top
Nurlana Məmmədzadə: Azərbaycanda gimnastika yarışları bu idman növünün populyarlaşmasına təsir göstərir Idman.biz
17 aprel 2026, 14:27
- ↺ +

Nurlana Məmmədzadə: Azərbaycanda gimnastika yarışları bu idman növünün populyarlaşmasına təsir göstərir

Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə Bakıda start götürən bədii gimnastika üzrə Dünya Kuboku yarışlarını dəyərləndirib.

Azərbaycan Gimnastika Federasiyasının baş katibi İdman.Biz-ə açıqlamlamasında bədii gimnastika üzrə Dünya Kuboku 2028-ci il Olimpiya Oyunlarına lisenziya qazanmaq uğrunda mübarizənin mühüm mərhələsi olduğunu qeyd edib.

Onun sözlərinə görə, bu gün start götürən Bakı mərhələsində 42 ölkədən təxminən 100 gimnast iştirak edir. Ümumilikdə isə, nümayəndə heyətləri də daxil olmaqla, iştirakçıların sayı 300-ə yaxındır.

Yarışlarda həm fərdi, həm də qrup hərəkətləri üzrə çıxışlar nümayiş etdirilir. Turnir üç gün davam edəcək: ilk iki gün təsnifat mərhələsi, üçüncü gün isə final yarışları keçiriləcək.

Nurlana Məmmədzadə bildirib ki, Azərbaycanda keçirilən gimnastika yarışları bu idman növünün populyarlaşmasına ciddi təsir göstərir:

"2002-ci ildə federasiyanın yenidən qurulmasından sonra, onun prezidenti ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyeva olduqdan sonra ölkədə müntəzəm olaraq böyük beynəlxalq yarışlar keçirilir. 2014-cü ildə Milli Gimnastika Arenası istifadəyə verildi. 2016-cı ildən isə Azərbaycanda üç olimpiya növü üzrə Dünya Kuboku mərhələləri təşkil olunur: bədii gimnastika, idman gimnastikası və batut gimnastikası.

İli batut gimnastikası ilə başladıq, martda idman gimnastikası oldu, aprel isə ənənəvi olaraq bədii gimnastika ayıdır. Federasiyanın strategiyası və dövlətin idmana diqqəti sayəsində bədii gimnastika ölkədə daha da populyarlaşır. Hər uğurdan sonra daha çox uşaq bu idman növünə yazılır".

O həmçinin əlavə edib ki, 30 aprel - 3 may tarixlərində Bakıda bədii gimnastika üzrə Avropa Kuboku keçiriləcək.

"2024-cü ildə Bakıda ilk dəfə bədii gimnastika üzrə Avropa Kuboku təşkil olunmuşdu. Onun formatı Dünya Kubokundan fərqlidir, burada gimnastlar "çarpaz duel" sistemi ilə mübarizə aparacaqlar. Təsnifat mərhələsində hər gimnastın və qrupun rəqibi olur və toplanan xallara əsasən növbəti mərhələyə keçid təmin edilir", - deyə Nurlana Məmmədzadə bildirib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 23:29

Barselona mətbuat konfransında De Yonq iştirak edəcək

Futbol
Bu gün, 23:15

Mourinyo: Oyunların çoxluğundan şikayət edən futbolçuların maaşı 50 faiz azaldılsın

Futbol
Bu gün, 23:02

“Başakşəhər”dən möhtəşəm geridönüş, Bertuğdan het-trik

Futbol
Bu gün, 23:00

Gəncəbasar kapitanı: "Şahdağ Qusar"la heç-heçə bizim üçün qələbə kimidir

Futbol
Bu gün, 22:55

II Liqa: “Marafon” səfərdə, “Şəmkir” evdə qalib gəlib

Futbol
Bu gün, 22:47

“Bavariya” Harri Keyni əvəzləmək üçün keçmiş hücumçusunu, Erik Maksim Şupo-Motinqi, geri qaytara bilər

Futbol
Bu gün, 22:38

İnterin yarımmüdafiəçisi Hakan Çalhanoğlunun zədəsi ilə bağlı xəbər

Futbol
Bu gün, 22:34

İngiltərə nəşri “Sabah”‑Barselona oyununu proqnozladı: 3‑1 qalibiyyət gözlənilir

Futbol
Bu gün, 22:30

Postekoğlu jurnalistin Manenin yoxluğuna dair sualına sərt reaksiya verdi

Digər
Bu gün, 22:30

Fərid Qayıbov Avropa Oyunları müzakirələrində

Futbol
Bu gün, 22:20

Asiya Çempionlar Liqası: "Traktor" darmadağın oldu

Digər
Bu gün, 22:20

Azərbaycanlı gənc məşqçini Avropa ölkəsinə kim dəvət edib? - VİDEO

Futbol
Bu gün, 22:19

Barselona “Sabah” ilə oyun öncəsi məşqçi Flikin qərarlarına narazılıq

Futbol
Bu gün, 22:10

Neftçi – Zirə matçı üçün biletlər satışa çıxdı

Futbol
Bu gün, 22:08

Azarkeşlərin şəxsi məlumatları oğurlandı;

Futbol
Bu gün, 22:07

“Mançester Siti”nin baş məşqçisi dörd oyunluq uğursuz seriyadan danışdı

Futbol
Bu gün, 22:00

Çempionlar Liqasının əsas favoritlərinin reytinqi - PSJ 1-cidir

Futbol
Bu gün, 22:00

Qışda yeni transferlərə ehtiyac görmürlər - Prezidentdən AÇIQLAMA

Futbol
Bu gün, 21:50

Çili Futbol Assosiasiyası hakim Montserrat Maturanaya ayrı-seçkilik və əsassız işdən çıxarılma iddiası üzrə 16 milyon pesosu ödədi

Futbol
Bu gün, 21:40

FIFA 2027-də futbolçular transferdən 5% alacaq

Futbol
Bu gün, 21:40

"Frayburq"un xavboskorçusu İqor Matanoviç "Tottenhem", "Çelsi" və "Mançester Yunayted"in transfer hədəfindədir

Futbol
Bu gün, 21:27

“Milan” Endrik üçün 70 milyon avro təklif etdi: Mourinyo transferə qarşı çıxır

Futbol
Bu gün, 21:26

PSJ Vitinyanın müqaviləsini 2032-ci ilədək uzatmaq istəyir

Futbol
Bu gün, 21:04

V Enənəvi Minifutbol Turnirində Əmirxeyir Qələbə Qazanıb

Oxşar xəbərlər