top
Davor Ştefanek: Həsən Əliyev mənim ən çətin rəqibim idi Report.az
11 mart 2026, 16:24
- ↺ +

Davor Ştefanek: Həsən Əliyev mənim ən çətin rəqibim idi

Serbiya İdman İttifaqının prezidenti, olimpiya çempionu Davor Ştefanekin karyerasında ən çətin azərbaycanlı rəqib Həsən Əliyev olub.

İdmançı bunu "Report"un Serbiyanın Zrenyanin şəhərində keçirilən U-23 Avropa çempionatına ezam olunmuş əməkdaşına açıqlamasında deyib.

D.Ştefanek karyerası ərzində Azərbaycan təmsilçiləri ilə keçirdiyi görüşləri xatırlayıb:

"Karyeramda azərbaycanlı güləşçilərlə çoxlu qarşılaşmalarım olub. Onların arasından Həsən Əliyevi xüsusi fərqləndirərdim. O, mənim üçün ən çətin rəqib idi. Dünya çempionu olduğum yarışa qədər ona qalib gələ bilmirdim. Həsənlə həm də çox məşq etmişik və yaxşı dost qaldıq. Digər tanıdığım və hörmət etdiyim idmançı isə Rəsul Çunayevdir. Olimpiya oyunlarında fəxri kürsüdə onunla birlikdə idik. Belə rəqiblərlə eyni xalçanı paylaşmaq mənim üçün zövq idi".

O, Azərbaycan və Serbiya arasındakı sıx əməkdaşlıq olduğunu söyləyib:

"Serbiya Güləş Federasiyası ilə Azərbaycan Güləş Federasiyası arasında hər zaman çox yaxşı əməkdaşlıq olub. Dəfələrlə Bakıda təlim-məşq toplanışlarında olmuşuq. Azərbaycanın həqiqətən möhtəşəm güləşçiləri var. Fürsət tapdıqca onlarla sparinq keçmək üçün Bakıya gedirdik. Bir idman rəhbəri kimi deyə bilərəm ki, iki dövlət arasında təkcə güləşdə deyil, digər idman növlərində də mükəmməl münasibətlər mövcuddur".

Olimpiya çempionu turnirdəki medal gözləntilərini də bölüşüb:

"Serbiyanın nisbətən gənc heyəti var, ümid edirik ki, yunan-roma güləşində ən azı bir medal qazanacağıq. Əgər bir mükafat əldə etsək, bu bizim üçün qənaətbəxş olacaq. Azərbaycan haqqında isə danışmağa ehtiyac yoxdur. Onlar istər sərbəst, istər qadın, istərsə də yunan-roma güləşində hər zaman möhtəşəm nəticələr göstərirlər. Hesab edirəm ki, Azərbaycan bu turnirdə ümumilikdə 10-dan çox medal qazanacaq".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 15:18

Genduzi UEFA Çempionlar Liqasında Yaxşı Olmayan Səhv Üzrə Üzr İstəyib

Digər
Bu gün, 15:03

Həvəskarlıqla böyük idman arasında: Azərbaycanda qayayadırmanma necə inkişaf edir? - İDMAN.BİZ-in REPORTAJI - FOTO

Digər
Bu gün, 14:59

Türkiyənin 4 nəhəng klubu cərimələnib

Digər
Bu gün, 14:50

Kanaki və Maohi Nui komandaları Bakıda

Qarabağ FK
Bu gün, 14:48

“Sabah” – “Qarabağ”: Mərdəkanın yeni “Sabah Arena”da köhnə rəqabət və liderlik mübarizəsi – İDMAN.BİZ-in İCMALI

Futbol
Bu gün, 14:41

Sabah futbol komandası baş məşqçisi Valdas Dambrauskas ildə 50 kitab oxuyur

Futbol
Bu gün, 14:40

Kəpəz – Şəfa matçı kinoteatrda nümayiş olunur

Digər
Bu gün, 14:33

Azərbaycanlı namizəd dünya güləşinin prezidentliyinə iddialıdır: Namiq Əliyev kimdir?

Digər
Bu gün, 14:26

İspaniyada Messinin qaldığı otelin önündə böyük İZDİHAM

Qarabağ FK
Bu gün, 14:25

“Qarabağ”ın sabiq hücumçusu oyunda kütləvi davaya səbəb oldu - VİDEO

Digər
Bu gün, 14:20

“Azərbaycan dünyanın ən yaxşı gənc futbolçularını qarşılamağa hazırlaşır”

Futbol
Bu gün, 14:05

Koy-Leons Mikelsin "Borussiya Mönhenqladbax"a şəxsi arzusuna baxmayaraq, clubdan rəsmi transfer təklifi olmamışdır

Qarabağ FK
Bu gün, 13:53

“Turan Tovuz”un hücumçusu İbrahima Vadji Fransa mediasında ön plandadır - FOTO

Digər
Bu gün, 13:44

“Sabah”ın müdafiəçisi Bakıda Lamin Yamalı meydanda rahat buraxmayacağına söz verdi

Digər
Bu gün, 13:40

"Ayntraxt" sabiq futbolçusunu idman direktoru postuna dəvət etmək istəyir

Digər
Bu gün, 13:20

"Nyukasl"ın sabiq baş məşqçisi "Mançester Yunayted"in "sükanı arxasına" keçə bilər

Digər
Bu gün, 13:17

“Şəfa”nın baş məşqçisi Vasif Haqverdiyev 5 oyunluq cəzalandırıldı

Formula 1
Bu gün, 13:14

Avstraliya Qran-prisində kenqurunun trasda peyda olması MotoGP məşqini dayandırdı

Digər
Bu gün, 13:13

İntizam Komitəsi iki komandanı texniki məğlubiyyətlə cəzalandırıb

Futbol
Bu gün, 13:06

FİFA U-15 Dünya Çempionatına ev sahipliyi edən Hövsan Yarış Kompleksi hazırdır

Futbol
Bu gün, 13:00

Zirə Sumqayıtı 22 oyunda məğlub edə bilmədi

Futbol
Bu gün, 12:59

Tacikistanlı futbolçu Hüseynconi Bobocan: “Bakıda dünya çempionatı üçün hazırlanan meydançalar gözəldir”

Futbol
Bu gün, 12:50

Sumqayıtın kapitanı İsa Sülumbra U-15 komandasının məşqində iştirak edib

Qarabağ FK
Bu gün, 12:45

“Qarabağ”ın sabiq futbolçusu 6 milyonluq dələduzluğun qurbanı olub

Oxşar xəbərlər