Futbol üzrə Polşa çempionatında dördüncü turun oyunları keçirilir.
İdman.Biz bildirir ki, Mahir Emrelinin oynadığı "Rakuv" klubu səfərdə "Krakoviya" ilə qarşılaşıb.
Matç 2:1 hesabı ilə "Krakoviya"nın xeyrinə qurtarıb.
Hesabı 31-ci dəqiqədə Emrelinin ötürməsindən sonra Patrik Makuç açıb. 56-cı dəqiqədə meydan sahiblərindən Aydın Hasiç hesabı bərabərləşdirib. 75-ci dəqiqədə Dominik Pila "Krakoviya"nın qələbə qolunu vurub.
Bir matçı təxirə salınmış "Rakuv" 3 oyundan sonra 0 xalla çempionatda sonuncu yerdədir.