top
Dünya Güləş Birliyi yeni komitə yaradıb Sport24.az
21 noyabr 2024, 19:58
- +

Dünya Güləş Birliyi yeni komitə yaradıb

Dünya Güləş Birliyi (UWW) tərəfindən qrapplinq, pankration və həvəskar MMA üzrə vahid Komitə yaradılıb. Sport24.az xəbər verir ki, bu sahələrdə çox sayda idmançının bir neçə idman növü ilə məşğul olması səbəbindən bu idman növlərinin vahid Komitə tərəfindən idarə edilməsi qərara alınıb.

 

Birlik bu idman növlərini vahid komitədə birləşdirməklə bu sahəyə daha çox və peşəkar səviyyədə diqqət ayrılmasını hədəfləyir. Bununla bağlı milli federasiyalara müvafiq qaydada müraciət edilərək qrapplinq, pankration və həvəskar MMA idman növlərinə dəstək verməyə çağırılıb.

 

İcraiyyə Komitəsi tərəfindən UWW-nin Büro üzvü, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq Əliyev yeni Komitənin prezidenti, Adrian Bakos isə vitse-prezidenti seçiliblər.

 

UWW-nin seçim qaydalarına uyğun olaraq milli federasiyalar tərəfindən əlavə 3 üzvün də seçilməsindən sonra Komitə tam formalaşdırılacaq. Yeni Komitəyə idmançı, məşqçilər və texniki komissiyalar kimi əlavə komissiyalar dəstək verəcək.

 

Pankration – həvəskar MMA bölməsinə UWW təmsilçiləri Onur Şimşək, Qrapplinq bölməsinə isə Antonina Bosser nəzarət edəcəklər.

 

Qeyd edək ki, pankration əlbəyaxa döyüş idman növlərindən biri kimi, Yunanıstanda yaradılıb və qədim dövrdə klassik Olimpiya Oyunlarının tərkibində yer alıb.

 

Qrapplinq və MMA isə müasir idman növləridir. Güləş idman növlərindən biri olan qraplinqin özəlliyi boğucu fəndlərdən ibarətdir. Qarışıq idman növü olan MMA-da isə həm döyüş, həm də güləş fəndlərindən istifadə edilir. UWW həvəskar MMA üzrə yarışları peşəkar MMA-dan fərqli olaraq, qəfəsdə deyil, güləş xalçası üzərində keçirir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 09:10

Rodriqo 2027-ci ilin əvvəlinə qədər “Real”da meydana çıxa bilməyəcək

Qarabağ FK
Bu gün, 09:00

Qarabağ Şamaxı ilə qarşılaşır

Futbol
Bu gün, 08:40

Arsenalın müdafiəçisi İngiltərə Super Kubokunda ən sərfəli qolun müəllifi olub

Futbol
Bu gün, 08:20

Yuventus Tottenhemin qoluçusunu icarəyə götürür

Futbol
Bu gün, 08:00

Şotlandiya milli komandasının yeni baş məşqçisi Sebastyen Pokonyoli oldu

Futbol
Bu gün, 07:15

Sebastyan Pokonyoli Şotlandiya milli komandasının yeni baş məşqçisi təyin edilib

Futbol
Bu gün, 06:14

Joze Mourinyo yoldaşlıq matçında zərbədən göyəribeb

Futbol
Bu gün, 05:20

Ceymi Vardi Braziliyada karyerasını davam etdirə bilər

Futbol
Bu gün, 04:18

Kriştianu Ronaldu və Corcina Rodrigesin toy mərasimi keçirib

Futbol
Bu gün, 03:13

Mikel Arteta İngiltərə Superkubokunda “Arsenal”ı məğlubiyətə uğratdı

Futbol
Bu gün, 02:05

Pari Sen-Jermen altıncı dəfə Fransa Superkubokunu uduzub

Futbol
Bu gün, 01:47

Latsio İtaliya Kubokundan kənarlaşdı

Futbol
Bu gün, 01:26

Rüfət Abdullazadənin komandası Toto Kubokunun yarımfinalında məğlub olub

Futbol
Bu gün, 01:06

Rəşad Sadıqov “Şəfa” ilə matç haqqında danışdı

Futbol
Bu gün, 00:45

Lans Fransa Superkubokunu qazandı

Futbol
Bu gün, 00:25

Türkiyə Superliqası: Nəriman Axundzadə debüt edib, “Beşiktaş” çətin qələbə qazanıb

Futbol
Bu gün, 00:11

Rodri "Barselona"ya keçəcək

Futbol
Bu gün, 00:05

“Liverpul” “Komo”nu yoldaşlıq oyununda məğlub edib

Futbol
Dünən, 23:55

Zirə doğma meydanda Şəfanı məğlub edib

Futbol
Dünən, 23:55

Espanyol "Levante"ni darmadağın edib

Futbol
Dünən, 23:26

Filipe Kandido: “Kaş Səbuhi belə etməzdi” - “Sumqayıt” “Neftçi”yə uduzdu

Futbol
Dünən, 23:14

Kriştianu Ronaldu: Futbolda son ilim

Futbol
Dünən, 22:59

Sumqayıt - Neftçi matçının videoçarxı

Futbol
Dünən, 22:50

Mahir Emreli ötürmə ilə fərqlənib, amma “Rakuv” məğlub olub

Oxşar xəbərlər