top
Şəhid İqbal Astanlının atası: İdman onu döyüşdə qorxmaz etdi Idman.biz
14 noyabr 2025, 12:35
- ↺ +

Şəhid İqbal Astanlının atası: "İdman onu döyüşdə qorxmaz etdi"

Vətənin bütövlüyü və azadlığı naminə həyatını qurban verən, müqəddəs torpaqlarımızı qanı ilə qoruyaraq şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızdan biri də şəhid Astanlı İqbal İlqar oğludur. O, gənc yaşlarından Vətənə sədaqət, xalqına sevgi və torpağa bağlılıq hissi ilə böyüyüb. Hər zaman Vətənin müdafiəsinə hazır olan İqbal döyüş meydanında göstərdiyi rəşadəti və igidliyi ilə seçilib.

İdman.Biz AZƏRTAC-a istinadən xəbər verir ki, 44 günlük Vətən müharibəsi zamanı o, ön cəbhədə düşmənə qarşı mərdliklə vuruşub, torpaqlarımızın azadlığı uğrunda misilsiz fədakarlıq nümayiş etdirib. İqbal Astanlı son nəfəsinə qədər döyüş yoldaşlarına nümunə olub, qorxmazlığı və vətənpərvərliyi ilə yaddaşlarda dərin iz buraxıb.

1997-ci il avqustun 10-da Biləsuvar rayonunda anadan olan İqbal uşaqlıq illərindən idmana, xüsusilə də güləşə böyük maraq göstərib. Kiçik yaşlarından məşqlərə başlayaraq daim səylə çalışıb və qısa müddətdə öz bacarığı, iradəsi və zəhməti sayəsində diqqət mərkəzinə olub. İdman karyerasında ardıcıl uğurlar qazanan İqbal bir çox yarışda fəxri yerlərə layiq görülüb. Buna görə də İqbalın hərbi bacarığının formalaşmasında onun idman keçmişi mühüm rol oynayıb.

Şəhidin atası İlqar Astanlı qürur və kədər dolu bir hisslə deyir ki, İqbal uşaqlıqdan çox çevik, dözümlü və iradəli uşaq olub. "Güləş onun həyatı idi. Gecə-gündüz məşq edərdi, yorulmaq nədir bilməzdi. Dəfələrlə rayon və respublika yarışlarında birinci yerə çıxmışdı. Evə hər dəfə boynunda medal, əlində diplomla gələndə gözlərim sevincdən yaşarırdı. Bilirdim ki, bu uşağın içində böyük güc, böyük Vətən sevgisi var. O, hər şeyə ciddi yanaşırdı. N saylı hərbi hissənin kəşfiyyat bölüyündə xidmət edirdi. Komandirləri tez-tez mənə deyirdilər ki, İqbal çox mərd, qorxmaz və intizamlı əsgərdir. Hər tapşırığı böyük məsuliyyətlə yerinə yetirirdi. Mən o sözləri eşidəndə həm sevinirdim, həm də içimdə bir narahatlıq olurdu. Müharibə başlayan ilk gündən döyüşlərə qatıldı. Xidmətini bitirib qayıtmasına cəmi üç ay qalmışdı... İdmanda qazandığı dözüm, güc və inam onu döyüş meydanında da qorxmaz etdi" , - deyə şəhid atası bildirir.

Suqovuşan istiqamətində gedən ağır döyüş əməliyyatlarında iştirak edən Azərbaycan Ordusunun hərbi qulluqçusu İqbal Astanlı sentyabrın 29-da baş verən şiddətli döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Şəhidin nəşi doğulduğu Biləsuvar rayonunda böyük izdihamla qarşılanaraq, şəhər qəbiristanlığında torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüşlərdə göstərdiyi igidliyə görə İqbal Astanlı Prezident İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 19:58

Barselona, 70 milyon avro üçün Bastoninin transferi üçün danışıqları yenidən başlatdı

Futbol
Bu gün, 19:44

Estevao ‘Çelsi’də qalmağa qərar verdi, Alonso onun daha çox oynanacağına inanır

Qarabağ FK
Bu gün, 19:29

Gökdeniz Karadeniz: “Azərbaycan klublarının Avropada davamlı olaraq uğur qazanmasını arzulayıram”

Futbol
Bu gün, 19:28

Van Dayk: "VAR işləməyəcəksə, 50 kamera nə üçündür?"

Cüdo
Bu gün, 19:21

Xankəndidə 78 cüdoçu ilk dəfə kəmər dərəcəsi imtahanından keçdi

Digər
Bu gün, 19:12

FIFA, İnfantinonun 6,8 milyon manatlıq vergisini gizli razılaşma ilə ödəyib

Futbol
Bu gün, 18:59

Çelsi Aleks Skottu 100 milyon avroya transfer etmək istəyir

Cüdo
Bu gün, 18:55

Ağdamda ilk cüdo zalı istifadəyə verilib

Futbol
Bu gün, 18:49

Milan, Endrik transferi üçün Cerri Kardinalini maraqlandırır

Formula 1
Bu gün, 18:48

Andrea Kimi Antonelli 20 yaşında Formula 1 çempionu oldu

Cüdo
Bu gün, 18:41

Xankəndidə yeniyetmə cüdoçular üçün təlim seminarı keçirilib

Futbol
Bu gün, 18:34

“Barselona” qapıçısı Joan Qarsiya: Sevgilisi ilə dağda paylaşdığı fotolar komandada zarafat mövzusu oldu

Futbol
Bu gün, 18:29

Real Madrid braziliyalı hücumçunu icarəyə verəcək

Digər
Bu gün, 18:25

Ravin Alməmmədov dünya çempionatında 12-ci yerə yüksəldi

Futbol
Bu gün, 17:59

İmişli futbolçusu Seyxan Fərəcov özünə inamını vurğuladı

Digər
Bu gün, 17:55

Azərbaycanın idman dırmanması üzrə millisi üzvü Həvva Yambulatova 17 yaşında vəfat edib

Digər
Bu gün, 17:50

UFC-də mübarizə aparan brasiliyalı Luana Santos estetik əməliyyat üçün oktagondan fasilə alır

Futbol
Bu gün, 17:50

Misli Premyer Liqasında oktyabr ayının TOP-5 qolu açıqlanıb

Qarabağ FK
Bu gün, 17:47

Mahmud Qurbanov: Rəqabətin Artması Futbolumuzun İnkişafına Yönəldir

Futbol
Bu gün, 17:40

Nyukasl və Everton Qalatasarayın yarımmüdafiəçisi Qabriel Sara uğrundan mübarizədə

Qarabağ FK
Bu gün, 17:37

"Neftçi" Əvəzedicilər Liqasının 8-ci turunda "Qarabağ"ı 2:0 hesabı ilə məğlub etdi

Digər
Bu gün, 17:35

Rəvan Abbaszadə K-1 üzrə dünya çempionu oldu: Azərbaycan bayrağı ilə qeyd etdi, İDMAN.BİZ-ə müsahibə verdi

Futbol
Bu gün, 17:20

Bavariya direktoru Haaland transferini müzakirə etməyəcəklər

Basketbol
Bu gün, 17:19

U-14 basketbol millimiz Serbiyada təlim-məşq toplanışına qatılacaq

Oxşar xəbərlər