"Monako"nun keçmiş baş məşqçisi Sebastyen Pokonyoli Şotlandiya millisinin "sükanı arxasına" keçib. Belçikalı mütəxəssis iki illik müqavilə imzalayıb. Sport24.az xəbər verir ki, bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.
39 yaşlı mütəxəssis "Monako"dan əvvəl "Union" və Belçika gənclər yığmasında çalışıb.
Qeyd edək ki, Pokonyoli yeni postunda Stiv Klarkı əvəz edir. 62 yaşlı məşqçi DÇ-2026-dan sonra millidən ayrılıb.