top
Azərbaycan Güləşçiləri Avropa Çempionatında: Meşvildişvilinin Zəfəri, Tsokayevin Qızılı, Djioyev və Bayramovun Gümüşləri Idman.biz
26 aprel 2026, 21:27
- +

Azərbaycan Güləşçiləri Avropa Çempionatında: Meşvildişvilinin Zəfəri, Tsokayevin Qızılı, Djioyev və Bayramovun Gümüşləri

125 kq çəki dərəcəsində mübarizə aparan sərbəst güləşçimiz Giorgi Meşvildişvili finalda macarıstanlı Vladislav Baytsayevə 8:0 hesabıyla qalib gələrək ikinci dəfə Avropa çempionu oldu

21:06

Ali Tsokayev (92 kq) finalda bolqarıstanlı Ahmed Batayevə 5:3 hesabıyla qalib gələrək Avropa çempionu oldu

20:35

86 kq çəki dərəcəsində mübarizə aparan sərbəst geləşçimiz Arseniy Djioyev finalda rusiyalı İbrahim Kadiyevə 1:2 hesabıyla məğlub oldu və Avropa çempionatında gümüş medal qazandı.

19:55

Turan Bayramov (74) finalda slovakiyalı Taymuraz Salkazanova 2:4 hesabıyla məğlub oldu və Avropa çempionatında gümüş medal qazandı.

19:17

Nürəddin Novruzov (61 kq) bürünc medal görüşündə italiyalı Simyone Pirodduya "tuş"la məğlub oldu.

09:51

Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatının son günündə Azərbaycanın sərbəst güləşçiləri mühüm görüşlərə çıxacaq.

İdman.Biz xəbər verir ki, bu gün 4 idmançımız qızıl medal uğrunda mübarizə aparacaq, 1 güləşçimiz isə bürünc medal görüşünə çıxacaq.

Finalda Turan Bayramov (74 kq) Taymuraz Salmazanovla (Slovakiya), Arseniy Djioyev (86 kq) İbrahim Kadiyevlə (UWW), Ali Tsokayev (92 kq) Ahmed Batayevlə (Bolqarıstan), Giorgi Meşvildişvili (125 kq) isə Vladislav Baytsayevlə (Macarıstan) üz-üzə gələcək.

Nurəddin Novruzov (61 kq) isə bürünc medal uğrunda italiyalı Simyone Piroddu ilə qarşılaşacaq.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) Avropa çempionu olub. Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) bürünc medal qazanıb. Yunan-Roma güləşi üzrə millimiz komanda hesabında birinci yeri tutub.

Qadın güləşçilərdən Jalə Əliyeva (57 kq) və Günay Qurbanova (59 kq) da bürünc medal əldə edib. Sərbəst güləşdə isə İslam Bazarqanov (57 kq) qızıl, Cəbrayıl Hacıyev (79 kq) medal qazanıb.

Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 16:17

İdman Akademiyasının əməkdaşları dosent adı alıblar

Futbol
Bu gün, 16:00

Ağasəlim Mircavadov “Zirə”nin avrokubok oyununa dair fikirlərini bölüşüb

Futbol
Bu gün, 15:40

“Seltik”ə qoşulacaq Kamilo Duran: “Bizə əlavə güc qatacaq”

Futbol
Bu gün, 15:00

"Sabah"ın qələbəsi Azərbaycanın UEFA reytinqindəki əmsalını artırdı

Voleybol
Bu gün, 14:56

Kəmalə Əsgərova U-18 Avropa çempionatında hakim seçilib

Basketbol
Bu gün, 14:51

FIBA Çempionlar Liqası: Azərbaycan klublarının rəqibləri açıqlanıb

Futbol
Bu gün, 14:37

FIFA və UEFA Rusiya ilə bağlı mövqeyini açıqladı - Rusiya klubları beynəlxalq turnirlərdən kənarlaşdırılması davam edəcək

Şahmat
Bu gün, 14:20

Vugar Həşimovun xatirəsinə həsr olunan beynəlxalq şahmat turniri

Futbol
Bu gün, 14:15

FIFA Argentina azarkeşləri ilə bağlı irqçi insidentə görə araşdırma başlayıb

Güləş
Bu gün, 14:06

Açıq suda üzmə yarışı keçiriləcək

Futbol
Bu gün, 13:40

Valensiya ilə Alya Dyenq arasında müqavilə imzalanıb

Futbol
Bu gün, 13:35

Kamilo Duran “Seltik”ə keçid edəcək

Futbol
Bu gün, 13:20

Sampdoriya Lorenso İnsinyeni transfer edib

Digər
Bu gün, 13:03

Sabir Zeynalov Çelenc turnirində gümüş medalçı olub

Voleybol
Bu gün, 12:43

Azərbaycanı yeni mövsümdə avrokuboklarda təmsil edəcək voleybol komandaları məlum olub

Futbol
Bu gün, 12:40

"İmişli" Bəxtiyar Həsənalızadə ilə müqavilə bağlayıb

Futbol
Bu gün, 12:20

Yarımmüdafiəçi Fərid Nəbiyev „İmişli“yə keçib

Digər
Bu gün, 12:13

Rafael Fiziyev Azərbaycana sevgisini ifadə edib

Digər
Bu gün, 11:58

Azərbaycan karateçiləri beynəlxalq müsabiqədə uğur qazanıb

Futbol
Bu gün, 11:40

Sportinq „Çelsi“nin gənc futbolçusunu icarəyə götürdü

Futbol
Bu gün, 11:20

Brentford Kallum Uilsonla razılığa gəlib

Futbol
Bu gün, 11:13

İnter Mayami Vozinyanı Lionel Messi ilə komanda yoldaşı olmağa dəvət edir

Futbol
Bu gün, 11:00

"Sumqayıt"da yeni təyinat

Basketbol
Bu gün, 10:45

Azərbaycanın gənc qadınlardan ibarət basketbol yığması Ukrayna ilə qarşılaşır

Oxşar xəbərlər