top
Kamran Əliyevdən müsahibə: U-23 Avropa çempionatı, hakimliyin səviyyəsi və Azərbaycan güləşçiləri haqqında Report.az
19 mart 2026, 13:18
- ↺ +

Kamran Əliyevdən müsahibə: U-23 Avropa çempionatı, hakimliyin səviyyəsi və Azərbaycan güləşçiləri haqqında

Serbiyanın Zrenyanin şəhərində martın 9-dan 15-nə qədər təşkil olunan güləş üzrə U-23 Avropa çempionatında ədaləti qorumuş Kamran Əliyev "Report"a müsahibə verib. O, yarışla bağlı təəssüratlarını bölüşməklə yanaşı, Azərbaycanda hakimliyin səviyyəsi haqqında da danışıb.

- U-23 Avropa çempionatında hakimliyin səviyyəsi və təşkilatçılıq necə idi?

- Yarış yüksək səviyyədə təşkil olundu, görüşləri I və Olimpiya kateqoriyalı hakimlər idarə etdi. Baş hakimlər və nümayəndələr Rusiyadan və Rumıniyadan olan çox təcrübəli mütəxəssislər idi. Hakimliklə bağlı ciddi bir problem olmadı. Yalnız təşkilatçılıq və transfer məsələlərində bəzi problemlər var idi. Ötən il U-23 dünya çempionatında da Serbiyada olmuşdum. Biz Azərbaycandakı yüksək səviyyəli təşkilatçılığa öyrəşdiyimiz üçün buradakı vəziyyət müqayisədə bir az aşağı görünür.

- İntizama və etika qaydalarına riayət etməyən güləşçilər oldu?

- Yarışda ciddi qayda pozuntusu və ya intizamsızlıq müşahidə etmədim. Bunu idarə etdiyim görüşlərə əsaslanaraq deyirəm. Amma yarışlarda belə hallar qaçılmazdır. Bu cür hallara qarşı da Dünya Güləş Birliyi (UWW) cəzalar tətbiq edir.

- Azərbaycanlı güləşçilərlə bağlı intizam baxımından vəziyyət necə idi?

- U-23 Avropa çempionatında digər ölkələrin idmançıları tərəfindən o qədər də kobud intizam pozuntuları olmadı. Həmçinin azərbaycanlı pəhləvanlar da intizamlı çıxış etdilər. Azərbaycanı təmsil etdiyimiz üçün həm komandamızda, həm də hakim heyətimizdə intizam həmişə ən yüksək səviyyədə olur.

- Təşkilatçılar və ya digər əcnəbilər tərəfindən azərbaycanlılara qarşı ümumi münasibət necə idi?

- Uzun illərdir beynəlxalq arenalarda Azərbaycanı təmsil edirəm. Bizə qarşı münasibət yaxşıdır. Çox isti qarşılayırlar. Serbiyalılar da istiqanlı, qonaqpərvər xalqdır. Hansısa çətinliklər olanda can-başla köməyə gəlirlər.

- Bəs digər ölkələrin təmsilçilərinin güləşçilərimizə qarşı münasibətlərində fərq var idi? Hər hansı aqressivlik hiss etdinizmi?

- Azərbaycanda mənə görə bir nömrəli idman güləşdir. Bəzi Avropa təmsilçiləri bu idman növündə zəifdirlər. Ona görə də rəqiblər Azərbaycan güləşçilərinə qarşı çox ciddi yanaşırlar. Çünki bilirlər ki, bizim ölkədə zəif rəqib yoxdur. Ona görə də güləşçilərimizə qarşı görüşə daha məsuliyyətli çıxırlar. Lakin idmançılarımıza qarşı hansısa aqressivlik hiss etmədim. Normal münasibət oldu.

- Azərbaycanda hakimliyin inkişafı ilə bağlı görülən işləri necə qiymətləndirirsiniz?

- Hazırda Azərbaycanın 25 beynəlxalq dərəcəli hakimi var. Yeni yaradılan Hakimlər Komissiyası bu sahəyə ciddi nəzarət edir. Düşünürəm ki, hazırkı duruma qədər hər şey qənaətbəxşdir.

- Azərbaycanda güləş sahəsində hakim qıtlığı var?

- Hakim qıtlığı yoxdur. Kifayət qədər təcrübəli və istedadlı gənc hakimlər var. Yeni gələnlərin də xalça üzərində göstərdiyi performans çox yaxşıdır. Onların kateqoriya almasına gəlincə, bu barədə Hakimlər Komissiyasının üzvləri qərar verir. Lakin düşünürəm ki, azərbaycanlı hakimlər görüşlərdə yaxşı idarəçilik edirlər.

- Serbiyada təşkil olunan U-23 Avropa çempionatına I kateqoriyalı hakim kimi dəvət almışdınız. Olimpiya kateqoriyası (S1) almaq perspektivini necə dəyərləndirirsiniz?

- İdmançılar kimi, hakimlərin də hədəfləri var. Olimpiya Oyunları zirvədir. Hazırda ölkəmizdə üç olimpiya kateqoriyalı hakim var. Mən I kateqoriyalı hakiməm. Əlbəttə, olimpiadada görüşləri idarə etmək istərdim. Belə yarışlar bizim üçün bir imtahandır. Nümayəndələr tərəfindən idarəçiliyim müsbət qarşılandı. İlin sonuna qədər vaxt var. Növbəti yarışlar olacaq. Bilirsiniz ki, Azərbaycanda U-7 dünya çempionatı keçiriləcək. Orada da imtahan verəcəyəm. Nəticə isə ilin sonunda bilinəcək. Ümid edirəm ki, yaxşı olacaq.

- Bildiyimizə görə, dünyada beynəlxalq dərəcə alan ən gənc hakim olmusunuz...

- Düzdür. Hətta FILA-nın (indiki UWW) ovaxtkı prezidenti Rafael Martinetti mənə təbrik məktubu da ünvanlamışdı. Bu, mənim üçün o zaman həm gənc hakim kimi bir motivasiya oldu, həm də yeni uğurlar qazanmaq üçün ruh verdi. Artıq 18 ildir haklimlik edirəm. Fikirlər də genişlənir, böyüyür. Düşünürəm ki, yaxşı olacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Cüdo
Bu gün, 11:38

Rəşid Məmmədəliyev və Hidayət Heydərovun 1/16 final rəqibləri məlum olub

Voleybol
Bu gün, 11:04

U-20 qadın voleybol komandası İzmirdə təlim keçəcək

Futbol
Bu gün, 10:35

U-20 milli futbol komandamız Yaponiyaya qarşı çıxacaq

Futbol
Bu gün, 10:13

U-21 Azərbaycan millisi bu gün Bank Respublika Arenada Cəbəllütariqla qarşılaşacaq

Futbol
Bu gün, 06:28

Toni Freyşa, Barça-nın keçmiş prezident namizədi, Real Madrid-in prezidenti Florentino Pérez-in istefasını proqnozlaşdırdı

Futbol
Bu gün, 05:47

Messi Argentina milli komandası ilə son məşqini keçirdi

Futbol
Bu gün, 01:10

İspaniya baş məşqçisi Xorvatiyanın İngiltərədən aldığı 0:7 məğlubiyyəti haqqında danışdı

Futbol
Bu gün, 00:42

Rwanda millisi Keniya ilə oyunda Mikels qardaşları meydanda

Futbol
Bu gün, 00:06

“Slaviya” klubunun azarkeşlərinə “Sabah” ilə Bakıdakı oyun üçün bilet, viza və nəqliyyat məlumatları

Futbol
Dünən, 22:39

“Bavariya” Harry Kane ilə yeni müqavilə imzalamağa yaxındır

Cüdo
Dünən, 21:38

Prezident İlham Əliyev, Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatının açılış mərasimindən video paylaşdı

Futbol
Dünən, 19:49

Chelsea, Arsenal, Manchester United, Manchester City və Liverpool Endrikin transferi ilə maraqlanır

Futbol
Dünən, 16:48

Sumqayıt FK növbəti iki ev matçını SOCAR Polymer Arena’da keçirəcək

Gimnastika
Dünən, 16:26

Tamblinq üzrə Azərbaycan millisi Tofiq Əliyev Böyük Britaniya çempionatında iki qızıl medal qazandı

Futbol
Dünən, 16:00

Litva qarşısında qələbə qazanan azərbaycanlı futbolçulara 10 min manat mükafat veriləcək

Futbol
Dünən, 13:58

Sabah ilə Slaviya arasındakı Çempionlar Liqası oyununa 45 minə yaxın bilet satılıb

Voleybol
Dünən, 10:58

Gəncə klubu rusiyalı voleybolçu Anastasiya Abramovanı heyətinə qatdı

Futbol
Dünən, 10:00

Azərbaycanda Litva qarşısında 1-0 qələbə: Yaxşı nəticə, oyun tənqidə məruz qaldı

Şahmat
Dünən, 09:58

FIDE prezidenti Timur Turlov Azərbaycan Şahmat Federasiyası prezidenti Mahir Məmmədovla görüşdü - FOTO

Futbol
Dünən, 07:32

Alexandro Balde “Barselona”dan ayrılmaq istəmir

Futbol
Dünən, 03:25

Usman Dembele Fransa millisindəki çıxışı ilə bağlı tənqidlərə sakit yanaşdığını bildirib

Futbol
Dünən, 01:13

“Chelsea” Aleks Skott üçün mübarizədə önə çıxır

Futbol
Dünən, 00:51

UEFA Millətlər Liqası IV tur: Portuqaliya Norveçdən qalib, Almaniya Yunanıstanla 0:0 bərabərlik

Futbol
04 oktyabr 2026, 23:18

Pari Nijnı Novqorod qapıçısı İslam İmamov Azərbaycan millisinə dəvət ala bilər

Oxşar xəbərlər