İsraildə futbol üzrə Toto Kubokunun yarımfinal oyunları keçirilib.
İdman.Biz xəbər verir ki, həmyerlimiz Rüfət Abdullazadənin çıxış etdiyi "Hapoel İroni" (Kiryat-Şmona) yarımfinalda doğma meydanda "Hapoel" (Təl-Əviv) ilə üz-üzə gəlib.
Matç meydan sahiblərinin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. "İroni" hesabı 6-cı dəqiqədə Adrian Uqarrizanın qolu ilə açıb. "Hapoel" 90+7 və 90+9-cu dəqiqələrdə Daniel Dappanın qolları ilə oyunda dönüş edə bilib.
Abdullazadə yarımfinal oyununda 90 dəqiqə meydanda olub.
Beləliklə, "İroni" Toto Kubokunda mübarizəni yarımfinal mərhələsində başa vurub.