu gün, 17:58

Samir Əliyev: Çempionluqda artıq Neftçi də qoşuldu, üç komanda mübarizə aparır

Digər
Bu gün, 17:47

Kovaç yenidən Bakını xatırladı: “Borussiya” rekord 11 min kilometr yol qət edib”

Digər
Bu gün, 17:35

Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə növbəti imtahan keçirilib

Digər
Bu gün, 17:31

Asiya Kuboku təhlükədə: Yaponiya Səudiyyə Ərəbistanına qarşı çıxdı

Digər
Bu gün, 17:28

Fransadakı etiraz aksiyaları üzrən PSJ-nin oyununun vaxtı dəyişdirildi

Digər
Bu gün, 17:27

Azərbaycan idmançısı Avropa çempionatında gümüş medal qazanıb

Digər
Bu gün, 17:23

ABŞ nəşri azərbaycanlı gimnastı fərqləndirdi: Simonova DÇ-nin finalına yüksəlmək üçün 0,133 xal çatmadı

Digər
Bu gün, 17:20

PSJ Xviça Kvaratsxeliyanı əvəz edə biləcək futbolçu axtarışına çıxıb

Digər
Bu gün, 17:16

“Bavariya” Harri Keynin “Qızıl top”u qazanması üçün Asiyaya ümid edir

Oxşar xəbərlər