Azərbaycanın yunan-Roma güləşi üzrə U-17 millisinin üzvləri Bolqarıstanın Samakov şəhərində keçirilən Avropa çempionatında mübarizələrini davam etdirirlər.
İdman.Biz xəbər verir ki, 48 kq çəki dərəcəsində çıxış edən Ömər Salmanov ilk görüşündə Türkiyə təmsilçisi Şamil Şahan üzərində inamlı qələbə qazanıb - 8:1. Bu nəticə ilə idmançımız 1/4 final mərhələsinə yüksəlib.
55 kq-da mübarizə aparan Qurban Məcnunov Polşa güləşçisi Yakub Şkripçakı tam üstünlüklə məğlub edib - 9:0. Güləşçimiz 1/8 finala vəsiqə qazanıb.
80 kq çəkidə çıxış edən Zəka Yusubov isə Rumıniya təmsilçisi Robert Kukiureanı eyni qaydada tam üstünlüklə üstələyib - 8:0. O da 1/8 final mərhələsinə yüksəlib.
Qeyd edək ki, U-17 Avropa çempionatı mayın 17-də yekunlaşacaq.