Londonun "Arsenal" komandası İngiltərə Superkuboku uğrunda matçda "Mançester Siti"ni 3:0 hesabı ilə məğlub etməklə baş məşqçi Mikel Artetaya beşinci kubokunu qazandırıb.
İdman.Biz bildirir ki, Arteta artıq İngiltərə Superkubokunu üç dəfə qazanıb.
O, həmçinin 2025/26 mövsümündə Premyer Liqa titulunu və 2020-ci il İngiltərə Kubokunu qazanıb. Artetanın rəhbərliyi altında "Arsenal" ötən mövsüm Çempionlar Liqasının finalına çıxıb və orada "Pari Sen-Jermen"ə məğlub olub (1:1, penaltilərdə 3:4).
"Mançester Siti" ötən mövsüm 78 xalla Premyer Liqa turnir cədvəlində ikinci yeri tutub. Onlar həmçinin 2025/26 mövsümündə İngiltərə Kubokunun qalibləridir.