top
U-17 Avropa Çempionatında Azərbaycanı 28 güləşçi təmsil edəcək Sport24.az
08 may 2026, 20:27
- +

U-17 Avropa Çempionatında Azərbaycanı 28 güləşçi təmsil edəcək

Mayın 11-dən 17-dək Bolqarıstanın Samakov şəhərində güləş üzrə U-17 Avropa çempionatı keçiriləcək. Sport24.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

 

Bildirilib ki, qitə birinciliyində açılışı yunan-Roma güləşi üzrə millinin üzvləri edəcək. Böyük məşqçi Rafiq Hüseynov, məşqçilər Kamran Məmmədov, Zöhrab Abbasov və Müşviq Məmmədovun rəhbərliyi altında Əli Cavadlı (45 kq), Ömər Salmanov (48 kq), Hüseyn Mustafazadə (51 kq), Qurban Məcnunov (55 kq), Elmir Çərkəzov (60 kq), Orxan Həbibli (65 kq), Əli Məmmədov (71 kq), Zəka Yusubov (80 kq), Zöhrab Səfərov (92 kq) və Məhəmməd Mustafayev (110 kq) mübarizəyə start verəcək.

 

Daha sonra estafet qadın güləşinə keçəcək. Böyük məşqçi Mariya Stadnik və məşqçi Solmaz Adilovanın rəhbərliyi altında Gülxanım Şirinova (40 kq), Nuray Cəfərli (46 kq), Xədicə Qurbanzadə (49 kq), Fatimə Bayramova (53 kq), Məryəm Əmrəli (57 kq), Fidan Babayeva (61 kq), Nuray Həsənli (65 kq) və Simurə Abdullayeva (69 kq) çıxış edəcək.

 

Yarışın sonlarında böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədov, Yaşar Əliyev və Allahverdi Vəliyevin rəhbərliyi altında Tunar Həsənov (45 kq), Hüseyn Rzazadə (48 kq), İbrahim Həsənov (51 kq), Abbas Şəfiyev (55 kq), Vahid Məmmədov (60 kq), Rəşid Nazarov (65 kq), Tunar Quliyev (71 kq), Nihad Süleymanlı (80 kq), Elgün Kərimli (92 kq) və Hakim Tağıyev (110 kq) uğur qazanmağa çalışacaq.

 

"Samokov Arena"da keçiriləcək yarışda gündüz seansının görüşləri Bakı vaxtı ilə 11:30-da, axşam seansının qarşılaşmaları isə 19:00-da başlayacaq.

 

Qeyd edək ki, Avropa çempionatında ədaləti I dərəcəli hakimlər Həbib Nurulu, Zaur Şərifov və Eldar Bayramov qoruyacaq.

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 12:59

İmişli" belaruslu qapıçı ilə yollarını ayırdı

Futbol
Bu gün, 12:51

Kilian Mbappe dünya çempionatlarında ardıcıl üç dəfə 1/8 final mərhələsində qol vuran ilk futbolçu olub

Futbol
Bu gün, 12:39

Flavinyo: “Neftçi” avrokubokda da uğur qazana bilər”

Futbol
Bu gün, 12:30

Braziliya klubları Kabo-Verde millisinin əfsanəvi qapıçısı ilə maraqlanır

Futbol
Bu gün, 12:24

Zidan Paraqvayın DÇ-2026 oyun strategiyasını tənqid edib

Futbol
Bu gün, 12:00

Yunanıstan millisinin sabiq futbolçusu Azərbaycanda işləməyə hazır idi

Futbol
Bu gün, 11:44

Braziliya - Norveç oyununa Azarkeşlərin proqnozları

Basketbol
Bu gün, 11:17

U-20 qadın millimiz Albaniya ile FIBA Avropa çempionatında qarşılaşacaq

Basketbol
Bu gün, 11:17

U-20 qadın milli komandası Albaniya ilə üz-üzə

Futbol
Bu gün, 11:05

Messi: Oğlum məni futbolda daha uzun müddət qalmağa məcbur edir

Cüdo
Bu gün, 10:48

Əbil Yusubov Praqa Avropa Kubokunda gümüş medal qazandı

Digər
Bu gün, 10:25

Aleksandr Plyuşenkonun məşq yeri belli olub

Futbol
Bu gün, 10:13

Argentina millisinin hörmətli paylaşımı: Vozinyanı unutmadılar

Futbol
Bu gün, 09:29

DÇ-2026: Braziliya və İngiltərənin 1/8 final mərhələsində rəqibləri belli oldu

Futbol
Bu gün, 09:29

DÇ-2026: Braziliya - Norveç və Meksika - İngiltərə qarşılaşmaları

Futbol
Bu gün, 09:21

Mbappe Paraqvaylı rəqibinə əl uzatmayıb

Futbol
Bu gün, 09:09

„Beşiktaş“ „Napoli“ ilə Vanya Milinkoviç-Saviçin transferi ilə bağlı danışıqlar aparır

Futbol
Bu gün, 08:30

DÇ-2026: Fransaya qarşı oyunda hakimlik edən özbəkistanlı hakim ən aşağı qiymətə layiq görüldü

Futbol
Bu gün, 08:19

Mançester Siti 16 yaşlı Ceremi Monqanı transfer edəcək

Futbol
Bu gün, 07:40

"İstanbul Başakşehir" Eldor Şomurodovu transfer edib

Futbol
Bu gün, 07:24

Unai Simon: “Ronaldu artıq əvvəlki deyil”

Futbol
Bu gün, 07:19

Fransa Paraqvay üzərində qələbə qazandı

Futbol
Bu gün, 06:46

Riyad Marez "Əl-Əhli"ni tərk edib

Futbol
Bu gün, 06:15

Bavariya rəhbərliyi Kloppun Almaniya millisinin baş məşqçisi təyinatını dəstəkləyir

Oxşar xəbərlər