top
Vladimir Şulikin fikrincə, bu il batut gimnastları üçün olimpiya seçmə mərhələsinə hazırlıq ilidir Idman.biz
10 yanvar 2026, 11:00
- ↺ +

Vladimir Şulikin fikrincə, bu il batut gimnastları üçün olimpiya seçmə mərhələsinə hazırlıq ilidir

Azərbaycanın batut gimnastikası üzrə yığma komandası beynəlxalq startlara hazırlığa başlayıb. Qarşıdakı mövsümü olimpiya kvalifikasiyası ərəfəsində həlledici sınaq mərhələsi adlandırmaq olar.

Komanda eyni vaxtda Los-Anceles Olimpiadasına bir neçə lisenziya uğrunda mübarizə aparmağı planlaşdırır ki, bu barədə İdman.Biz-ə yığmanın baş məşqçisi Vladimir Şulikin məlumat verib.

O xatırladıb ki, Batut gimnastikasında mövsüm ənənəvi olaraq Bakıda açılacaq – 21–22 fevral tarixlərində Milli Gimnastika Arenasında Dünya Kuboku keçiriləcək. Turnirə artıq on ölkədən idmançılar qeydiyyatdan keçiblər və say baxımından ən böyük heyətlə amerikalılar iştirak edəcəklər, onlar Bakıya 16 atlet gətirəcəklər.

"Bakıda keçiriləcək Dünya Kubokuna hələlik çox sayda komanda müraciət etməyib, lakin bu, mövsümün başlanğıcı üçün xarakterik haldır. Hələ hamı optimal formaya düşməyib, buna görə də ev turnirinə planlı şəkildə hazırlaşacaq və bütün iş həcmini yerinə yetirəcəyik. Proqramın bütün növlərində – həm fərdi, həm də sinxron tullanışlarda çıxış edəcəyik. Azarkeşlər həm Selcan Maqsudovanı, həm də Maqsud Maqsudovu iş başında görə biləcəklər", – deyə A.Şulikin bildirib.

Baş məşqçisi söyləyib ki, komanda üçün ilk səfər yarışı isə 12–13 mart tarixlərində Niderlandın Alkmaar şəhərində keçiriləcək Dünya Kuboku mərhələsi olacaq. Bu turnir ilin birinci yarısının əsas startı sayılan, aprel ayında Portimaoda keçiriləcək Avropa çempionatına hazırlıq xarakteri daşıyacaq.

"Portuqaliyaya geniş heyətlə yollanmağı planlaşdırırıq – tamburinq üzrə komanda ilə birlikdə ümumilikdə 20 idmançı olacaq. Çempionatda təkcə əsas yığma deyil, həm də gənclər çıxış edəcək və onlar da yüksək yerlər uğrunda mübarizə aparacaqlar", – deyə məşqçi əlavə edib.

O qeyd edib ki, mövsümün gedişində komanda yenidən Portuqaliyaya qayıdacaq – 4–5 iyul tarixlərində Koimbrada Dünya Kuboku keçiriləcək. Ondan əvvəl isə 26–27 iyun tarixlərində İsveçrənin Arosa şəhərində Dünya Kuboku mərhələsi baş tutacaq. Təqvimdə daha iki Dünya Kuboku mərhələsi də yer alıb – oktyabr ayında "uçan gimnastlar" İtaliya və Almaniyada çıxış edəcəklər. Bu yarışlar idmançıları ilin əsas startına – 5–8 noyabr tarixlərində Nankində keçiriləcək dünya çempionatına hazırlayacaq. Qeyd edək ki, Çində həmçinin yeniyetmələr arasında dünya çempionatı və yaş qrupları üzrə dünya yarışları da təşkil olunacaq.

V.Şulikin mövsümün spesifik xüsusiyyətlərini də açıqlayıb.

"Bu il hazırlıq ilidir – texnika, hündürlük üzərində işləyəcəyik, tullanmaların çətinlik səviyyəsi isə artıq mövcuddur. Növbəti mövsümdə start götürəcək olimpiya seçmə mərhələsini nəzərdə saxlayırıq. Lisenziyalar Dünya Kuboku mərhələlərinin nəticələrinə, eləcə də dünya çempionatına əsasən qazanılacaq. Nə qədər tez vəsiqə əldə etsək, Olimpiadaya hazırlıq bir o qədər sakit və sistemli şəkildə aparıla bilər. Planlarımızda Los-Ancelesə iki vəsiqə qazanmaq var", – deyə baş məşqçi fikrini yekunlaşdırıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Cüdo
Bu gün, 12:57

Jüdo dünya çempionu Sansiro Murao: “Azərbaycan çox gözəl və qonaqpərvərdir”

Cüdo
Bu gün, 10:56

Cüdo üzrə Olimpiya çempionumuz Zelim Kotsoyev dünya çempionatının 1/32 finalına çıxır - YENİLƏNİR + FOTO

Boks
Bu gün, 10:55

Avropa U‑17 boks çempionatında Azərbaycanlı səkkiz boksçumuz yarımfinala yüksəldi

Basketbol
Bu gün, 10:39

ABL ikinci turda Sumqayıt Naxçıvanı ev sahəsində qarşılayacaq

Futbol
Bu gün, 09:56

Neftçi – Sabah qarşılaşması Misli Premyer Liqasının 7-ci turunda Palms Sports Arena’da

Futbol
Bu gün, 05:14

Ançelotti Braziliya millisində rekord qıraraq ən aşağı qələbə faizini əldə etdi

Futbol
Bu gün, 01:58

İnтерin yarımmüdafiəçisi Curtis Cons zədələnib, Milan derbisini də qaçıracaq

Futbol
Bu gün, 00:45

Arsenal və Tottenham Kenan Yıldızın İngiltərə Premyer Liqasına keçidi ilə maraqlanır

Olimpiada
Dünən, 23:28

Lindsey Vonn ağır zədədən sonra 2026/27 mövsümündə ABŞ millisinin heyətinə daxil olub

Futbol
Dünən, 22:59

Barcelona müdafiəçisi Xavi Esparta ilə müqaviləsini 2030-cu ilə qədər uzatdı

Cüdo
Dünən, 22:46

Bakıda keçirilən cüdo dünya çempionatı: Azərbaycan üçüncü yerdə

Futbol
Dünən, 22:33

PSJ iki oyunçusuna əlavə istirahət verdi

Futbol
Dünən, 21:23

AFFA rəhbərinə UEFA-dan Qadınlar Dünya Çempionatı 2027 seçmə matçı üçün təyinat

Futbol
Dünən, 19:25

“İmişli” PFK‑da Zamir Həsənov və Rəsul Allahverdiyevlə yollar ayrıldı

Basketbol
Dünən, 16:57

“Neftçi”nin basketbolçusu: “FIBA Avropa Kubokunda mərhələ keçmək üçün şansımız var”

Basketbol
Dünən, 12:14

Sumqayıtın basketbolçısı Teyvion Kirk: ‘Play‑offun dörd ən güclü komandası arasında olmaq istəyirik’

Futbol
Dünən, 11:26

“Neftçi” Matheus Davonu qış transferində heyətinə qatmaq istəyir

Futbol
Dünən, 10:41

“Səbail” “Sərtan Taşkın”ı transfer etdi

Futbol
Dünən, 10:11

Ronaldın çıxışı sonrası Portuqaliya milli komandası FIFA reytinqində beşinci yerə yüksəldi

Futbol
Dünən, 09:41

Azərbaycan Kubokunun birinci mərhələsində bu gün üç yeni qarşılaşma baş tutacaq

Qarabağ FK
Dünən, 06:23

“Qarabağ”ın 18 yaşlı hücumçusu Əli İbrahim “Olimpiakos” B komandasında baxışa yollanacaq

Futbol
Dünən, 04:14

Benin məşqçisi: Argentina oyunçularından Messi'nin fotosunu və formasını ala bilmədik

Basketbol
07 oktyabr 2026, 23:54

LANDAU Lions FIBA Avropa Kubokunda 83-105 ilə “Lions de Geneve”yə məğlub oldu

Futbol
07 oktyabr 2026, 23:38

Luka Modriç Messi’nin milli karyerasını başa vurmasına təəssüfünü bildirir: “O, unikal futbolçudur”

Oxşar xəbərlər