top
Fərid Qayıbov: Avropa Gimnastikasının planları, Avropa Oyunları 2027 və yeni yarış formatları üzərində iş Idman.biz
03 aprel 2026, 11:58
- ↺ +

Fərid Qayıbov: Avropa Gimnastikasının planları, Avropa Oyunları 2027 və yeni yarış formatları üzərində iş

Avropa Gimnastikasının prezidenti Fərid Qayıbov quruma aid ilin ilk rübünün yekunlarını açıqlayıb.

İdman.Biz xəbər verir ki, Fərid Qayıbov bildirib ki, ilin əvvəlindən Avropa Gimnastikasının yeni idarəetmə orqanları fəaliyyətə başlayıb.

"Növbəti dörd il ərzində ötən il keçirilmiş Konqresdə seçilən nümayəndələr müzakirələrə rəhbərlik edəcək və idman növümüzün inkişafı üçün zəruri qərarlar qəbul edəcəklər - həm bu gün, həm də gələcək üçün. Bu çərçivədə yeni dövrün ilk İcraiyyə Komitəsinin iclası Lozannadakı ofisdə keçirildi. Mövcud üzvlərin təcrübəsi ilə yeni üzvlərin cəlb olunması arasında balans taparaq əvvəlki dövrdə qəbul olunmuş "Strategiya-2030" sənədini müzakirə etdik və növbəti addımları müəyyənləşdirdik. Biz dörd strateji istiqamət üzrə – yarışlar, bilik və qorunma, marketinq və kommunikasiya, təşkilat və maliyyə sahələrində əldə olunmuş nəticələri inkişaf etdirmək niyyətindəyik", – deyə Fərid Qayıbov Avropa Gimnastikasının saytında "Prezidentin qeydləri" rubrikasında bildirib.

Fərid Qayıbov vurğulayıb ki, gimnastika yenidən Avropa Oyunlarına qayıdır.

"Üzərində çalışdığımız ən maraqlı layihələrdən biri 2027-ci il Avropa Oyunlarıdır. Bununla bağlı İstanbulda Avropa Olimpiya Komitələrinin iclasında iştirak etdim. Ev sahibi Türkiyə və yerli təşkilat komitəsi gimnastika üçün ən yaxşı şəraiti təmin etməyə çalışır və yarış məkanları ilə proqramın yekun seçimi üzərində fəal işləyir. Qış Olimpiya Oyunlarında da Avropa Olimpiya Komitələrinin prezidenti Spiridon Kapralos ilə görüşərək hazırlıq məsələlərini müzakirə etdik. Hər şey ümidverici görünür, buna görə də tarixləri artıq qeyd edin: 16–27 iyun 2027-ci il!" – deyə o əlavə edib.

F. Qayıbov qeyd edib ki, bu yaxınlarda adı dəyişdirilən "World Gymnastics" təşkilatı bu ilin ilk İcraiyyə Komitəsi iclasını Las-Veqasda keçirib. Görüş zamanı bir sıra qaydalar yenilənib, 2028-ci il aerobika üzrə dünya çempionatının Misirdə keçirilməsi qərara alınıb, həmçinin məşqçilər və hakimlər mükafatlandırılıb. Eyni zamanda "American Cup" turnirində qarışıq komanda finalının yeni formatı təqdim olunub.

"Bu format Avropa modelindən bir qədər fərqlənir, lakin Olimpiya Oyunları öncəsi əla sınaq oldu", – deyə o bildirib.

Onun sözlərinə görə, bu ildən parkur növünün inkişafı da daha fəal şəkildə aparılacaq. Avropa Gimnastikasının qurumları 2026–2027-ci illər üçün bu istiqamətdə işçi qrup yaradılıb və ona Avropa Gimnastikasının sabiq vitse-prezidenti, Beynəlxalq Gimnastika Federasiyasının parkur komissiyasının üzvü Mişel Butar rəhbərlik edəcək. Qrupa Avstriya, Belçika, İspaniya, Niderland və Portuqaliyadan nümayəndələr daxil olacaq. Qrupun məqsədi bu növün mövcud vəziyyətini və potensialını təhlil etmək, həmçinin 2027–2029-cu illər üçün hədəflər, büdcə və iş planı hazırlamaqdır.

Bundan əlavə, təşkilat bədii gimnastikada yeni yarış formatı - kros batl(bədii gimnastikada tətbiq olunan yeni yarış formatıdır – red.) barədə sənədli film üzərində çalışır. "Chasing Perfection: Inside the Crossbattle" adlı film ulduz gimnastlar Sofiya Raffaeli və Sofiya İvanovanın hazırlığını və ötən il Bakıda keçirilmiş Avropa Kubokundakı çıxışını əks etdirəcək.

Fərid Qayıbov qarşıdakı yarışları da anons edib:

"Gimnastikanın müxtəlif növləri üzrə mövsüm artıq Dünya Kuboku mərhələləri ilə başlayıb və biz öz turnirlərimizin startını səbirsizliklə gözləyirik. İlk yarış 8-12 aprel tarixlərində Portuqaliyanın Portimao şəhərində keçiriləcək batut və tamblinq üzrə Avropa çempionatı olacaq. İlk dəfə olaraq burada yeniyetmələr və böyüklərlə yanaşı 21 yaşadək kateqoriya da çıxış edəcək. Daha sonra 30 aprel - 3 may tarixlərində Bakıda bədii gimnastika üzrə Avropa Kuboku mərhələsi, mayın sonunda isə Varnada Avropa çempionatı keçiriləcək. 2021-ci ildə olduğu kimi yarışlar Mədəniyyət və İdman Sarayında təşkil olunacaq, lakin bu dəfə COVID-19 məhdudiyyətləri olmayacaq və bu, idmançılarla tamaşaçılara yarış atmosferindən tam zövq almağa imkan verəcək".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 15:30

Azərbaycan Kubokunun II mərhələsində cəzalar və cərimələr təyin edildi

Futbol
Bu gün, 15:29

Barselonada dörd müdafiəçi zədəli, Hans-Diter Flik məlumat verdi

Futbol
Bu gün, 15:20

Asiya Kubokunun keçirilmə vaxtı 2027-ci ilin sonundan 2028-ci ilin başlanğıcına dəyişdirilib

Digər
Bu gün, 15:20

Kolbi Kovinqton UFC çempionu İslam Mahaçevin karyerasını başa vurmağı məsləhət gördü

Futbol
Bu gün, 15:01

Barselona, Aston Villa futbolçusu Joan Manzambi-yə maraq göstərir

Futbol
Bu gün, 15:00

Roma, Brahim Diaza görə lazımi təzminatı ödəməyə hazır: Transfer planları

Voleybol
Bu gün, 14:54

Çempionlar Liqasında Azərbaycan təmsilçiləri: "Xilasedici" debüt edir, "Turan" isə əsas mərhələ uğrunda savaşır

Olimpiada
Bu gün, 14:45

İkiqat Olimpiya çempionu Yelena İsinbayeva bank hesabı yenidən bloklanıb

Futbol
Bu gün, 14:40

Eneri Keyn: "Bavariya"ya keçmək karyeramda mühüm addım oldu

Futbol
Bu gün, 14:24

İspaniyada "Tenerife" hücumçusu Xesus de Miguel ağır zədə alaraq vəfat etdi

Futbol
Bu gün, 14:20

"Sabah"ın "Vikinq"ə qarşı Çempionlar Liqası görüşündə anşlaq olacaq

Futbol
Bu gün, 14:09

Kriştianu Ronaldu Junior ilk dəfə Portuqaliyanın U-17 millisinə dəvət alıb

Güləş
Bu gün, 14:06

Arseni Çoyev noyabr 2026 reytingində birinci pillədə

Futbol
Bu gün, 14:01

Azərbaycan hakimləri UEFA Avropa Liqasının 4-cü tur oyunlarında rəhbərlik edəcək

Futbol
Bu gün, 14:00

Teneifefin futbolçusu Xesus de Miçel Alameda müalicə aldığı xəstəxanada dünyasını dəyişib

Futbol
Bu gün, 13:55

Gökdeniz Karadeniz: Azərbaycan futbolunda yaşanan inkişaf və Kurban Berdiyevin hamısı

Digər
Bu gün, 13:48

NFL matçında atəşfəşanlıq helikoptere tuş gəldi - VİDEO

Futbol
Bu gün, 13:41

Arteta futbolçularını sınağa çəkdi: Arsenal məşqçisinin maraqlı hiyləsi

Voleybol
Bu gün, 13:40

"Xilasedici" CEV Çempionlar Liqasında "Sportinq"ə qarşı mübarizəyə başlayır

Futbol
Bu gün, 13:26

UEFA Çempionlar Liqasının 4-cü turu: Doqquz qarşılaşma, favoritlər və tarixi rekordlar

Futbol
Bu gün, 13:20

Manchester United, Unai Emery'i potensial baş məşqçi kimi nəzərdə tutur

Futbol
Bu gün, 13:00

Samir Abasov: 'Sabah' 'Vikinq'ə öz oyununu qəbul etdirə bilsə, qələbə qazanacaq

Futbol
Bu gün, 13:00

Mahmud Qurbanov: "Kəpəz"in uğurlarında azarkeşlərinə dəstəyinin birbaşa rolu var

Futbol
Bu gün, 12:58

AFC 2027-ci il Asiya Kubokunun yeni tarixini 23 dekabr 2027 - 21 yanvar 2028 müəyyən etdi

Oxşar xəbərlər