Joze Mourinyo "Real Madrid"in "Şalke 04" ilə yoldaşlıq oyununa gözünün altı göyərmiş vəziyyətdə gəlib.
İdman.Biz bildirir ki, matç 3:0 hesabı ilə "Real"ın xeyrinə başa çatıb.
Baş məşqçi göyərmənin səbəbini izah edib.
"Məşq zamanı top üzümə dəydi. Eynək taxmasaydım, yəqin ki, bu, böyük problem olmazdı. Daha pis ola bilərdi", - deyə Mourinyo bildirib.
