İspaniya La Liqasının ilk turunda "Espanyol" "Levante"ni qəbul edib.
İdman.Biz bidririr ki, matç 3:0 "Espanyol"un xeyrinə qurtarıb.
Qolları Roberto Fernandes (5, 40) və Tayris Dolan (80) vurublar.
Matç Barselonadakı "Korneliya-El Prat" stadionunda keçirilib.
21:29
2026/2027-ci il İspaniya La Liqa mövsümünün ilk turunda "Rasinq" və "Vilyarreal" arasında oyun başa çatıb.
İdman.Biz bildirir ki, oyun İspaniyanın Santander şəhərindəki "Campos de Sport de El Sardinero" stadionunda baş tutub və 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
"Rasinq"in yarımmüdafiəçisi Andres Martin matçın ilk qolunu 21-ci dəqiqədə vurub. 34-cü dəqiqədə yarımmüdafiəçi Serxio Martines ev sahibi komandanın üstünlüyünü ikiqat artırıb. 45-ci dəqiqədə Pap Geye bir qol vurub, bir dəqiqə sonra isə yarımmüdafiəçi Nikolas Pepe hesabı bərabərləşdirib – 2:2.
2025/2026 mövsümünün sonunda "Villarreal" İspaniya La Liqasında 38 oyundan 72 xalla üçüncü yeri tutub. "Rasinq" Sequnda liqasında (İspaniyanın ikinci ən yüksək liqası) qalib gəliərək 2026/2027 mövsümündə La Liqada oynamaq hüququ qazanıb. Santander klubu 42 oyundan 82 xal toplayıb.
Növbəti turda "Villarreal" 23 avqustda səfərdə "Atletiko Madrid"lə, "Rasinq" isə həmin gün "Xetafe" ilə qarşılaşacaq.