top
Sara Şükürova: 2026 AGF Trophy turnirindən yaxşı nəticələr gözləyirik, Bakı idman mərkəzinə çevrilib Idman.biz
03 aprel 2026, 16:08
- ↺ +

Sara Şükürova: 2026 "AGF Trophy" turnirindən yaxşı nəticələr gözləyirik, Bakı idman mərkəzinə çevrilib

"2026-cı ilin "AGF Trophy" beynəlxalq turnirindən idmançılarımızdan yaxşı nəticələr gözləyirik".

Bu sözləri Azərbaycan Gimnastika Federasiyasının nümayəndəsi Sara Şükürova İdman.Biz-ə açıqlamasında söyləyib.

Bu yarışda Azərbaycanı Azada Atakişiyeva, Fidan Qurbanlı, Gövhər İbrahimova, Kamilə Seyidzadə, Ayla İsgəndərli, Nuray Muradlı və Gülnur Məmmədli təmsil edir.

Şükürova qeyd edib ki, bu gimnastlar mövsümün əvvəlindən keçirilən yarışlarda göstərdikləri nəticələrə əsasən seçiliblər. Onlardan bəziləri yeni musiqi kompozisiyaları və proqramlarla çıxış edəcək. Ümumilikdə turnirdə 15 ölkədən idmançılar iştirak edir.

Sara Şükürova əlavə edib ki, bu il ölkə çoxsaylı beynəlxalq yarışlara ev sahibliyi edir:

"Bakı idman mərkəzinə çevrilib və gimnastika bunun mühüm hissəsidir. Aprel ayını biz bədii gimnastika ayı adlandırırıq, çünki bu turnirdən sonra Dünya Kuboku mərhələsi (17–19 aprel) və Avropa Kuboku (30 aprel – 3 may) keçiriləcək.

Bundan əlavə, bu il digər gimnastika yarışları da planlaşdırılıb. 2026-cı ilə batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku, eləcə də idman gimnastikası üzrə Dünya Kuboku ilə başlamışıq. Həmçinin idman gimnastikası üzrə beynəlxalq turnirin keçirilməsi gözlənilir. İyun ayında akrobatika və aerobika üzrə Dünya Kubokları təşkil olunacaq, eyni zamanda "Hamı üçün gimnastika" Challenge turniri dördüncü dəfə baş tutacaq".

Federasiya nümayəndəsi vurğulayıb ki, bu qədər yarışın keçirilməsi ölkədə gimnastikanın inkişafına müsbət təsir göstərir.

O, həmçinin infrastrukturun yüksək səviyyəsini qeyd edib:

"Uzun illərdir xarici idmançılardan Milli Gimnastika Arenası barədə yüksək qiymətləndirmələr eşidirik. Onlar bildirirlər ki, belə şərait heç bir ölkədə yoxdur. Burada yalnız gimnastika deyil, digər idman növləri üçün də əla imkanlar yaradılıb. İdmançılarımızın keyfiyyətli məşq etməsi üçün bütün şərait mövcuddur: zallar, fizioterapiya otaqları və daha çoxu".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 12:00

«Səbail»in yeni transferi Sofian Budra: «Azərbaycanda oynayacağımı heç vaxt təsəvvür etməmişdim»

Cüdo
Bu gün, 11:59

Bakıda Braziliya ciu-citsu üzrə açıq turnir keçirilib - FOTO

Futbol
Bu gün, 11:51

London “Qızıl top” mərasimi: tıxaclar, əvvəlcədən açıqlanmış qaliblər və təhlükəsizlik hadisələri

Futbol
Bu gün, 11:41

Mbappe zarafatına görə Çində iki sponsorunu itirdi

Futbol
Bu gün, 11:40

Lozanna klubunun 37 milyard funt-sterlinqə satışı

Basketbol
Bu gün, 11:32

Gəncə basketbol komandası Murad Dikməni yeni baş məşqçi kimi təyin etdilər

Basketbol
Bu gün, 11:14

Sabah: Nanter 92 qarşısında gərgin matçda daha yaxşı performans göstərməyimiz üçün fürsət

Futbol
Bu gün, 11:00

Vidadi Rzayev Kəpəz'in son 8 tur performansını yüksək qiymətləndirir

Futbol
Bu gün, 10:53

Avropada A Seriyası və kubok matçıları: Roma, Arsenal və Borussia diqqət çəkir

Digər
Bu gün, 10:44

Tural Rəhimov Tacikistanda keçiriləcək ACA 209 turnirində rusiya döyüşçüsü Naşxo Qalayevlə qarşılaşacaq

Futbol
Bu gün, 10:40

Şahzadə Uilyam İngiltərə futbolçusu Harry Keni Ballon d'Or üçün təbrik etdi

Digər
Bu gün, 10:29

Araz-Naxçıvan Uypeştlə UEFA Çempionlar Liqasında Oynayacaq

Boks
Bu gün, 10:23

Xavyer Mendes Castin Qetci: Topuriya ilə döyüşü 9 dəfə izlədim

Futbol
Bu gün, 10:20

İspaniya klubu Qalatasarayın keçmiş hücumçusu Mauro İkardini transfer etmək istəyir

Futbol
Bu gün, 10:00

Mikels Sabahdan Bundesligaya keçəcək – 500 min avro təklif

Gimnastika
Bu gün, 09:59

Bakıda akrobatika və aerobika üzrə 31-ci və 10-cu ölkə birinciliyi keçiriləcək

Futbol
Bu gün, 09:40

Aleks Skott 'Bornmut'da ikinci müqavilə təklifini alıb, klub rekorduna yaxın

Futbol
Bu gün, 09:38

Futbolçuların içdikləri mayeyi nə üçün tüpürürlər: karbohidrat ağız yaxalama üsulu

Basketbol
Bu gün, 09:26

Sabah Bakıda Nanter 92 ilə FIBA Champions League oyununu oynayacaq;

Futbol
Bu gün, 09:20

Bavariya, 17 yaşlı Borussia oyunçusuna maraq göstərdi

Güləş
Bu gün, 09:15

Məmmədli Aslanyanla mübarizəsi: Azərbaycan üçün qızıl və bürünc medallar

Futbol
Bu gün, 09:00

Azərbaycan Kubokunun II təsnifat mərhələsində elita klubları iştirak edir

Güləş
Bu gün, 09:00

Azərbaycan qadın güləşçiləri Astana Dünya Çempionatına qatılır

Futbol
Bu gün, 08:20

2026-cı ilin dünyanın ən yaxşı klubunun adı Paris Saint-Germain olaraq bəlli oldu

Oxşar xəbərlər