top
Zirə doğma meydanda Şəfanı məğlub edib Sport24.az
16 avqust 2026, 23:55
- ↺ +

Zirə doğma meydanda Şəfanı məğlub edib

Bu gün Misli Premyer Liqasında I tur çərçivəsində "Zirə" doğma meydanda "Şəfa"nı 2:0 hesabı ilə məğlub edib. Sport24.az xəbər verir ki, "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb:

 

"Oyun gərgin keçdi. Bilirdik ki, rəqib mübarizəyə köklənmiş olacaq. Avrokubok oyunlarından sonra psixoloji cəhətdən yaxşı vəziyyətdə deyildik. Qarşımızda "Zirə"ni ən yaxşı tanıyan məşqçi var idi. O, komandamızda 7 il çalışıb. Bu, hiss olunurdu. Futbolçularımı təbrik edirəm".

 

- Qol vəziyyətlərindən istifadə problemi həll olunub?

 

Bu, "Zirə"də mənim 7-ci ilimdir. Bu qədər qol epizodu yaradıb məğlub olduğumuz oyunu xatırlamıram. Amma "Payde" ilə matçda belə oldu. Futbolçu karyeramda da belə hallar yaşanıb. Hamımız məyus olmuşduq. Bu gün isə daha dəqiq oynadıq. Ümid edirəm, hər şey düzələcək.

 

– Bu rəqibə qarşı iki qol vura bildiniz.

 

- "Şəfa"ya qarşı oynamaq "Payde"yə qarşı oynamaqdan daha çətindir. Orada hər 5-8 dəqiqədən bir qol epizodu yaradırdıq, bu dəfə belə olmadı. Oyunda rəqibdən üstün olduğunuz zaman əks-hücumlar təhlükəli olur. Müdafiəyə də diqqət yetirmək lazımdır.

 

– Hakimlikdən yenə narazı görünürdünüz.

 

- Xeyr.(gülür). Nəticəyə təsir edən səhvlər olmadı. Meydandan kənarda olanda insan daha aqressiv olur.

 

– İssa Cibrilla meydanda olanda "Zirə" ötən mövsüm məğlub olmamışdı. Bu mövsüm komanda fiziki cəhətdən daha yaxşı hazırlaşıb?

 

- O, çox az oynayıb. Maraqlı statistikadır, buna heç diqqət yetirməmişdim. İssaya güvənirik, hücumlarımızı onun üzərindən qururuq. Rotasiyalar olacaq. O da öz üzərində daha çox çalışır.

 

– Eren Aydından razısınız?

 

- Onun mikrotravması var idi, amma tam fədakarlıqla oynadı və gözəl qol vurdu. Bu gün qol vurdu, "Payde" ilə oyunda isə iki dəfə dirəyə düşmüşdü.

 

– FIFA-nın yeni qaydalarından razısınız?

 

- Əla qaydadır. Vaxt itkisindən çox şikayət edirdik. Yeganə məqam odur ki, qanaxmaya görə bir dəqiqə gözləməyin mənası yoxdur. Ümid edirəm, bu məsələyə də diqqət yetirərlər.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 22:20

Vernidub "Neftçi" məğlubiyyəti və Sadıqovla qədimbarədə danışdı: "Arazımızda heç nə yoxdur"

Futbol
Bu gün, 22:20

"Sabah"ın legioneri Raxmonaliyev "Sumqayıt" matçından sonra uşaqlarla xatirə şəkilləri çəkdirib - VİDEO

Futbol
Bu gün, 22:17

"Çelsi" "Real Madrid"in geri alış hüququ olan "Komo"nun müdafiəçisi Yakobo Ramonla maraqlanır

Futbol
Bu gün, 22:11

Rəşad Sadıqov "Neftçi" – "Zirə" oyunundan sonra: "Susmağımın səbəbi sizin "Neftçi"də olmağınızdır"

Futbol
Bu gün, 22:07

"Neftçi" "Zirə"ni 1:0 hesabı ilə məğlub etdi - VİDEO

Futbol
Bu gün, 22:05

"Neftçi‑Zirə matçında Vernidub "Zirənin hansısa epizodunu xatırlamıram" dedi"

Futbol
Bu gün, 22:00

"Barselona" və "İnter" Hermoso üçün transfer axtarır

Futbol
Bu gün, 21:43

Rəşad Sadıqov: «Neftçi»yə qarşı matçda üstün tərəf biz idik

Futbol
Bu gün, 21:41

"Portu"ya ilk Avropa kubokunu gətirən braziliyalı sabiq futbolçu Juari 67 yaşında vəfat edib

Futbol
Bu gün, 21:40

"Atletiko" 35 milyon avroya aldığı Ludmani satmaq istəyir

Digər
Bu gün, 21:27

"Beşiktaş" İstanbulda su tağı ilə qarşılandı

Futbol
Bu gün, 21:20

Rəşad Sadıqov: "Mən bəzi açıqlamaları Verniduba yaraşdırmıram"

Futbol
Bu gün, 21:20

Tanıdığımız sima milliyə dəvət almasının səbəbini bilmir - VİDEO

Futbol
Bu gün, 21:15

Mançester Yunayted, Liverpul və Arsenal Borussiya Dortmundun müdafiəçisi Joan Qadunu transfer etmək istəyir

Futbol
Bu gün, 21:08

«Zirə»nin baş məşqçisi Rəşad Sadıqov «Neftçi» matcından sonra Vernidubla söhbətdə əsəbi reaksiya göstərib

Digər
Bu gün, 21:00

Azərbaycanda üzgüçülük məşqçiləri üçün sertifikatlaşdırma sistemi tətbiq ediləcək

Futbol
Bu gün, 20:53

Premyer Liqa: Neftçi Zirəyə 1:0 hesabı ilə qalib gəlib və liderliyini möhkəmləndirib

Futbol
Bu gün, 20:41

"Bavariya"da zədə böhranı genişləndi"

Futbol
Bu gün, 20:40

"Veteranların futbolun xilaskarı olmadığına dair təhlil"

Digər
Bu gün, 20:38

Gürcüstanın Ankaradakı səfiri UEFA Avropa Liqası matçındakı hadisələrə görə Türkiyə XİN-ə çağırıldı

Futbol
Bu gün, 20:32

Bavariyanın futbolçusu Camal Musiala zədəsi barədə açıqlama

Futbol
Bu gün, 20:26

Arsenal 30 zərbə ilə yalnız bir qol vurdu

Futbol
Bu gün, 20:25

Neftçi fanı İstanbula gediş-qayıdış aviabileti qazanıb

Futbol
Bu gün, 20:20

"Sabah"ın xorvatiyalı legioneri İvan Lepiniçaya "Napoli" qarşısında cərimə riski ilə üzləşir

Oxşar xəbərlər